Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub

Mədəniyyət / 09.10.2019 13:35

Oktyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub.

AZƏRTACxəbər verir ki, gecədə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin Prezident İlham Əliyevin "Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib. Diqqətə çatdırıb ki, yazıçının "Böhtan”, "Sabahın sorağında”, "Bahar yağışı” əsərləri Azərbaycan romanları sırasında öz layiqli yerini tutub. Onun böyük ustalıqla ərsəyə gətirmiş olduğu hekayələri də geniş oxucu auditoriyası qazanıb.

Vaqif Əliyev qeyd edib ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğinə böyük ehtiramla yanaşan dövlətimizin başçısı bu sahədə çalışan insanları yüksək qiymətləndirir və davamlı olaraq onları fəxri adlar, mükafatlarla təltif edir. Hüseyn İbrahimovun yaradıcılığına verilən qiymət də bu istiqamətdə atılan addımlardan biridir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Hüseyn İbrahimovun AYB-nin Naxçıvan bölməsində əvəzsiz xidmətlərindən danışıb.

Akademik İsa Həbibbəyli Azərbaycan ədəbi mühitində Hüseyn İbrahimovun mövqeyindən söz açıb. Qeyd edib ki, ədəbiyyatımızda "50-cilər” nəsli ayrı-ayrılıqda öyrənilməsə də, onun nümayəndəsi Hüseyn İbrahimov 60-cı illərdə Azərbaycan realist ədəbiyyatının böyük ənənələrinə qayıdışının əsasını qoyanlardan idi. Xalq şairi Bəxtiyar Vahabzadə, Qabil, Nəbi Xəzri, İslam Səfərli, Xalq yazıçısı İsmayıl Şıxlı kimi Hüseyn İbrahimov da ədəbiyyatı ideologiyadan həyata yaxınlaşdıran, sadə insanların taleyini əks etdirən yazarlardan biri olub. Onun əsərlərində ilk dəfə olaraq sovet adamlarının səhvlərindən bəhs olunurdu. Bu, sovet ədəbiyyatı "buzları”nın artıq əriməyə başladığını göstərirdi.

Bədii hissə ilə davam edən tədbirdə Gülarə Əliyeva adına "Dan ulduzu” instrumental ansamblı çıxış edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur. Əməkdar artist Nuriyyə Hüseynova, müğənnilər Sərxan Bünyadzadə və Rovşən Əziz "Naxçıvan təranəsi”, "O Naxçıvandır”, "Araz üstü şəhərim” və digər mahnıları səsləndiriblər.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb