Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub (FOTO)

Siyasət / 22.10.2019 12:34

Çində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 22-də Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri general-polkovnik Vey Fenxe ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, nazir V.Fenxe Çin ilə Azərbaycan arasında münasibətlərin böyük tarixi olduğunu, müasir dövrdə əlaqələrimizin hər iki xalqın marağına uyğun inkişaf etdiyini deyib. O, ÇXR Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkan yaratdığını deyib. V.Fenxe Azərbaycanın bu təşəbbüsün icrasında fəallıq göstərdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Pekində 2-ci "Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakını məmnunluqla yada salıb.

Çin rəsmisi iki ölkənin hərbi sahədə əməkdaşlığından danışaraq, hərbçilərin qarşılıqlı səfərlərinin bu işə töhfə verdiyini deyib.

V.Fenxe ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

Çin Xalq Respublikasına dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Müdafiə naziri general-polkovnik Z.Həsənov bildirib ki, tarixən iki xalq arasında yaranmış dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında möhkəm təməl rolunu oynayır.

Nazir ölkələrimizin rəhbərlərinin və yüksək vəzifəli rəsmi şəxslərin qarşılıqlı səfərlərinın son vaxtlar intensivləşdiyini, ÇXR Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyevin apreldə "Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakının Azərbaycanın bu layihədə vacib ölkə olduğunu göstərdiyini deyib.

Müdafiə naziri Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da "Vahid Çin” siyasətini dəstəklədiyini və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıdığını deyib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə hüquqi sənədin imzalanması barədə ilkin razılığa gəliblər.




SON XƏBƏRLƏR

2019-11-14

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

18:00 İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində - YENİLƏNİB

16:36 Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

15:33 Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub

15:26 Şuranın dəstəyilə “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

15:19 İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır

15:08 Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb

14:52 Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq

14:00 Mikayıl Cabbarov: Vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb

13:57 Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər

13:51 Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

13:36 Radikal müxalifətin Avropadakı mühacir biznesi də çökdü

13:18 Təhsil Nazirliyi: Şikayət əsasında 7 məsul şəxsə töhmət verilib

12:47 Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub

12:36 Deputat: Dünya dini liderlərin II Sammitinin Azərbaycanda keçirilməsi din xadimlərinin ölkəmizi yaxından tanımasına səbəb olacaq

12:19 Komitə sədri: Vergi Məcəlləsinə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur (YENİLƏNİB)

11:17 Şuranın dəstəklədiyi layihə yekunlaşıb

10:40 Şuranın dəstəyilə “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatı keçirilib

2019-11-13

18:00 Nazir “uşaq pulu” təklifinə münasibət bildirib

17:46 Vilayət Eyvazov Fransa səfirini qəbul edib

17:08 Nazir: Azərbaycanda minimum pensiyanın artırılması üçün işlər görüləcək

17:00 Azərbaycan Prezidenti: Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır

16:59 Yevlaxın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb

16:43 Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib

16:14 Azərbaycanlı bloqerin evliliyi dörd ay çəkdi

16:13 Prezident İlham Əliyev: Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir

16:02 Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

16:00 “Rəmiş mənim üçün həmin o meymun obrazıdır, yəni ipə-sapa yatmayan adamdı...”

15:55 Vyana Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialı təqdim olunub (FOTO)

15:28 Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

14:47 2020-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

14:31 QHT “Aprel Şəhidlərini tanıdaq" adlı layihəsinin son tədbirini keçirib

12:36 Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib - VİDEO

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

Product image

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları