Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir

Gündəm / 07.10.2019 17:40

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz  QurbanlıTrend-in suallarını cavablandırıb:

- Mübariz müəllim, təmir-bərpa işləri adı altında ermənilər Şuşadakı "Yuxarı Gövhər ağa" məscidinin daxili interyerində ciddi dəyişikliklər ediblər. Bunu son günlər məscidin mediada yayılmış şəkilləri də təsdiqləyir. Açıq-aydın görünür ki, bərpa adı altında tariximiz saxtalaşdırılır. Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?

- Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə apardığı təcavüzkar siyasəti illərdir davam edir. Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüzminlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanın tarixi abidələrinə münasibətdə də erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv ediblər. Onlar bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

Onu da deyim ki, işğal altındakı torpaqlarımızda müəyyənləşdirdiyimiz tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Azərbaycana yaxud İslam mədəniyyətinə deyil, bəşər mədəniyyətinə qarşı təcavüzdür.

"Yuxarı Gövhər ağa" məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhənin ermənilər tərəfindən sökülməsi, əvəzində erməni dilində "Tarixi-mədəni abidə, Yuxarı məscid, 1883, dövlət tərəfindən qorunur" sözlərini əks etdirən lövhə vurulması ilə qane olmayan ermənilər məscidin görünüşündə də dəyişiklik etməkdən çəkinməyiblər. Bu, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir.

Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, habelə "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Buna baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz apardıqları arxeoloji qazıntı işlərini davam etdirir, tarixi abidələrimizi, məscidləri dağıdır, tarixi-mədəni irsimizi isə saxtalaşdırırlar.

Azərbaycan torpaqlarında ermənilər tərəfindən nəinki İslam abidələri, eləcə də Qafqaz Albaniyasına aid olan abidələr təcavüzə məruz qalır. Ermənilər işğal olunmuş torpaqlarımızda bütün xristian abidələrinə qarşı da saxtalaşdırma, mənimsəmə aktları həyata keçirməkdə davam edirlər.

Biz bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. Tələb etmişik ki, Ermənistan vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalı, bu vəhşiliyə hüquqi qiymət verilməlidir. Biz beynəlxalq ictimaiyyətdən işğalçı Ermənistana layiq olduğu münasibəti göstərməsini tələb edirik. Bu istiqamətdə mümkün tədbirləri görürük.

- Təmir işlərinin İran şirkəti tərəfindən aparıldığı bildirilir. Bununla bağlı hansısa araşdırma aparılıbmı?

-Bizdə olan məlumata əsasən,"bərpa" işlərini İranın "Part Saman Cahan Co" şirkəti həyata keçirir. Hətta erməni tərəfi bildirib ki, "bərpa" üçün İran şirkətinin seçilməsi təsadüfi deyil. Çünki guya bu məscidin İran tarixi və mədəniyyəti ilə sıx bağlılığı var. Ümumiyyətlə, işğal altında qalmış Azərbaycan xalqına məxsus İslam inciləri məqsədli şəkildə İran mədəni irsinə mənsub abidələr kimi qələmə verilir. Məsələn, məlum olduğu kimi, İrəvandakı Göy məscidin Azərbaycana məxsus milli memarlıq uslubu dəyişdirilərək iranlaşdırılıb. Halbuki işğal altında qalmış bütün tarixi-mədəni abidələr Azərbaycan xalqına, onun mədəni irsinə məxsusudur. Tarixdən hamıya məlumdur ki, "Yuxarı Gövhər ağa" məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabagi tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdi. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik idi. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış "Yuхarı Gövhər ağa" məscidi kimi tanınan həmin bina inşa edilmişdi.

Erməni mətbuatının yazdığına görə, "Yuxarı Gövhər ağa" məscidinin "bərpası layihəsi" qondarma Artsax hökuməti, Ermənistandakı Tarixi Şərq Mirasının Dirçəlişi Fondu və İran-Ermənistan Dostluq Assosiasiyasının maddi və mənəvi dəstəyi ilə icra olunur. Ümumi restavrasiya, incə işləmələr və çini işlər iranlı incəsənət ustaları tərəfindən həyata keçirilir.

Onu da deyim ki, "Part Saman Cahan Co" şirkətinin rəhbəri Səid Nəhəvəndinin Ermənistanda memarlıq ixtisası üzrə ali təhsil aldığı bildirilir. Məncə, təkcə bu fakt çox şeyi deyir.

- İran tərəfinə bu barədə hansısa formada müraciət edilibmi?

- Ermənilərin təmir-bərpa işləri bəhanəsi ilə "Yuxarı Gövhər ağa" məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə ciddi zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürülməsi onların "özgələşdirmə və özününkiləşdirmə" siyasətini bir daha sübut edir. Qarşı tərəfin beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq məsciddə qanunsuz "təmir-bərpa işləri" aparması və hansısa xarici şirkəti cəlb etməsi Azərbaycanla yanaşı, bütün İslam dünyasına, dünya mədəniyyətinə qarşı qəsd deməkdir. Bu baxımdan qonşu, dost ölkə olan İranın hansısa şirkətinin bu prosesdə iştirakı bizi çox təəssüfləndirir. Biz bu barədə İranın müvafiq dövlət qurumlarının rəhbərlərinə, eləcə də ölkəmizdəki səfirliyinə dəfələrlə mövqeyimizi bildirmişik. Qeyd etmişik ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində İslam abidələrinin məhv edilməsi və ya tarixinin saxtalaşdırılması bütün İslam dünyasına qarşı yönəlmiş mənəvi terrordur. Hansısa müsəlman ölkəsinin və ya onun vətəndaşının bu mənəvi terrorda iştirakı qəbuledilməzdir. Üstəlik, bütün İslam dünyasının bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı kimi tanıyıb. Bu faktdan sonra hansısa müsəlman ölkəsinin belə bir məsələdə ermənilərlə əməkdaşlığı nə dinimizin, nə beynəlxalq hüququn prinsiplərinə uyğundur. Ümid edirik ki, dost, qardaş İran bu ölkədə yaşayan ermənilərin İran-Azərbaycan münasibətlərinə xələl gətirmək niyyətinin qarşısını alacaqdır



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb