Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İtaliyada müzakirələr aparılıb
Siyasət / 18.09.2019 14:39

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya səfəri çərçivəsində İtaliya Senatının sədri Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlıq əlaqələrindən, ölkələrimiz arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, mədəniyyət, elm və təhsil sahələrində intensiv mübadilələrin mövcudluğundan məmnunluq ifadə olunub. Azərbaycan-İtaliya dostluq əlaqələrinin möhkəmlənməsində parlamentlərəarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu xüsusda parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri və hər iki ölkənin parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının fəaliyyəti təqdir olunub.
M.E.Alberti Kasellati 18-19 iyul 2018-ci il tarixlərində İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin ardınca iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərdə dinamikliyin davam etdiyini, bunun ardınca 25-26 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərinin, 18-19 oktyabr 2018-ci il tarixlərində İtaliya Senatının sədri qismində özünün ölkəmizə rəsmi səfərinin, 6-8 may 2019-cu il tarixlərində Milli Məclisinin sədri Oqtay Əsədovun İtaliyaya rəsmi səfərinin həyata keçirildiyini bildirib. Azərbaycana rəsmi səfəri vaxtı ən yüksək səviyyədə qəbul edildiyini, Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını və bu səfərin ona ölkəmizin həqiqətləri ilə yaxından tanış olmağa imkan verdiyini, Azərbaycanın zəngin tarixi-mədəni irsini, iqtisadi inkişafını, multikultural mühitini yüksək qiymətləndirdiyini deyib. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanla İtaliya arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığa yetirdiyi diqqəti, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələri və bu mənada dünya maddi-mədəni irsinin qorunmasına verdiyi töhfələri təqdir edib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsi olduğunu bildirib. İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğunu bildirib. Nazir Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsinin Avropa, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinə, eyni zamanda Azərbaycan-İtaliya tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcəyindən əminliyini ifadə edib, bu layihənin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, bu əməkdaşlığa İtaliyanın töhfələri, regional təhlükəsizlik mövzuları ətrafında da fikir mübadiləsi aparılıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın suve
2023-06-03
10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb
09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"
09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"
09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB
08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək
07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək
2023-06-01
11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq
10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib
2023-05-30
17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar
15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib
15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir
13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü
12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi
12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır
11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı
11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik
11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker
11:08 Milli Məclisin iclası başladı
10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək
10:29 İsrail Prezidenti Azərbaycanda
10:08 Mövqelərimiz atəşə tutuldu
10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif
09:46 Moskvaya PUA hücumu olub - VİDEO
09:41 Hərb tariximiz- qürur mənbəyimiz!
09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?
09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”
09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları