Ağdaşda 2 avtomobil yolu yenidən qurulub

Cəmiyət / 11.09.2019 17:42

Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb. Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 km təşkil edir.

Agentlikdən Trend-ə bildirilib ki, Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun uzunluğu 33 km, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun uzunluğu isə 27 km-dir. Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.

Avtomobil yolları uzun illər istismar olunduğundan və təmir olunmadığından torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Yenidənqurma çərçivəsində sadalanan problemlər aradan qaldırılıb.

Layihəyə uyğun olaraq yollar boyu köhnə örtüyün sökülməsi, deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yataqlarının inşası, daha sonra yol əsaslarının alt laylarının karxana çınqılı, üst laylarının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılıb.

Avtomobil yolları üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşmüş, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmış, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yollar boyu istismara yararsız vəziyyətdə olan boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə ümumilkdə 1290 paqon-metr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib.

Daha sonra yola 2 qat olmaqla, laylar arası əlaqələndirici bitum səpilməklə, yol örtüklərinin alt laylarının iri dənəli, üst laylarının isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb.

Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Həmçinin yollar boyu mövcud avtomobil körpülərinin təmiri, körpü üzərində istismara yararsız körpü məhəccərlərinin yeniləri ilə əvəz olunması işləri görülüb.

Tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün hər iki yol boyu 479 yol nişanı və məlumatverici lövhə, 890 siqnal dirəkləri quraşdırılmaqla, yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılan yenidənqurma işləri nəticəsində 17 yaşayış məntəqəsinin 25 minə yaxın əhalisi Ağdaş rayon mərkəzinə və respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil, ordan da M4 Bakı-Şamaxı-Yevlax, həmçinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, onların respublikanın istənilən istiqamətinə gediş-gəlişi təmin olunub. Ən əsası Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının yenidən qurulması ilə yol boyu yetişdirilən məhsullar tez və xarab olmadan istehlakçıya çatdırılır ki, bu da öz növbəsində vətəndaşların sosial rifah halına müsbət təsir edir.



SON XƏBƏRLƏR

2020-02-20

20:18 Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

20:10 Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlanıb

19:57 Binəqədi birinci seçki dairəsi üzrə 1 seçki məntəqəsinin nəticəsi etibarsız sayılıb

19:22 Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb (FOTO)

19:10 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub (FOTO)

18:52 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib (FOTO)

18:25 Neftçalanın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

18:07 Səyyad Salahlı: Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar

17:41 Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavini həbs edildi - RƏSMİ

17:20 "Orqan mafiyası" ilə bağlı məlumatlara RƏSMİ münasibət açıqlandı

17:18 Xoşagəlməz hallardan sui-istifadə etməyə çalışanlar var - Məzahir Pənahov

16:05 Novruz çərşənbələrinin tarixləri açıqlandı

15:07 Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ

14:53 DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib

13:50 Minskdə Həzi Aslanovun 110 illiyi təntənəli şəkildə qeyd edilib

12:07 DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci olub

10:19 Səhiyyə Nazirliyi: Koronavirusa qarşı vəziyyət stabildir

2020-02-19

19:05 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı

19:00 DSMF-in yeni idarələrinin xidmət dairəsi tezliklə ölkəni əhatə edəcək

18:46 Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb

18:43 Səfir: Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək

18:14 SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradıb (FOTO)

17:51 Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib

17:49 Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib (FOTO)

17:44 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB - 3)

17:33 Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib (FOTO)

17:26 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib (FOTO)

16:54 MSK sədri iddialara aydınlıq gətirdi

16:40 Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

16:06 Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

16:05 Saxta sənədlərlə maliyyə əməliyyatları aparan dəstə üzvləri ifşa edilib (FOTO/VİDEO)

15:22 Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb

14:59 Ombudsman Aparatının əməkdaşları Memorial Soyqırımı Muzeyində olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb