Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

Cəmiyət / 19.09.2019 16:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindən 20, Digah qəsəbəsindən 12, "Göy Qurşağı” kompleksindən 22, Binəqədi rayonu "Gənclər şəhərciyi” kompleksindən 9, Astara rayonundan 1 mənzil olmaqla (ümumilikdə 64 mənzil) yeni yaşayış binalarından alınmış mənzillər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində mühüm addımlar atlılır. Bu kateqoriyalardan olanlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib, bu il isə azı 800 mənzil verilməsi planlaşdırılıb. Onlardan bu gün təqdim edilən mənzillər də daxil olmaqla artıq 174 mənzil verilib. Bununla indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.

V.Nəsirli müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib. Bildirib ki, ötən il həmin vətəndaşlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 330-u verilib. Beləliklə, indiyədək 6474-dək avtomobil müharibə əlillərinə istifadəsinə verilib.

Nazir müavini diqqətə çatdırıb ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub, onların sırasında şəhid ailələri və müharibə əlilləri də var. Belə ki, həmin vətəndaşlara yönələn təqaüd və müavinətlərin, pensiyaların da əhəmiyyətli dərəcədə artırılması təmin edilib.

İctimai təşkilatların rəhbərləri Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin rifahı naminə görülən işlərin, eyni zamanda onların mənzillə təmin edilmələrinin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir təzahürü olduğunu qeyd ediblər.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini məmnunluq hissi ilə vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi üçün atılan mühüm addımlara, bu gün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.




SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb