Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir

Gündəm / 09.10.2019 18:39

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak məqsədilə Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov İsveçrənin Cenevrə şəhərində səfərdədir.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, sessiyanın ilk günündə vətəndaşsızlıq məsələləri ilə əlaqədar yüksək səviyyəli seqment təşkil olunub.

Tədbirdə çıxış edən Rza Talıbov Azərbaycanın 1992-ci ildən etibarən vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı qoşulduğu bir sıra beynəlxalq sənədlərin əhəmiyyətinə toxunub. Bildirib ki, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdundan zorla çıxarılıb. O insanların hamısı Azərbaycana pənah gətirib. 1990-cı ildə 50 minədək məshəti türkü də məhz ölkəmizdə sığınacaq tapıb.

Prezident cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən məqsədyönlü siyasətin əhalinin rifah halının yüksəldilməsinə xidmət etdiyini vurğulayan Rza Talıbov Respublikada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən qayğıdan, onların cəmiyyətə inteqrasiyası məqsədilə reallaşdırılan tədbirlərdən, o cümlədən miqrasiya qanunvericiliyinin tələblərinin sadələşdirilməsi və vətəndaşlıq sahəsində humanist hüquqi yanaşmanın tətbiqindən danışıb. Vurğulayıb ki, dövlət rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir ki, respublikamızda doğulan və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq, eləcə də Azərbaycan ərazisində olan və hər iki valideyni naməlum uşaq da tam hüquqlu vətəndaş hesab edilir.

Baş İdarə rəisi respublikamızda vətəndaşlığı olmayan şəxslərin naturalizasiyası istiqamətində atılan addımlardan da danışıb. Bildirib ki, vətəndaşlıq almaq üçün müraciət edənlərin sayında artım müşahidə olunur ki, bu da ölkədəki sosial-iqtisadi inkişafla bağlıdır. 2008-2019-cu illər ərzində ümumilikdə 1619 vətəndaşlığı olmayan şəxs Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə vətəndaşlığa qəbul olunub. 51 nəfərin isə vətəndaşlığının bərpası həyata keçirilib. Hazırda ölkə ərazisində 545 nəfər vətəndaşlığı olmayan şəxs var. Növbəti 3 ildə həmin şəxslərin naturalizasiyası təmin ediləcək.

Yüksək səviyyəli seqmentdə təmsil olunan dövlətlər tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində könüllü vədlər elan olunub. Azərbaycan Hökuməti tərəfindən də ölkəmizin milli maraqları nəzərə alınmaqla müvafiq öhdəliklər səsləndirilib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 70-ci sessiyası oktyabrın 11-də yekunlaşacaq.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb