Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi təntənə ilə qeyd edilib (FOTO)

Mədəniyyət / 30.10.2019 10:50

Oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olub və görkəmli aktyorlarımızın tarixi rolları canlandırarkən istifadə etdikləri geyimlərə baxıblar.

Təntənəli yubiley gecəsi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə reallaşıb.

Qonaqları salamlayan Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov teatrın tarixinə nəzər salıb, görülən işlərdən və əldə olunan uğurlardan söz açıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyinin keçirilməsinin qürurverici hal olduğunu vurğulayan Azər Paşa Nemətov bildirib ki, 1919-cu ildə kiçik dəstələrdən ibarət teatr truppaları birləşdirilərək ilk dövlət teatrı yaradılıb.

Teatrın yarandığı gündən çox böyük və keşməkeşli yol keçdiyini söyləyən Azər Paşa Nemətov deyib ki, sənət ocağının səhnəsində ilk olaraq "Azər və Baycan” adlı tamaşa nümayiş olunub.

Azərbaycan tarixində yaşananların teatrdan da yan keçmədiyini söyləyərək 1937-cillərin qanlı repressiyalarına məruz qalanların sırasında bu sənət ocağının da aktyorlarının olduğunu vurğulayıb. O, İkinci Dünya müharibəsi zamanı teatrın aktyorlarının şücaətini də qeyd edib.

Teatrın bugünkü uğurlarında görkəmli rejissorların, ədiblərin böyük zəhmətinin olduğunu qeyd edən Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru deyib: "1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra teatra çox böyük dəstək göstərib. O, hər dəfə bizim premyeralara gələr, tamaşalardan sonra səhnə arxasında aktyorlarla görüşər, hamısı ilə bir-bir maraqlanardı. Onun qayğısı nəticəsində aktyorlarımız mükafat və fəxri adlarla təltif edilib, evlə təmin olunublar. Biz sevinirik ki, bu gün bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Dövlətimizin başçısı heç zaman teatra biganə yanaşmayıb. Çox sevinirəm ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu, bir daha göstərir ki, dövlətimizin başçısı teatrı unutmur, teatrı yaşadır”.

Gecədə "Ulu öndər Heydər Əliyev və teatr” və "Prezident İlham Əliyev və teatr” mövzularında videoçarxlar nümayiş etdirilib.

Teatrın kollektivini təbrik edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yol keçdiyini, ötən 147 illik zaman kəsiyində cəmiyyətin mənəviyyatının mənbəyi rolunu oynadığını bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Akademik Milli Dram Teatrının 1919-cu il oktyabrın 24-də dövlət statusu aldığını vurğulayan nazir deyib ki, bununla da Azərbaycan teatrının yeni tarixi başlayır. Nə gözəldir ki, müstəqil Azərbaycan bu tarixi yaşadır və gələcəyə doğru aparır.

Ə.Qarayev bildirib ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının bu il yekunlaşdığını diqqətə çatdıran nazir teatr xadimləri ilə birgə növbəti illərin proqramını hazırladıqlarını bildirib.

Nazir Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti nəticəsində teatrlarımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Ə.Qarayev bu gün Zəngilanın işğalından 26 il ötdüyünü vurğulayaraq qeyd edib ki, Azərbaycan mədəniyyətinə daim təcavüz olunub. O deyib: "Bu təcavüzə layiqli cavab isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsidir. Prezident İlham Əliyevin səyləri nəticəsində torpaqlarımız geri qayıdacaq və bu gün məcburi qaçqın taleyi yaşayan teatrlarımız geri dönərək fəaliyyətlərini orada davam etdirəcəkdir”.

O, sonra Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə teatr əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlarını oxuyub.

Gecədə teatrın sənət yolu, burada fəaliyyət göstərən dramaturqlar, rejissorlar, rəssamlar, bəstəkarlar və korifey aktyorlar haqqında videoçarxlar nümayiş olunub.

Dünya teatr xadimləri və rejissorlarından – Gürcüstan Teatr Xadimləri Cəmiyyətinin sədri Georgi Qeqeçkori və Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze, Beynəlxalq Çexov Teatr Festivalının baş direktoru, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının sədri Valeri Şadvin, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının bədii rəhbəri, SSRİ Xalq artisti Robert Sturua və başqaları çıxışlarında teatrın kollektivini təbrik ediblər.

Gecədə Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaginin, Aleksandrinski Teatrının bədii rəhbəri Valeri Fokinin, Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvintin, Sankt-Peterburq Malıy Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodinin təbrikləri səsləndirilib.

Mərasimdə, eyni zamanda, teatrın 100 illik yubileyinə həsr olunan "Akademik Milli Dram Teatrı – 100” kitab-albomu təqdim edilib.

Gecə musiqili proqramla davam edib.




SON XƏBƏRLƏR

2019-11-12

16:48 Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir

16:19 “Antimilli qorxaq dəstə işimizə zərrə qədər ziyan vura bilməz” - Prezident

16:14 Yeni təyin olunan icra başçıları Prezidentin qəbulunda

12:51 Şirvan şəhərinə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

12:32 Ziyad Səmədzadə: ““Kölgə iqtisadiyyatı”na qarşı mübarizə öz nəticələrini verir”

12:24 Oqtay Əsədov: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir

11:57 Nəticələr məlum oldu - Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda qalib oldu

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

11:26 Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Partnyoru seçilib

11:24 Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib

10:46 Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

10:30 Azərbaycan Ordusu əməliyyat təlimlərinə başlayır

10:30 Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək

10:24 Konstitusiyamız və milli ideologiyamız

10:19 İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO

10:10 Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

10:03 İcra hakimiyyəti: Nərimanovda uçulan yataqxananın sakinləri köçürülə bilər

2019-11-11

13:19 TARİXİMİZİN ALBAN DÖVRÜNƏ AİD MÖHTƏŞƏM ABİDƏ – “SÜNİK TARİXİ”

2019-11-08

18:15 Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

17:00 Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 19 milyon 430 min manat ayrıldı - SƏRƏNCAM

15:21 “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib (FOTO)

15:18 ELSA Azərbaycan Beynəlxalq Şura Toplantısında iştirak edib

15:10 Şuranın dəstəyilə Lənkəranda “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!”

15:09 Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə antiterror əməliyyatları olub

15:00 Yevlaxda əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi (FOTO)

14:59 Hulusi Akar: "Terrorçular hələ də geri çəkilməyib"

14:43 BŞBPİ: Azyaşlının qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil

14:17 MirHəsən Seyidov: Sevindirici haldır ki, ”İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Dövlət Bayrağının asılması aksiyası geniş vüsət alır

13:35 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır

13:21 Sabahdan Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar buradan yola düşəcək

12:53 BMT-nin son qətnaməsi Ermənistanda faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılması əleyhinə töhfədir - Deputat

12:46 Daha bir universitetdə tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirildi (FOTO)

12:27 ABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:07 Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu

Product image

18:10 Azad Rəhimov: Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları