“Azərxalça”nın Lənkəran filialının birinci ildönümü qeyd olunub (FOTO)

Mədəniyyət / 15.10.2019 17:57

Oktyabrın 15-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında bu xalça istehsalı emalatxanasının fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə tədbir keçirilib.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri, professor Vidadi Muradov filialın fəaliyyətə başlamasının bir illiyi münasibətilə kollektivi təbrik edərək deyib ki, 2018-ci ilin 15 oktyabrı xalçaçılıq tariximizin mühüm səhifələrindən biridir. Məhz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı istifadəyə verilib. Bu tarixi hadisə ölkə rəhbərinin xalçaçılığın inkişafına göstərdiyi növbəti qayğının təzahürüdür.

Qeyd olunub ki, "Azərxalça”nın Lənkəran filialı ölkəmiz və xalqımız üçün çox əlamətdar bir gündə istifadəyə verilib. Belə ki, 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyev ilk dəfə Azərbaycanın Prezidenti seçilib. Həmin gündən Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulub, iqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edilib. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf edən, dünyanın ən sabit ölkələrindən birinə çevirib.
Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında xalçaçılıq sənəti də mühüm yer tutur. 2016-cı ildə yaradılan "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 20 şəhər və rayonda 21 filialı fəaliyyət göstərir. Son illər fəaliyyətə başlayan xalça istehsalı emalatxanalarının xammalla təmin edilməsi məqsədilə də mühüm tədbirlər həyata keçirilib. Dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 2017-ci ilin dekabr ayının 15-də təməli qoyulan Yunəyrici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Yunəyrici-Boyaq Fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra republikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. 2020-ci ilin ikinci rübündən bizim xalça istehsalı emalatxanalarımız yerli xammaldan istifadə edərək xalça toxuyacaqlar. Bütün bunlar ölkə rəhbərinin xalçaçılığın inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 mart tarixli Sərəncamı ilə Lənkəranda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün vəsait ayrılmışdı. Bu filial binasının tikintisi qısa zaman ərzində yüksək keyfiyyətlə başa çatdırılıb. Ötən dövr ərzində Lənkəran xalça istehsalı emalatxanası öz fəaliyyətini genişləndirib. Hazırda burada 121 toxucu çalışır. İnzibati-texniki işçilərlə birlikdə əməkdaşların sayı 133 nəfərdir. Ötən bir il ərzində filialda 875 kvadratmetr xalça toxunub.

Vidadi Muradov deyib ki, burada peşəkar toxucuların rəhbərliyi altında xalçalar toxunur: "Bizim bu filialın kollektivindən gözləntilərimiz çoxdur. Siz Lənkəranın qədim xalçaçılıq ənənələrini yaşatmalı, daha gözəl xalçalar toxumalısınız. Həm yaradılan şərait, həm təcrübəniz, həm də qədim xalçaçılıq ənənələriniz bunu tələb edir. Əminik ki, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəksiniz”.

İdarə Heyətinin sədri kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə filialın direktoru Nargilə Qənbərova, toxucu Sevda Cəbrayılova çıxış edərək onlara göstərilən qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sonda filialın fəaliyyətində yüksək peşəkarlığı ilə fərqlənən bir qrup toxucu mükafatlandırılıb.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb