Vüqar Rəhimzadə: Bu, Ermənistana və bütün dünyaya ünvanlanan bəyanatdır

Siyasət / 04.10.2019 17:23

Bu gün Azərbaycan regionda və dünya miqyasında mehriban qonşuluq siyasəti yürüdür, bir çox ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa önəm verir. Bu sırada Rusiyanı xüsusi vurğulamaq lazımdır. Uzun illərdir ki, ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin formalaşmasında ölkə başçılarının şəxsi təşəbbüsləri xüsusi qeyd edilməlidir.

Bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfərini və burada keçirdiyi görüşləri şərh edərkən bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu günlərdə Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri, keçirdiyi görüşlər, Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakı mühüm məqamlarla yadda qaldı: "Möhtərəm Prezidentimizin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə qeyd edildi ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr möhkəmlənir, ötən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollara bərabər olub. Bu və digər amillər göstərir ki, Azərbaycan-Rusiya əməkdaşlığı yüksək səviyyədədir və gələcək üçün böyük perspektivlər mövcuddur. Dövlətimizin başçısının "Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur” fikirləri də bu reallığı bir daha təsdiq edir”.

"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Prezident İlham Əliyevin Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı və mühüm mesajlar verməsi həqiqətlərimizin təbliği və ölkəmizin milli maraqlarının müdafiə edilməsi istiqamətində kifayət qədər yüksək qiymətləndirilir: "Möhtərəm Prezidentimiz bütün beynəlxalq tribunalardan hər zaman Azərbaycanın gələcək strateji hədəflərini bəyan edir, milli maraqlarımızı qətiyyətlə qoruyur. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyimiz, problemin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkün ola biləcəyi vurğulanır. Prezident İlham Əliyevin Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında da əsas mövzu bu istiqamətdə olub. Möhtərəm Prezidentimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, işğal faktından və onun acı nəticələrindən bəhs edib. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini bəyan edib”.

Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycan Prezidenti sessiyada çıxışı zamanı Paşinyanın da layiqli cavabını verib: "Möhtərəm Prezidentimiz Ermənistan baş naziri Paşınyanın "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu xüsusi olaraq diqqətə çatdırıb, "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - deyə, sərt cavab verib. Bu, Ermənistana və bütün dünyaya ünvanlanan bəyanatdır. Hər kəs bir daha bilməlidir ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və gec-tez bu qədim torpaqlarımız işğaldan azad olunacaq, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edəcək”.



SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları