Əli Həsənov: Azərbaycan azsaylı ölkələrdəndir ki, mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib

Xəbər / 12.09.2019 11:18

Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda vətəndaşların "Facebook”, "Twitter", "Youtube”, "Instaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilmişdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısında çıxışı zamanı deyib.

Ə.Həsənov Azərbaycan milli mətbuatının müstəqillik dövründə bu günə qədər keçdiyi tarixi yolu xatırladarq bildirib: "Bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər cəmiyyətdə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst və müstəqil şəkildə araşdırır, əhalinin rəyini öz səhifələrində əks etdirərək hakimiyyətin nəzərinə çatdırır. KİV-lər istədiyi informasiyaları sərbəst şəkildə toplayıb yaymaq, o cümlədən iqtidarın apardığı siyasəti tənqid etmək və yaxud dəstəkləmək imkanına malikdir.

Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir.

Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası,14 radio fəaliyyət göstərir. 2005-ci ildə ölkədə İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və hazırda uğurla fəaliyyət göstərir".

Prezidentin köməkçisinin sözlərinə görə, sosial şəbəkə istifadəçilərin sayı ölkədə 3 milyon nəfərdən çoxdur ki, bu da cəmi 10 milyon əhalisi olan bir ölkə üçün çox böyük göstəricidir: "Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin özünün və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.

Müşahidələr və təhlillərdən aydın olur ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Belə ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.

Yuxarıda dediklərimizi ümumiləşdirsək belə bir qənaətə gəlmək olar ki, Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Bizim ölkə dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv etmiş və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina etmişdir. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxmışdır ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaratmışlar. Mətbuat Şurası bəhs etdiyim istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurların müzakirə etmək bacarığı bunun göstəricisidir".



SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb