Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Gündəm / 18.10.2019 11:16

Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubundakı "Qarabağ Azərbaycandır!" bəyanatı bizim tezliklə öz torpaqlarımıza qayıdacağımız günün yaxında olduğunun göstəricisidir.

Trend-in məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusundakı dəyirmi masada çıxışında deyib.

T.Gəncəliyev bildirib ki, İcma fəaliyyətini aktiv davam etdirir, istər ölkə daxilində, istərsə də ölkə xaricində intensiv görüşlər keçirir:

"Artıq ikinci dəfədir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçiririk. Sonuncu görüş dünən baş tutub. Həmsədrlər bizimlə görüşdən dərhal sonra bəyanat verdilər”. Bizim İcmanın münaqişənin maraqlı tərəfi kimi bəyanatda qeyd edilməsi onu göstərir ki, ermənilərin saxta iddiası qəbul olunmur. Biz münaqişənin maraqlı tərəfi kimi mövcuduq, ona görə də həmsədrlərin bizimlə görüşü, xüsusilə Qarabağ separatçılarının böyük narahatlığına səbəb olub. Onlar müxtəlif bəhanələr, iddialar irəli sürməklə bizim İcmanın həmsədrlərin bəyanatında qeyd olunmasını həzm edə bilmirlər".

İcma sədri vurğulayıb ki, informasiya müharibəsində, danışıqlarda, müzakirələrdə daha fəal iştirak etməliyik:

"Biz dünən həmsədrlərə bütün tələblərimizi, istəklərimizi çatdırdıq. Qeyd etdik ki, dəfələrlə erməni icması ilə görüş və dialoq aparmaq üçün müraciət etmişik. ATƏT-in Minsk Qrupu da bu mesajı dəfələrlə onlara çatdırıb. Ancaq erməni icması hələ də bizimlə görüşə reaksiya verməyib. Bütün beynəxalq ictimaiyyət qəbul edir ki, Azərbaycanın Qarabağ bölgəsində əvvəl-axır iki icma bir yerdə yaşamalıdır. Bunu erməni icması da gözəl başa düşür. Ancaq onların bizimlə birgə yaşamaq istəməmələri qeyri-konstruktiv niyyətlərindən xəbər verir. Biz bu məsələni açıq şəkildə həmsədrlərin qarşısında qoyduq ki, əgər onlar keçmişdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bizimlə bir yerdə yaşayıblarsa, nəyə görə adi bir dialoq qurmaqdan imtina ediblər? Bu, bir daha Ermənistan rəhbərliyinin və qondarma rejimin qeyri-konstruktiv mövqeyi və təcavüzkar tərəf olduğunun göstəricisidir. Biz, eyni zamanda həmsədrlərə işğal olunmuş ərazilərdə dağıdılmış mədəni-tarixi və dini irsimizin vəziyyəti haqqında məlumat verdik və tələb etdik ki, buna son qoyulmalıdır. Məsələn, son günlər Şuşada yerləşən Qarabağın əsas simvollarından biri olan Gövhər Ağa məscidinin "təmir" işlərinin başa çatması, onun fars məscidi adı altında təqdim edilməsi bizim böyük etirazımıza səbəb olub. Biz bir daha həmsədrlərə bildirdik ki, bu, Azərbaycan tarixinin saxtalaşdırılmasına yönələn bir addımdır və onlar ermənilərə təsir etməlidir ki, bu qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar. Ümid edirik ki, İran tərəfi də bundan bir nəticə çıxaracaq və müvafiq addımlar atacaq ki, gələcəkdə bu məsələlərə daha ehtiyatlı yanaşılsın, bizim Dağlıq Qarabağdakı irsimizin dağıdılması və gizlədilməsində iştirak etməsin".



SON XƏBƏRLƏR

2023-01-27

17:47 İran rəsmən izahat verməlidir

14:48 Terror hadisəsini şiddətlə qınayırıq

14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

2023-01-26

13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı

13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB

12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi

08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”

2023-01-24

11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

2023-01-23

15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi

15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri

10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI

10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib

09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib

2023-01-18

13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

2023-01-16

18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB

17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB

16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”

14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB

12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

Product image

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları