Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb

Siyasət / 19.09.2019 09:49

Bakı şəhərinin Baş planının hazırlanması işi plan-qrafikə uyğun davam etdirilməkdədir. Bu prosesin bütün iştirakçılarının əlaqələndirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən formalaşdırılmış qurumlarası İşçi qrupun növbəti iclası 18 sentyabr 2019-cu il tarixində keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, bir çox nazirliklərin, dövlət komitələrinin və digər aidiyyəti dövlət qurumlarının həm rəhbərlik, həm də ekspert səviyyəsində təmsil olunduğu İşçi Qrupun bu iclası çərçivəsində ötən müddət ərzində görülmüş işlər təqdim olunub, beynəlxalq və yerli ekspertlər tərəfindən şəhər planlaması üzrə təklif edilən ilkin baxışlar müzakirə edilib.

İclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov İşçi Qrupda təmsil olunan qurumların ötən müddət ərzində səmərəli əməkdaşlığını yüksək qiymətləndirərək, Baş plana daxil ediləcək strateji layihələr üzrə irəli sürülmüş təkliflər barədə məlumat verib. Sədr müavini aidiyyəti dövlət qurumlarının təşəbbüsü və iştirakı ilə işlənilən strateji layihələrin Bakının müəyyən olunmuş inkişaf prioritetlərinə əsaslandığını bildirib və iclas iştirakçılarını seçilmiş layihələrin fəal müzakirəsinə dəvət edib. Eyni zamanda, məlumat verilib ki, bu günədək 31 dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılmış və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilib.

Daha sonra Bakının baş planının hazırlanması üzrə keçirilmiş beynəlxalq tenderin qalibi "AS+P” şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritelərinə əsaslanaraq işlənmiş bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib. Təqdim olunmuş şəhər planlaması baxışları (1) "Çoxmərkəzli şəhər nüvəsinin formalaşdırılması və ərazilərdən səmərəli istifadə”, (2) "Şəhər əhalisinin mobilliyini təmin edən ictimai nəqliyyat şəbəkələri və onların inteqrasiyası”, habelə (3) "Müasir şəhər iqtisadiyyatı - gələcək iqtisadi inkişafı şərtləndirəcək hərəkətverici amillər” kimi mövzuları əhatə edib.

Daha sonra İşçi Qrupun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 parallel sessiya formatında davam edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri və Komitənin məsləhətçisi olan "BCG” şirkətinin nümayəndələri tərəfindən idarə olunan sessiyalarda hər 3 mövzu üzrə təklif olunmuş baxış və həllərə dair ətraflı müzakirələr aparılıb, aidiyyəti dövlət qurumlarının rəyləri dinlənilib. Eyni zamanda, iclasda təqdim olunmuş və Bakının Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək bəzi strateji layihələrin də müzakirəsi və ilkin qiymətləndirilməsi təşkil olunub.

Qeyd etmək lazımdır ki, İşçi Qrupun ilk iclası cari ilin iyun ayında baş tutmuş və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Komitə tərəfindən paytaxtın Baş planının hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir.



SON XƏBƏRLƏR

2019-10-21

21:08 Azərbaycanla Meksika gömrük sahəsində yeni saziş imzalayacq

17:27 Qənirə Paşayeva: Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır

17:21 Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Sofiyada ağacəkmə kampaniyası keçirilib (FOTO)

17:05 Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək

17:00 Prezident İlham Əliyev bir neçə estrada ifaçısına “Xalq artisti” fəxri adı verib (SİYAHI)

16:33 Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib

16:31 Əli Həsənov Baş Nazirinin müavini vəzifəsindən azad edilib

16:18 Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə əlavə 3,5 milyon manat ayrıldı - SƏRƏNCAM

16:15 Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb

16:12 Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək

15:47 Türkiyə səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir

15:43 Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO)

15:29 Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

15:25 Baş Prokurorluq: Əli Kərimli iki nəfər polis əməkdaşına xəsarət yetirib

15:16 Tərtər rayonunda maarifləndirmə tədbiri keçirilib (FOTO)

14:57 “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Cocuq Mərcanlı kəndinə səfər edib (FOTO)

12:16 Aqil Abbas: “Millət vəkili, ziyalı kimi onlara dəstək olmağa hazıram...”

10:05 Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

2019-10-18

18:39 Azərbaycan Prezidenti: Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır

16:08 Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)

14:54 QHT sədrinin məqaləsi Türkiyənin rəsmi xəbər agentliyinin saytında yayınlanıb

14:53 “Yol Polisinə dəstək” qrupları yaradılıb

14:27 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

14:19 Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi

14:17 Azərbaycan Milli Kitabxanası ilə Berlin Universiteti əməkdaşlıq Memorandumu imzalayıb

12:57 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir (FOTO)

12:37 Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik edib

12:27 Pakistan prezidenti Azərbaycana gələcək

12:18 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır”

12:14 Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılmış uşağın vəziyyəti ağırdır

11:37 Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

11:16 Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

11:09 AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:29 Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Product image

17:30 Messinin İngiltərəyə girişi qadağan oluna bilər

Maraqlı Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları

Product image

12:12 Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb