Prezident təqaüdçülərindən 8-i kənd məktəbinin məzunudur

Cəmiyət / 10.09.2019 16:39
Dövlət İmtahan Mərkəzi (DİM) Prezident təqaüdçüləri haqqında ümumi statistik məlumatları açıqlayıb.
DİM-dən azvision.az -a verilən məlumata görə, bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 8 nəfər kənd məktəblərinin məzunlarıdır), 1 nəfər internat tipli məktəbdən, 5 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, həkim, müəllim, aşpaz, balıqçı, satıcı və s. ailələrdən olan məzunlardır. Siyahıda olan 30 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.
Təqaüdçülərdən 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 8, Abşeron, Biləsuvar, Naxçıvanda yerləşən məktəblərin hər birindən 4 nəfər olmaqla bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.

Ayrıca məktəblərə gəldikdə isə, Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi) 6, Akademik Zərifə Əliyeva adına liseyin 5, Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 4, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin 4, BDU-nun nəzdində "Gənc istedadlar” liseyinin 3 məzunu Prezident təqaüdçüləri siyahısındadır.

Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 23 nəfər Bakı Ali Neft Məktəbinə, 21 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 7 nəfər ADA Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər UFAZ-a, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunub.

Qeyd olunub ki, hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə edənlər gəncliyimizin intellektual elitasını təmsil edirlər: "Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək, onları həvəsləndirmək, inkişaflarına və potensial imkanlarının gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Məlum olduğu kimi, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman vermişdi. Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırılıb. Təqaüdün məbləği sonradan bir neçə dəfə də artırılıb və hazırda 210 manat müəyyən edilib. Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir".


SON XƏBƏRLƏR

2020-02-20

20:18 Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

20:10 Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlanıb

19:57 Binəqədi birinci seçki dairəsi üzrə 1 seçki məntəqəsinin nəticəsi etibarsız sayılıb

19:22 Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb (FOTO)

19:10 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub (FOTO)

18:52 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib (FOTO)

18:25 Neftçalanın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

18:07 Səyyad Salahlı: Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar

17:41 Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavini həbs edildi - RƏSMİ

17:20 "Orqan mafiyası" ilə bağlı məlumatlara RƏSMİ münasibət açıqlandı

17:18 Xoşagəlməz hallardan sui-istifadə etməyə çalışanlar var - Məzahir Pənahov

16:05 Novruz çərşənbələrinin tarixləri açıqlandı

15:07 Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ

14:53 DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib

13:50 Minskdə Həzi Aslanovun 110 illiyi təntənəli şəkildə qeyd edilib

12:07 DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci olub

10:19 Səhiyyə Nazirliyi: Koronavirusa qarşı vəziyyət stabildir

2020-02-19

19:05 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı

19:00 DSMF-in yeni idarələrinin xidmət dairəsi tezliklə ölkəni əhatə edəcək

18:46 Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb

18:43 Səfir: Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək

18:14 SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradıb (FOTO)

17:51 Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib

17:49 Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib (FOTO)

17:44 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB - 3)

17:33 Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib (FOTO)

17:26 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib (FOTO)

16:54 MSK sədri iddialara aydınlıq gətirdi

16:40 Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

16:06 Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

16:05 Saxta sənədlərlə maliyyə əməliyyatları aparan dəstə üzvləri ifşa edilib (FOTO/VİDEO)

15:22 Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb

14:59 Ombudsman Aparatının əməkdaşları Memorial Soyqırımı Muzeyində olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb