Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Gündəm / 14.10.2019 14:42

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Trend-in məlumatına görə, nekroloqda deyilir:
"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat etmişdir.
Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirmişdir.
Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981–1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991–1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmış, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik etmişdir.
Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr vermişdir. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulamışdır.
Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınmışdır. "Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.
Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil etmişlər.
Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanmışdır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilmişdir.
Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülmüşdür.
Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu həmçinin Əli Əsədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Ceyhun Bayramov, Akif Əlizadə, İsa Həbibbəyli, Nizami Cəfərov, Gövhər Baxşəliyeva, Teymur Kərimli və Elçin Babayev də imzalayıblar.
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb
13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB
12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları