Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

Hadisə / 19.09.2019 14:14

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror Hüseyn Abdullayevin 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror keçmiş Dövlət Sərhəd Xidməti əməkdaşlarına 4 il sınaq müddəti olmaqla şərti cəza istəyib.

Dövlət ittihamçısı, həmçinin H.Abdullayevin anası Zeynəb Abdullayevanın 5 min manat cərimələnməsini istəyib.

Prokurorun çıxışı zamanı Hüseyn Abdullayev ittihamın yalan, qondarma olduğunu bildirib. Hakim Hüseyn Abdullayevi prokurorun çıxışına etiraz bildirdiyinə görə zaldan çıxarıb. Bu zaman onun anasının ürəyi gedib. Məhkəməyə təcili yardım çağırılıb.

Dövlət ittihamçısı, həmçinin iş üzrə Vergilər Nazirliyinin qaldırdığı mülki iddianın təmin olunmasını da istəyib.

Təqsirləndirilən şəxslərin müdafiəçiləri çıxış üçün vaxt istəyiblər.

Proses sentyabrın 26-da davam edəcək.

Rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.



SON XƏBƏRLƏR

2019-10-21

21:08 Azərbaycanla Meksika gömrük sahəsində yeni saziş imzalayacq

17:27 Qənirə Paşayeva: Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır

17:21 Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Sofiyada ağacəkmə kampaniyası keçirilib (FOTO)

17:05 Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək

17:00 Prezident İlham Əliyev bir neçə estrada ifaçısına “Xalq artisti” fəxri adı verib (SİYAHI)

16:33 Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib

16:31 Əli Həsənov Baş Nazirinin müavini vəzifəsindən azad edilib

16:18 Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə əlavə 3,5 milyon manat ayrıldı - SƏRƏNCAM

16:15 Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb

16:12 Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək

15:47 Türkiyə səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir

15:43 Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO)

15:29 Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

15:25 Baş Prokurorluq: Əli Kərimli iki nəfər polis əməkdaşına xəsarət yetirib

15:16 Tərtər rayonunda maarifləndirmə tədbiri keçirilib (FOTO)

14:57 “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Cocuq Mərcanlı kəndinə səfər edib (FOTO)

12:16 Aqil Abbas: “Millət vəkili, ziyalı kimi onlara dəstək olmağa hazıram...”

10:05 Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

2019-10-18

18:39 Azərbaycan Prezidenti: Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır

16:08 Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)

14:54 QHT sədrinin məqaləsi Türkiyənin rəsmi xəbər agentliyinin saytında yayınlanıb

14:53 “Yol Polisinə dəstək” qrupları yaradılıb

14:27 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

14:19 Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi

14:17 Azərbaycan Milli Kitabxanası ilə Berlin Universiteti əməkdaşlıq Memorandumu imzalayıb

12:57 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir (FOTO)

12:37 Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik edib

12:27 Pakistan prezidenti Azərbaycana gələcək

12:18 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır”

12:14 Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılmış uşağın vəziyyəti ağırdır

11:37 Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

11:16 Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

11:09 AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:29 Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Product image

17:30 Messinin İngiltərəyə girişi qadağan oluna bilər

Maraqlı Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları

Product image

12:12 Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb