Modern Azərbaycan ailə modeli

Sosial layihə / 30.08.2019 12:49

Bakıda "Modern Azərbaycan ailə modeli” kitabı və http://www.zekaishiginda.az saytının xüsusi bölümünün təqdimat mərasimi, eyni zamanda mövzu ilə bağlı ictimai dinləmələr dəyirmi masa keçirilib.

29 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən 1 iyun - 1 sentyabr 2019-cu il tarixlərində "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda layihə həyata keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzinin zalında geniş ictimaiyyətin, tədqiqatçıların, alimlərin, həmçinin yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, yeni – sosial media təmsilçilərinin, bloqerlərin, QHT rəhbərlərinin, Azərbaycanın bütövlüyünün qorunması uğrunda rəşadət göstərmiş Qarabağ əlillərinin iştirakı ilə layihə çərçivəsində nəşr edilən "Modern Azərbaycan ailə modeli” elmi-kütləvi kitabın və internetdə yayımlanan www.zekaishiginda.az saytının mövzu ilə bağlı xüsusi bölümünün təqdimat mərasimi, eləcə də mütəxəssislər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan modern ailə modelinin müxtəlif tərəfləri haqqında elmi-sosioloji müzakirə, ictimai dinləmə dəyirmi masa keçirildi.


Tədbiri açan "Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, yazıçı-jurnalist, Prezident təqaüdcüsü Cəmilə Çiçək (İsbəndiyarova) layihə haqqında yığcam məlumat verdi. Tədbirin məqsəd və mövzusu haqqında danışan çıxışçı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihəyə, eyni zamanda, "Modern Azərbaycan ailə modeli” elmi-kütləvi kitabının nəşrinə və internetdə yayımlanan www.zekaishiginda.az saytının mövzu ilə bağlı xüsusi bölümünə verdikləri dəstəyə görə xüsusi minnətdarlığını çatdırdı. Çıxışçı bildirdi ki, layihə çərçivəsində həyata keçirilən fəaliyyət müasir həyatın bütün sahələrində elektronlaşdığı, qloballaşdığı, internetləşdiyi bir vaxtda yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan, xarici mədəniyyətlərin daşıyıcılarına çevrilən gənc soydaşlarımız arasında Azərbaycan milli-mənəvi dəyərlərinin tərkibində etnik kimliyimizin bir hissəsinə çevrilən ailə dəyərlərinin dirçəldilməsinə yönəldilib. Çıxışçı onu da vurğulayıb ki, Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından qovulmaları, digər tərəfdən də çağdaş genetik-mənəvi xəritəmizi dağıdan liberal-radikal dalğalar bu dəyərlərin tənəzzülünə aparıb çıxara bilər. Problemin kəskinliyini nisbətən azaltmaq, nəsillər arasında dərinləşən mənəvi-ruhi uçurumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan bu məişət-ailə institutunu, sosial-mənəvi təsisatı daha da möhkəmləndirməklə qədim və modern dəyərlərin sintezini tədqiq etmək vacibdir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı anlayışlar, ağsaqqallıq-ağbirçəklik təsisatlarının xüsusi yeri vardır. Təəssüflər olsun ki, son zamanlar bu mənəvi-ruhi dəyərlərə xaricdən geniş hücumlar olur və əksər hallarda gənclərimizin bir hissəsi də "liberal dəyərlər” – insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi "dəbli trendlər” altında o qarayaxmalara qoşulur, sosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalara qoşulur. Layihə sosial-kulturoloji hərəkata başlamaq, eyni zamanda, Azərbaycan cəmiyyətində zəiflədilməyə çalışılan milli ailə dəyərləri, ağsaqqallıq və ağbirçəklik sayğılarının bərpası və genişlənməsi istiqamətində aksiyalar keçirməklə, sadalanan halları nisbətən zəiflətməyi qarşısına məqsəd kimi qoyub. Yaşlılara olan sayğını, sevgini artırmaqla bu istiqamətdəki gərginlikləri azaltmağı, ulu dəyərlərimizin dirçəldilməsini, daha da inkişaf etdirilməsi məsələlərinin araşdırılmasını, bu istiqamətdə aktual addımları, innovativ təşəbbüslərini dəstəkləyən layihənin əsas hədəfi ailə və ağsaqqallıq-ağbirçəklik dəyərlərinin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliği istiqamətində, yeni nəslə çatdırılmasında, internet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş yayılmasında gənclərin rolunun artırılmasına nail olmaq, bu yöndə yeni metodların, formaların axtarılaraq tapılmasına, ictimaiyyət tərəfindən tanıdılmasına, dəstəklənməsinə yönəldilib.


Məlumatlanmadan sonra milli ailə dəyərlərinin problemləri və çap edilən kitabın və saytın əhəmiyyətinə həsr olunmuş ictimai dinləmə – müzakirə baş tutdu.

QHT sədri onu da bildirib ki, 26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, dünyada nümunəvi ana kimi tanınan, fəaliyyətində və dövlət vəzifəsində milliliklə bəşəriliyi, ənənələrlə çağdaşlığı uğurla birləşdirən Mehriban xanım Əliyevanın doğum günü idi. Bildiyimiz kimi, Mehriban xanım Azərbaycan ailələrinin güvəndiyi şəxsdir. Birinci xanımımız həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi dünyada tanınır. Texniki səbəblərə görə bu tədbirimizi həmin gündə keçirə bilməsək də, sevimli və dəyərli Birinci vitse-prezidentimizi siz dəyərli ziyalılar adından səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində böyük uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli və ailə dəyərlərinin qorunması, inkişafı ilə bağlı məhsuldar fəaliyyəti haqqında qısa video-rolikə baxış keçirildi.

Daha sonra ictimai müzakirələrə başlanıldı: söz alan təşkilatın eksperti, yazıçı-kulturoloq Aydın Xan Əbilov layihənin məqsədləri və kitab haqqında geniş məlumat verdi. O bildirdi ki, müasir dünyada ailə institutlarının aşınmalara məruz qaldığı bir vaxtda Azərbaycan milli ailə dəyərlərinin ənənəviliklə modernliyi özündə sintez edərək inkişafına çalışmaq lazımdır.


YAP Səbail rayon "Pedaqoqlar” ərazi təşkilatının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın filologiya elmləri üzrə Ekspert Şürasının sədri, professor Himalay Qasımov əhatəli çıxışında tədbirin əhəmiyyətini vurğuladı, milli ailə dəyərlərimizin qorunmasının vacibliyini qeyd etdi, təqdimatı keçirilən araşdırma kitabının və saytın maraqlı tərəfləri haqqında söz açdı.

"Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əlirza Xələfli isə çıxışında milli ailə ənənələrinin məruz qaldığı lokal və qlobal təsirlər barədə geniş danışaraq ənənəvi dəyərlərin dirçəldilərək inkişafının vacibliyini vurğuladı.

Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Media və "Qızıl qələm” mükafatları laureatı Sakibə Ələsgərova çıxışında modern Azərbaycan ailə modelinin təbliği istiqamətində uğurla həyata keçirilən layihəni dəstəklədiyini bildirdi. İctimai birliyin rəhbəri Cəmilə Çiçəyi və digər iştirakçıları təbrik etdi. Azərbaycan ailə mühitində yaranan problemlərin onu çox narahat etdiyini bildirdi. Nəsillər arasında getdikcə dərinləşən uçurumun səbəbləri haqqında danışdı. Bu ruhi-mənəvi dərinləşmənin qarşısının alınmasında ailənin, məktəbin, icra nümayəndəliklərinin, ictimai birliklərin üzərinə düşən vəzifələri diqqətə çatdırdı. Çıxışçı müasirliyi dəstəklədiyini söyləsə də, milli adət-ənənəmizdən uzaq düşməməyi tövsiyə etdi. Ailədə sədaqət, etibar, kökə bağlılıq, qadınların özlərini maddi cəhətdən təmin etməsi, küçə əxlaqı, xarici vətəndaşla evlilik, sosial şəbəkədən qız və oğlan tanışlığı və s. məsələlər haqqında ətraflı danışan natiq milli ailə modeli kimi Qazan xan - Burla Xatun cütlüyünün nümunə kimi qiymətləndirilməsini təklif etdi. Gələcəkdə xalqımızın içərisindən "xalis azərbaycanlı” axtarmamaq üçün gecikdirmədən bu qəbil layihələrin reallaşdırılmasını və ciddi tədbirlərin görülməsini zəruri hesab etdiyini bildirdi. Eyni zamanda ölkəmizdəki tolerantlığı, milli kulturalizmin inkişaf səviyyəsini qiymətləndirdi. Axırda xalqımızı, gəncliyi milli dəyərlərimizə zərər verəcək təsirlərə qarşı mübarizəyə çağırdı.


"Azərbaycan" qəzetinin əməkdaşı, bölgə ədəbi mühitinin yetişdirdiyi Kəlbəcər şəhidləri ilə bağlı dəyərli kitablar müəllifi, şair-publisist Məhəmməd Nərimanoğlu qeyd etdi ki, haqqında fikir söylənilən kitabın ideya-məzmunu olduqca aktual bir mövzuya həsr edilib: "Doğrudur, kitabla tədbirdə qısa vaxtda, bir neçə dəqiqə ərzində tanış oldum, lakin buna baxmayaraq, Cəmilə Çiçək İsbəndiyarovanın, ümumiyyətlə, əməli, ictimai fəaliyyəti, elmi araşdırmaları ilə çoxdan tanışam. Bir rayonda doğulmuşuq. Onu hələ uşaqlıqdan yaxından tanıyıram. O həm pedaqoq, həm psixoloq, həm jurnalist-publisist, həm yazıçı-şair, folklorşünas alim kimi ictimaiyyətdə yaxşı mövqe tutub. Tanınır, sevilir və əməli fəaliyyəti ilə çoxlarına nümunədir. Konkret olaraq onun budəfəki layihəsinə gəlincə, heç şübhə yox ki, bu da əvvəlkilər kimi, geniş ictimai auditoriyada diqqət mərkəzində olacaq. Diskussiyalar aparılacaq, kitab haqqında mətbuatda münasibətlər dərc ediləcək. Çünki kitabda mövzu ilə bağlı bir-birindən dəyərli elmi, ədəbi düşüncələr öz əksini tapıb. Xüsusən də "modern Azərbaycan ailə modeli”ndə milli xüsusiyyətlərin qorunub saxlanması kimi vacib məsələlərin müzakirə obyektinə çevrilməsi təqdirəlayiqdir. İstər haqqında bəhs edilən kitab, istərsə də C.Çiçək İsbəndiyarovanın rəhbərliyi ilə fəaliyyət göstərən "Zəka işığında” elmi, ədəbi-bədii dərgisində və eyni adlı saytında milli-mənəvi dəyərlərin təbliği vacib faktorlardan birincisinə çevrilib. Cəmilə xanım elmi ictimaiyyətin diqqətini elə bir qlobal problemə cəlb edir ki, bu gün o, Avropada, Şərqdə, eləcə də Cənubi Qafqazda millətləri, xalqları narahat edən məsələdir. Gənclik milliliklə yanaşı, avropalaşmanı, modern ailə prinsiplərini də məqbul sayır. Bu isə demokratiyanın dünyaya gətirdiyi müstəqilliklə yanaşı, milli mentalitetlərin sıradan çıxarılması kimi təhlükəli tendensiyaya aparıb çıxara bilər. Ailələr uzunömürlülükdən qısaömürlülüyə, dağılmaya səbəb olur. Bircə faktı deyək ki, Kəlbəcərin 1993-cü il işğalına kimi orada boşanmalara olduqca az, təsadüfi rast gəlmək mümkün idi. Bu da ailədə böyük-kiçik yerinin bilinməsi, mənəvi dəyərlərə böyük sayğı ilə yanaşılmasının təsdiqi idi. Məndən öncə dəyərli tədbir iştirakçıları da qeyd etdilər ki, belə qlobal məsələlərdə geniş ictimaiyyəti bilgiləndirmək üçün QHT-lərin, ictimai qurumların da üzərinə böyük məsuliyyət düşür. Bu mənada mən bugünkü layihəni gerçəkləşdirdiklərinə görə Cəmilə xanıma və onun komandasına təşəkkürümü bildirirəm ki, belə mənəvi məsələləri fəaliyyətinin tərkib hissəsi, prioriteti hesab edir. Yeri gəlmişkən deyim ki, belə kitablar, yaxşı olardı ki, orta və ali məktəblərdə dərs vəsaiti kimi tədris planlarına əlavə ediləydi. Axı səhv etmirəmsə Axı əvvəllər də orta məktəblərdə "Ailə” dərsliyi vardı”.

ADPU Cəlilabad filialının müəllimi, f.ü.f.d. Bilal Alarlı Hüseynov bildirdi ki, Azərbaycan folklorunda birmənalı şəkildə söhbət monoqam ailədən gedir. Ailə adətən kiçik tərkibdə olur, istər nağıllarda, istərsə də dastanlarda hadisələr bir, iki, uzaqbaşı üç övladla bağlı olur. Folklor nümunələrində geniş ailələrə az rast gəlinir ki, bu da islamdan öncəki ailələrin əsasən kiçik ailələrdən ibarət olduğunu təsdiq edir. Ailə modelində butaverilmə faktları geniş yer tutsa da, əsasən, böyüklərin məsləhəti nəzərə alınır. Azərbaycan folklorunda Ana obrazı ailə tərbiyəsinin özülündə dayanır. Həm kiçik janrlarda (layla, oxşama, bayatı, atalar sözü və s.), həm də irihəcmli janrlarda (dastan, nağıl, rəvayət və s.) təsvir olunan ailə modeli nümunəvi ailə modelidir. Bunu nümunələr gətirməklə təsdiq etmək mümkündür.

Gənclərə İnnovativ və Sosial Dəstək İctimai Birliyinin təsisçisi və sədri, analitik-ekspert Ülviyyə xanım Murtuzova çıxışında müasir modern ailənin tərkib hissəsini necə formalaşdırmalı və bunun üçün bizlərin nəyə cəhd etdiyindən danışdı. Gəncləri maarifləndirməklə aqressiyadan uzaq tutaraq sevgi və qayğı çərçivəsində tərbiyələndirməyin əsas olduğunu vurğuladı.

Söz alan çıxışçılardan şair Balayar Sadiq, Seymur Əzəmmədov və başqaları mövzuyla əlaqədar ictimai dinləmələrin vacibliyini söyləyərək Cəmilə Çiçəyin (İsbəndiyarova) rəhbərliyi ilə nəşrə hazırlanan "Modern Azərbaycan ailə modeli” mövzusunda elmi-kütləvi kitabın və www.zekaishiginda.az saytının dəyərli tərəflərini göstərdilər, bu problematik mövzuda layihələrin cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirdilər.

Sonra rəhbərlik etdiyim Kəlbəcər rayon 37 № li məktəbin IXa sinif əlaçısı Ülviyyə Elşad qızı Mirzəzadəyə, Xocalı şəhər 4 saylı tam orta məktəbin IVb sinif şagirdi Hüseynli Şamil Səxavət oğluna, təhsildəki uğurlarına görə Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsinin IV kurs tələbəsi, gənc intellektual İbrahim Bəxtiyar oğlu Zamanova, Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya fakultəsinə daxil olmuş İlkin Elçin oğlu Şiriniova və ağsaqqal ziyalı, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, 2016-cı ilin Aprel döyüşləri şəhidi Fərman Elçin oğlu Əsədovun atası Elçin Əsəd oğlu Əsədliyə təşkilatın fəaliyyətinə verdiyi dəstəyə, milli-mənəvi dəyərlərin qorunmasında göstərdiyi aktivliyə görə təşkilatın təsis etdiyi "MİLLİ ZƏKA” diplomu təqdim edildi.

Dəyirmi masa və ictimai dinləmələrin sonunda müxtəlif təkliflər səsləndi, söylənilən fikirlərə aydınlıq gətirildi, yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, yeni – sosial media təmsilçilərinin, bloqerlərin suallarına cavab verildi.

Sonda təşkilatın sədr müavini, publisist-jurnalist Əlirza İsbəndiyarov: "Hörmətli təqdimat iştirakçıları, dəyərli fikirlərinizə görə başda çox hörmətli alimlərimiz olmaqla, hər birinizə təşkilatımızın üzvləri adından minnətdarlığımızı bildiririk. Səslənən müxtəlif təkliflər, söylənilən fikirlər bizim üçün çox qiymətlidir və layihənin davamı olaraq fəaliyyətimizi daha da genişləndirən zaman, gələcəkdə onun üçüncü mərhələsi olaraq fərqli istiqamətdə işlər həyata keçirilərkən mütləq tərəfimizdən nəzərə alınacaq.

Bir daha möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, Birinci vitse-prezidentimiz, sevimli Mehriban xanım Əliyevaya, millət vəkili, hörmətli Azay Quliyevə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlərinə layihəyə, eyni zamanda "Modern Azərbaycan ailə modeli” elmi-kütləvi kitabı və genişləndirilərək internetdə yayımlanan www.zekaishiginda.az saytının fəaliyyətinin gücləndirilməsinə verdikləri dəstəyə görə minnətdarlığımızı bildiririk!” deyətə dbirə yekun vuruldu.

Nemət HƏSƏNOV,

Kəlbəcər rayon 37 № li tam orta məktəbin direktoru




SON XƏBƏRLƏR

2019-11-15

19:43 Prezident İlham Əliyev: Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

17:12 Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:09 Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:06 Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

16:52 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

16:18 Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:16 Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:01 Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir

15:29 Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılış mərasimi oldu

15:20 Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlıqla bağlı protokol imzalayıb (FOTO)

15:19 BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək (FOTO)

15:18 Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

15:13 Vüqar Rəhimzadə: Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib

15:08 APA 15 yaşında

14:57 Şuranın dəstəyi ilə hazırlanan “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabının təqdimatı keçirilib

14:36 Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək? - "Azəristiliktəchizat"dən CAVAB

13:30 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

12:16 Şuranın dəstəyi ilə “Mənim şəhidim” adlı tamaşası səhnələşdirib

11:32 Şuranın dəstəyi ilə “Aprel Şəhidlərini tanıdaq" adlı layihənin sonuncu tədbiri keçirilib

2019-11-14

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

18:00 İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində - YENİLƏNİB

16:36 Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

15:33 Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub

15:26 Şuranın dəstəyilə “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

15:19 İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır

15:08 Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb

14:52 Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq

14:00 Mikayıl Cabbarov: Vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb

13:57 Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər

13:51 Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

13:36 Radikal müxalifətin Avropadakı mühacir biznesi də çökdü

13:18 Təhsil Nazirliyi: Şikayət əsasında 7 məsul şəxsə töhmət verilib

12:47 Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

Product image

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları