Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq

Xəbər / 11.09.2019 17:23

Sentyabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni ilə görüşüb.

Trend-in məlumatına görə, sədr qonağı salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyinə inamını ifadə edib. O.Əsədov bildirib ki, Azərbaycan AŞPA ilə hərtərəfli əlaqələrin dərinləşməsinə böyük önəm verir.

Milli Məclisin sədri vurğulayıb ki, 2001-ci ilin yanvarından Avropa Şurasına tamhüquqlu üzv olan Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu prosesində Avropa Şurası və onun qurumlarının dəstəyini hiss etdi:

"Qarşılıqlı əməkdaşlıq istiqamətində ötən dövr ərzində xeyli işlər görülüb. Təəssüf ki, bəzən müəyyən anlaşılmazlıq və ermənilərin məqsədlərinə xidmət edən lobbiçilik fəaliyyəti göstərən bir sıra deputatların qərəzli hərəkətləri ucbatından qurumda bir sıra məsələlərə "ikili standartlarla” yanaşmanın şahidi oluruq. Biz inanırıq ki, gələcəkdə belə xoşagəlməz hallar aradan qalxacaq, müzakirə doğura biləcək məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün normal şərait yaranacaqdır”.

O.Əsədov əlavə edib ki, ölkəmizdə bütün istiqamətlər üzrə islahatlar uğurla davam etdirilir: "Azərbaycanda Avropa hüquq sisteminin təməl prinsiplərini özündə əks etdirən qanunvericilik bazası formalaşdırılıb. Ölkədə imzalanmış 65 əfv sərəncamına və 11 amnistiya aktına uyğun olaraq 40 min nəfər məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmışdır. Azərbaycan Prezidentinin cari ilin martında imzaladığı əfv fərmanı 431 nəfərə şamil olunub.

Ölkəmizdə etnik və dini tolerantlıq hökm sürməkdədir. Məscidlər, kisələr, sinaqoqlar dinc fəaliyyət göstərir. Biz gələcəkdə də AŞPA, o cümlədən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndərilməsində maraqlıyıq”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA prezidenti xanım Lilian Mori Paskie təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. O bildirib ki, azərbaycanlı deputatlar təşkilatın struktur qurumlarında və keçirilən tədbirlərdə daim fəal iştirak edir, müzakirə olunan məsələlərə öz münasibətlərini bildirir, maraq doğuran əhəmiyyətli təkliflərlə çıxış edirlər.

Qonaq AŞPA-nın xətti ilə ölkəmizə səfər edən təşkilat nümayəndələrinə yaradılan şəraitə görə Milli Məclisin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.



SON XƏBƏRLƏR

2019-09-19

17:16 İran təhdid etdi: Böyük müharibə başlayacaq

17:12 Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA

17:09 QHT sosial-psixoloji reabilitasiya işinin aparılması mövzusunda təlim proqramı reallaşdırıb

17:05 “Portfellərini yığıb getsinlər” - Lukaşenko məmurları hədələdi

16:56 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

16:54 UNEC rektoru Ədalət Muradov: Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır

16:44 Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

16:38 Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

16:31 Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

16:28 Siyavuş Novruzov: Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi”

16:08 “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

16:04 Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

15:55 Qobustana gələn turistlərin sayı artıb

14:37 “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlayıb

14:14 Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

14:08 Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması sual altındadır - Komitə rəsmisi

13:42 Şuranın dəstəyilə növbəti təlim Qubanın Afurca kəndində keçirilib

12:47 Nazir: "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub

12:31 Ana oğlu ilə birlikdə özünü çaya atmaq istədi

11:18 Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir - Xələf Xələfov

09:49 Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb

08:09 Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib

2019-09-18

17:04 Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

16:59 Şuranın dəstəyilə Qubanın Xucbala kəndində təlim keçirilib

16:43 Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

16:33 Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova

16:18 Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır”

15:53 Şuranın dəstəklədiyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” yekunlaşıb

15:45 Əlillik yeni modellə müəyyən edilə bilər

15:25 İstanbul və Ankaradan Azərbaycana ixrac 630 milyon dolları keçib

15:16 İrandan XƏBƏRDARLIQ: ABŞ hər hansı addımı atarsa, dərhal reaksiya veriləcək

15:05 Milli Musiqi Günü metroda qeyd edilib - Stansiyalarda əsl bayram təntənəsi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

Product image

15:18 Rusiya gimnastı: Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib

Maraqlı Product image

10:40 Maksimum 3 foto ilə...

Product image

15:23 Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasına daxil oldu