"Pəhləvanlar" kafesinin sahibi əxlaqsızlıq yuvası saxladığını etiraf etdi - ŞOK TƏFƏRRÜAT

Hadisə / 07.10.2019 18:08

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda kafedə əxlaqsızlıq yuvası saxlama və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend bildirir ki,hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. Onlar kafedə əxlaqsızlıq yuvası saxladığını etiraf ediblər.

Proses oktyabrın 11-də davam etdiriləcək.

İttihama görə, Qabil Ramazanov özünə məxsus "Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib. Qabil Ramazanov 18 otaqdan ibarət kafesində ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla cinsi əlaqədə olmasına şərait yaradıb. Bunun qarşılığında həmin qadınlara müştərilərdən aldığı pulun müəyyən hissəsini ödəyirmiş.

Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə ediblər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı 49 qadın saxlanılıb.

Əməliyyat zamanı kafenin birinci mərtəbəsində yerləşən 18 otaqdan 5-də kafedə işləyən qadınlarla intim münasibətdə olan müştərilər olub. Onlar da əməliyyatçılar tərəfindən saxlanılıb və zəruri tədbirlər görülüb.

İttihamda o da göstərilir ki, Qabil Ramazanovun kafedəki iş otağından narkotik vasitə də aşkar edilib.

İstintaq orqanı Qabil Ramazanov barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edib. Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimlinin barəsində isə Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib.



SON XƏBƏRLƏR

2019-10-22

18:25 İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib

17:24 Vilayət Eyvazov: "Sabitliyin təmin olunması kursu üzərimizə məsul vəzifələr qoyur"

17:22 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi

16:30 Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən çıxarıldı, yeni posta gətirildi

15:56 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

15:42 Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib

15:37 Xalq artistlərindən Əli Kərimliyə etiraz: “Xalqın adından niyə danışırsan?”

15:34 Ərdoğan və Putin arasında görüş başladı - Soçidə (FOTO)

15:33 Sabirabadda 50 min ağac əkiləcək (FOTO)

13:23 Vitse-spiker: “Onların məqsədi islahatları dayandırmaq idi”

13:18 Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

13:07 Vitse-spiker: Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir

13:03 Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”

12:47 Səməd Seyidov: Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular

12:34 Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub (FOTO)

12:27 Milli Məclisdə qanunsuz aksiya ilə bağlı məsələ qaldırıldı

12:19 Şuranın dəstəyilə “Sağlam qidalanmanın şərtləri” müzakirə olunub

11:19 Şuranın dəstəklədiyi daha bir layihə yekunlaşıb

10:13 Cari ildə Nazirliyin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

09:33 Şuranın dəstəyilə ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydaları müzakirə olunub

09:21 Dövlət Miqrasiya Xidmətində “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi”

2019-10-21

21:08 Azərbaycanla Meksika gömrük sahəsində yeni saziş imzalayacq

17:27 Qənirə Paşayeva: Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır

17:21 Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Sofiyada ağacəkmə kampaniyası keçirilib (FOTO)

17:05 Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək

17:00 Prezident İlham Əliyev bir neçə estrada ifaçısına “Xalq artisti” fəxri adı verib (SİYAHI)

16:33 Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib

16:31 Əli Həsənov Baş Nazirinin müavini vəzifəsindən azad edilib

16:18 Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə əlavə 3,5 milyon manat ayrıldı - SƏRƏNCAM

16:15 Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb

16:12 Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək

15:47 Türkiyə səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir

15:43 Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:29 Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Product image

17:30 Messinin İngiltərəyə girişi qadağan oluna bilər

Maraqlı Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları

Product image

12:12 Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb