Azərbaycan Prezidenti: MDB ölkələrinin sabitliyi və davamlı inkişafı dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır

Siyasət / 30.10.2019 17:22

MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Çox şadam ki, Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçirilir. Bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizi daha sıx birləşdirir, ikitərəfli gündəliyə dair söhbət etmək üçün yaxşı imkan yaradır. Bildiyiniz kimi, bu yaxınlarda Aşqabadda dövlət başçılarının Zirvə Görüşü çox uğurlu keçdi. MDB üzvü olan digər ölkələr kimi, Azərbaycan da bu təşkilatda iştiraka böyük əhəmiyyət verir. Bir sıra məsələlərə dair bizim konstruktiv mövqeyimiz də MDB çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verir. Əlbəttə, xüsusən müasir mərhələdə bizim regionda mövcud olan və yarana biləcək təhlükələr nəzərə alınmaqla hərbi sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Zənnimcə, buna görə MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır.

Dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi idi. Biz Azərbaycanda da buna çox fəal hazırlaşırıq. Bu, bizim ümumi Qələbəmizdir, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Qələbədir. 9 May ölkəmizdə dövlət bayramıdır. Bu bayram Heydər Əliyev Azərbaycana qayıdandan sonra bərpa edildi. Təəssüf ki, müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin xalqa zidd olan iqtidarı təqvimdəki bu qırmızı günü silməklə onu xalqımızın yaddaşından da silməyə cəhd göstərdi, veteranlara hörmətsizlik etdi. Əslində bu, Böyük Vətən müharibəsinin tarixini təhrif etmək cəhdləri idi. İndi bəzi ölkələrdə belə cəhdlər təəssüf ki, kifayət qədər kütləvi xarakter alır. Beləliklə, 9 May günü uzun illər boyu dövlət bayramı kimi qeyd edilir və veteranlara qayğı bizim gündəlik işimizin ayrılmaz tərkib hissəsidir. Veteranlar diqqət və qayğı ilə əhatə olunub, onların maddi vəziyyəti təmin edilir. Onlar bizim üçün, hamı üçün qəhrəmanlıq nümunəsidir.

Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Bunu demək kifayətdir ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini – neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı. Təsadüfi deyil ki, faşist Almaniyası gözlərini Bakıya zilləmişdi, Bakını tutmaq planları vardı. Bu halda sovet ordusu zəruri yanacaqdan məhrum olardı. Tarixdən yaxşı bilirik ki, faşistlərin öz hücumlarını inkişaf etdirə bilməməsinin bir səbəbi məhz o idi ki, onlar yanacaq sarıdan korluq çəkirdilər. Bakı neftçiləri əsl fədakarlıq göstərir, gecə-gündüz işləyirdilər. Məhz həmin illərdə neft hasilatı rekord səviyyəyə – orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı. Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir.

Təsadüfi deyil ki, tarixin saxtalaşdırılması, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi, tarixin yenidən yazılması cəhdlərinə Azərbaycanda çox həssas yanaşırıq. Bu, təkcə tarixin təhrif edilməsi baxımından deyil, gələcək nəsillər üçün də böyük təhlükədir. Çünki onlar bu miflərə inana bilər, mahiyyət etibarilə tarixi həqiqətdən uzaqlaşa bilərlər. Buna görə biz müharibənin səbəbləri haqqında, təcavüzkarın kim olması və həm ölkəsini, həm də dünyanın yarısını XX əsrin bu taunundan xilas etmiş sovet xalqının qəhrəmanlığı barədə həqiqətin dünyaya çatdırılması üçün ümumi səylərimizlə çox fəal iş aparmalıyıq.

Aşqabad Zirvə Görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, "Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir "xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın.

Bugünkü iclas məsələsinə qayıdaraq, qeyd etmək istəyirəm ki, əlbəttə, sizin gündəliyiniz çox zəngindir. Əminəm ki, müzakirələr ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcək".




SON XƏBƏRLƏR

2023-06-03

10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO

09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb

09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"

09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"

09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB

08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək

2023-06-01

11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq

10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib

2023-05-30

17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib

15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir

13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü

12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi

12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı

11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik

11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker

11:08 Milli Məclisin iclası başladı

10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək

10:29 İsrail Prezidenti Azərbaycanda

10:08 Mövqelərimiz atəşə tutuldu

10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

09:46 Moskvaya PUA hücumu olub - VİDEO

09:41 Hərb tariximiz- qürur mənbəyimiz!

09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”

09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları