"Azərxalça” istehsalda və yun tədarükündə yeni standartlar tətbiq edir (FOTO)

Mədəniyyət / 30.10.2019 16:18

"Azərxalça” istehsalda və yun tədarükündə yeni standartlar tətbiq edir
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsasında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən xalçaların "Azərxalça” ASC tərəfindən istehsal olunduğunu təsdiq edən uyğunluq sertifikatı verilib və "Əl ilə toxunmuş Azərbaycan xalçalarının texniki şərtləri” qəbul edilib.

Bunu Trend-ə açıqlamasında Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Tural Səfərov deyib.

O bildirib ki, ilk dəfə tətbiq olunan texniki şərtlər 5 il müddətində qüvvədə olacaq. Bu texniki şərtlər xalq təsərrüfatı ehtiyacları və ixracat üçün hazırlanmış əl ilə toxunmuş xovlu və xovsuz Azərbaycan xalçalarına şamil edilir. Texniki şərtlər sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər və tələbləri məcburidir.

T.Səfərov deyib ki, yeni qəbul edilən normativ sənəddə xalça istehsalı zamanı texniki tələblər, xalçaların qəbul qaydaları, saxlanması, markalanması, qablaşdırılması, nəqliyyatla daşınması, ayrı-ayrı xalça qrupları üzrə xalçanın toxunmasında istifadə olunan materiallar, xalçanın texniki göstəriciləri və ölçüləri haqqında məlumatlar öz əksini tapıb. Xalçanın sıxlığı, qıraqbükməsi, dəhnəsi, xovunun qalınlığı üzrə konkret tələblər müəyyənləşdirilib. Toxunan xalçaların minimum eni 50 sm-dən maksimum 405 sm-ə kimi, minimum uzunluğu 50 sm-dən maksimum 620 sm-ə qədər olmalıdır.

Normativ sənəddə göstərilir ki, xalçaların texniki rəsmlərsiz yerli motivlər əsasında toxunmasına yol verilir, onlar toxunma nəticəsindən asılı olaraq birinci və ikinci növə bölünür. Əl ilə toxunmuş Azərbaycan xalçaları qüvvədə olan normativ sənəd üzrə pambıq, yun, parça ipliyindən, sərtdişli təmiz yunlu xalça ipliyindən, qarşıq və təmiz yunlu aparat ipliyindən hazırlanmalıdır.

Xalçaların yuyulmasından satışa çıxarılmasınadək olan mərhələdə görülən işlər, istehlakçının zəmanəti də normativ sənəddə qeyd olunub.
"Çeşidlənmiş çirkli yunun nəmlik itkisi barədə standart da müəyyən edilib. Tədarük edilmiş çirkli yunun çeşidləndikdən sonra ümumi çəkisində baş verən nəmlik itkisi 20%-ə bərabərdir. "Azərxalça”nın regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinə qəbul edilmiş çirkli yunun çeşidləndikdən sonra Yunəyirici-Boyaq Fabrikinin xammal anbarına təhvil verilənədək saxlanılması zamanı baş verən nəmlik itkisi 3 faiz, çeşidlənmiş yunun fabrikin xammal anbarına qəbul edilib emal olunanadək saxlanılması zamanı baş verən nəmlik itkisi isə 17 faizdir”- deyə T.Səfərov əlavə edib.

Onun sözlərinə görə, "Azərxalça” artıq fililallarda xalça istehsalını, regional məntəqələrə və fabrikə yun qəbulunu bu texniki şərtlərə uyğun həyata keçirir.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb