Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin ilk hesabatını məruzə etdi

Gündəm / 24.09.2019 12:12

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyə, müvafiq dövlət orqanlarına təqdim olunub.

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc "Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda deyib.

Z.Oruc bildirib ki, 2019-cu ilin başlanması ilə ölkədə həyata keçirilən yeni kursun başlıca konturlarını müəyyənləşdirməyə çalışdığımız zaman hər birimiz üçün son dərəcə taleyüklü çağırışlar meydana çıxıb: "STM 2019-cu ilin siyasi və sosial mühitində baş verən böyük dəyişikliklər məramının bariz nümunəsi, ümummili sosial dialoqun təşkili istiqamətində atılan mühüm addımlardan biridir. Daha dəqiq desək, vətəndaşı dövlət idarəçiliyinə yaxınlaşdırmaq, öz növbəsində, qarşılıqlı olaraq, onun da diqqət mərkəzinə dövlətimizi gətirmək, vətənin bu günü və gələcəyi naminə hər birimizi bacardığı töhfə və məsuliyyətini ortaya qoymağa səslənməsi hadisəsidir.

Nizamnaməyə əsasən, STM-in vəzifələri sırasına cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, aparılan siyasətin səmərəliliyinin artırılması məqsədi ilə idarəetmə prosesinin təkmilləşdirilməsi, qəbul edilən qərarların təsirlərinə dair tədqiqatlar aparmaq, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını sistemli təhlil etmək, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və s. daxildir”.

Mərkəz rəhbəri araşdırma, təhlil və proqnozlaşdırmanın müasir dövlət idarəçiliyinin hərəkətverici qüvvəsi olduğunu vurğulayıb: "Müasir dünyada milli quruculuq siyasətinin, dövlət idarəçiliyinin, islahatların yeni mərhələsinin elmi əsaslar üzərində və qabaqcıl təcrübəni öyrənməklə həyata keçirilməsi uzun tarixə malikdir. STM tərəfindən müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyiə və müvafiq dövlət orqanlarına təqdim olunub. Ölkə miqyasında tədqiqatlarla bağlı qurumların ümumi mənzərəsi təhlil etməyə çalışmışıq, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın qarşılanması üçün tədbirlərin hazırlanmasına, ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər sosial məlumat data bazasının yaradılmasına başlanılıb. Cari il və perspektivlər üçün aktual sosial-siyasi məsələlərin elmi tədqiqat konsepsiyası-fəaliyyət planını hazırlanıb.

Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlər üstünlük təşkil edib. O cümlədən, iqtidar və cəmiyyət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsi, dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi, sosial ictimai münasibətlərin aktual mövzularının tədqiqi yönündə mühüm addımlar atılıb. Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb. Onların sırasında müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırma və s. qeyd edilə bilər. "Sosial Tədqiqatlar” və "Azərbaycan barometri” adlı jurnallar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib, müntəzəm nəşrə hazırlıq başa çatıb”.

Z.Oruc hazırda tədqiq edilən aktual mövzulardan bəzilərinə də diqqət çəkib: "Bu sırada məmur-vətəndaş münasibətlərinin vəziyyəti və onun təkmilləşməsi yolları, vətəndaşlara xidmətin keyfiyyətin qiymətləndirilməsi, sosial təbəqələşmə və regionlarda sosial proseslər, paytaxt və bölgələrdə gənclərin ictimai maraq, siyasi və digər mənafelər baxımından həssas ideya, baxışların tədqiqi, özünüməşğulluğun monitorinqi, əhalinin gəlirləri arasında fərqlər, cəmiyyətdə dialoq mühitinin formalaşdırılması yolları, vətəndaşların informasiyaya əlçatanlığının araşdırılması və xarici təsirlərin öyrənilməsi, sosial gərginlik meyillərinin səbəbləri və xüsusiyyətləri var.

Mərkəz rəhbəri bu sahədə böyük fəaliyyəti olan, amma ölkə ictimaiyyətinin tanımadığı tədqiqatçı alim Çapay Sultanovla bağlı planları da bölüşüb: "Azərbaycanın elmi cəmiyyəsinin kiçik bir hissəsinin tanıdığı, xalqınsa böyük əksəriyyətinin tanımadığı böyük alim əvəzsiz bir elmi xəzinə yaradıb. Yalnız prezident İlham Əliyev alimin böyük irsinə dəyər verib, sözügedən şəxsi dövlət mükafatlarına layiq görüb. STM – də bu böyük ensiklopedik şəxsin adına mükafat təsis edilib. Bu mükafat gələcəkdə tədqiqatçılara veriləcək”.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb