Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır”
Siyasət / 18.10.2019 12:18

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin son iqtisadi müşavirədəki çıxışını şərh edib.
Dövlət başçısının mühüm məsələlərlə bağlı fikirlərinə münasibət bildirən Zahir OrucModern.az-a açıqlamasında bildirib ki, bu, prezidentin Soçidəki Valday klubunda etdiyi çıxışın davamıdır:
"Daxili Valday müşavirəsi”...
"Prezidentin Valday klubunda verdiyi mesajlar beynəlxalq məkana yönəlmiş, Azərbaycanın ən müxtəlif məsələlərə sərt yanaşma təqdim etdiyini ortaya qoymuşdu. Bu konteksdən yanaşaraq, 15 oktyabr müşavirəsini "daxili Valday müşavirəsi” adlandıra bilərik. O mənada ki, bu müşavirədə siyasi yüklü açıqlamalar da oldu. Bir sıra məsələlər bağlı qapı arxasında, qapalı dairədə müzakirəyə çıxarıla bilərdi. Onda ictimaiyyət də məlumat tutmazdı. Ancaq dövlət başçısı ölkə əhəmiyyətli məsələlərin hesabatını cəmiyyətə təqdim etdi. Kadrlara, komandaya, hökumətə, ümumilikdə bütün məmur sisteminə müvafiq tapşırıqlar yönəltdi və ölkəni hansı hədəflərə, hansı ideallara daşıdığını da növbəti dəfə ortaya qoydu”.
"İslahatlar geri dönməzdir”
Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri olaraq ölkə başçısının son çıxışını 2019-cu ilin 12 yanvarından başlayan böyük hərəkatın yeni kurs siyasətinin tərkib hissəsi hesab edir:
"Bu islahatlar əvvəlki illərdə müxtəlif sahələr üzrə gerçəkləşdirilən tədbirlərin davamı da olsa, özünün əhatəliliyinə, dərinliyinə, struktur xarakter daşımasına görə xeyli dərəcədə yenidir. Hesab edirəm ki, bu müşavirədən çıxan birinci nəticə islahatların alternativsiz olduğunu deməsidir. Həmçinin, "Prezidentin bu məsələ üzərində ali iradəsi var, o yenilməzdir. İslahatlar geri dönməzdir” nəticəsinə gətirib çıxarır”.
"Müşavirədə Mehriban xanımın iştirakı məntiqli idi”
Mərkəz sədrinin sözlərinə görə, idarəçilikdəki yeni elementlər müşavirənin bu tərkibində də özünü göstərdi:
"Konkret olaraq iqtisadi-sosial məsələlərə üstünlük verilirdisə, bu zaman məsul nazirliklərin rəhbərlərinin dəvət edilməsi önəmlidir. Digər tərəfdən, hər kəs ötən illər ərzində şahiddir ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident olmazdan əvvəl də ölkənin humanitar, mədəni və beynəlxalq əlaqələrinin qurulmasında böyük missiya daşıyıb. Həm məcburi köçkünlərin problemlərinə, həm də devalvasiyadan sonra yaranmış sosial çətinliklərə məhz Mehriban xanım zaman ayırır, aylar ərzində o problemlərin çözülməsi üçün ortaya iradə qoyur və nəticələr də əldə olunurdu. Bu müşavirədə Mehriban xanımın da iştirak məntiqli idi. Ən önəmlisi prezidentin suallar üslubunda hökumət üzvlərindən müxtəlif məsələlərin gedişini soruşması, hesabatlar aparması idi. Əminəm ki, bu, gələcəkdə özünü daha da qabarıq göstərəcək”.
"Prezidentin komandası vahiddir”
Zahid Oruc qeyd edib ki, digər mühüm məsələ dövlət başçısının bəzi maqamları dilə gətirməsi ilə bağlı idi:
"Azərbaycan liderinin idarəçilikdə atılan addımlara bütün komanda üzvlərinin cani dildən yanaşması, vahid komandanlıq prinsipinin bərqərar olması, hər hansı sabotaj elementlərinin, təxribatın yolverilməzliyini dilə gətirməsi çox vacib məsələdir. Ölkə rəhbəri vurğuladı ki, Azərbaycan insanı, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu islahatların yanındadır. İslahatlar keyfiyyət dəyişikliyi deməkdir. Əgər kimsə hansısa nazirliyin tərkibində yer alan adamlara, digər struktura qarşı fəaliyyət aparırsa, bu yolverilməzdir. Ona görə də cənab prezident bu məsələyə sərt reaksiya verdi. Burada məsələ şəxslər üzərinə köklənirsə, prezidentin böyük mənada nəzərdə tutduğu ideyanı görməzdən keçmək qüsur olar. Mənim aləmimdə cənab prezident yeni kadrlara önəm verərkən vətənpərvərlik, intellektuallıq, təşəbbüskarlıq məsələlərini qabartdı. Prezidentin komandası vahiddir. Parçalanmadan, qruplaşmalardan söhbət gedə bilməz.
Mənə elə gəlir ki, prezident çox hədəfli mesajlar verib. Bunlar onun masası üzərində olan açıq və qapalı informasiyalara dayanır. Ən konfliktli bilgilər ölkənin birinci şəxsindədir. Həmçinin, cənab prezident bu məsələlərdə cəmiyyətin yaxından iştirakını da istəmiş oldu”.
2023-03-27
14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları