Boykot olunmuşların iflası

Xəbər / 01.11.2019 15:14

Bildiyiniz kimi, özünü Milli Şura adlandıran bir qrup radikal düşüncəli insanın toplaşdığı qurum noyabrın 2-də Bakı şəhərinin mərkəzində yenidən qanunsuz mitinq keçirmək fikrindən daşındıqlarını bəyan edib. Qurumun funksionerləri ard-arda açıqlama verərək niyə mitinq etmədikləri (əslində, edə bilmədikləri) barədə müxtəlif versiyalar səsləndirirlər: "guya ki, Azərbaycan hakimiyyəti müəyyən təxribatlara əl atacaqmış, hansısa cinsi azlıqların mitinq meydanına gətirilmə ehtimalı varmiş, Gəncə hadisələri təkrarlana bilərmiş, radikal islamçı qruplar məqsədli şəkildə ön plana çıxarıla bilərmiş” və s. Anadolu türklərində gözəl bir deyim var: "Üzrü qəbahətindən betər olanlar”.

Azərbaycan dövlətinin ünvanına və onu təmsil edən iqtidarın əleyhinə uzun müddətdir həqiqətə uyğun olmayan "ciddi fakt”lar uyduraraq, xarici aləmdə xalqımızı aşağılayan, daxildəsə vətəndaşları riyakarcasına aldadaraq qanunsuz aksiyalara səsləyən bu anti-milli Şura, indi də eyni riyakarlıqla mitinqi niyə təxirə salmaları haqqında qondarma səbəblər uydurmağa çalışır. Çox ümid edirəm ki, Milli Şuranın hansısa bir funksioneri özündə cəsarət tapıb mitinqin baş tutmamasının əsl səbəbini – radikal müxalifətin Azərbaycan xalqı tərəfindən tam boykot edildiyini açıq etiraf edəcək. Zamanında etiraf etmək insanı alçaltmaz, əksinə, ucaldar deyib müdriklərimiz...

2 noyabr ətrafında cərəyan edən hadisələr hazırda bir sual ortaya çıxarıb: görəsən, Azərbaycanda hazırda hər hansı mitinq, yaxud etiraz aksiyası keçirmək, xüsusən də radikal müxalifətin qeyri-sağlam məqsədlər üçün israrla təşkil etmək istədiyi qeyri-qanuni mitinqlər cəmiyyətin tələbatından doğur, yoxsa təşkilatçıların siyasi mövcudluğunun göstəricisidir, xarici anti-Azərbaycan qüvvələrlə onların əlaqələri üçün vasitədir və şəxsi maliyyə ehtiyaclarının ödənməsi mənbəyidir? Üzümü radikal müxalifətin təmsil olunduğu Milli Şura və AXCP rəhbərlərinin qeyri-real vədlərlə aldadaraq, öz şəxsi ambisiyalarını gerçəkləşdirmək üçün irəli verdiyi azsaylı Azərbaycan vətəndaşlarına tuturam: əziz vətəndaşlar, məgər sizə aydın deyilmi ki, AXCP və Milli Şuraya rəhbərlik edən bu şəxslər öz çirkin ambisiyalarını reallaşdırmaq üçün sizi fəlakətə sürükləyir? Məgər siz fəqrində deyilmisiniz ki, bir ayağı burada, bir ayağı xaricdəki anti-Azərbaycan mərkəzlərinin qapısında olan, xarici ölkələrin səfirliklərində özlərinə düşərgə salan bu insanlar sizdən öz "qarşılıqlı-faydalı” ittifaqları naminə vasitə kimi istifadə edirlər? Üzümü bir daha bu anti-milli ünsürlərin şirin vədlərinə uyan, xaricdəki məkrli mənfəət qruplarının təsirinə düşən, öz dövləti ilə zor dilində danışmaq xülyasına qapılan, təcrübəsizliyi, məhdud dünyagörüşü səbəbindən reallıq duyğusunu itirən azsaylı vətəndaşlarımıza tutaraq bildirmək istəyirəm ki, əziz dostlar, sizin bütün problemləriniz – bizim, Azərbaycan dövlətini təmsil edən mövcud iqtidarın problemləridir. Hörmətli cənab Prezident İlham Əliyev xalqımızın sosial-iqtisadi vəziyyətinin, maddi rifah halının daim yüksəlməsi, Qarabağ probleminin ədalətli həlli, ölkəmizin inkişafı, tərəqqisi, müasirləşməsi, dünyada söz sahibi olması üçün gecəli-gündüzlü yorulmadan çalışır. O öz çıxışlarında vətəndaşları dəfələlərlə ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal olmağa səsləyib. Cənab Prezidentin bütün çıxışlarında "vətəndaş fəallığı” qırmızı xətlə keçir. Azərbaycan dövləti və hakimiyyəti vətəndaşlara heç bir siyasi ayrıseçkilik qoymur. Bizim üçün iqtidar, müxalifət, bitərəf ayrımı yoxdur. Odur ki, gəlin problemlərimizi birlikdə, qanunlarımıza hörmətlə yanaşaraq, danışaraq, məsləhətləşərək, dialoqla həll edək. Biz hər bir sosial qrupu, ayrı-ayrı vətəndaşları dinləməyə, məsələlərin birgə həllini, çıxış yollarını aramağa hazırıq. İflasa uğramış radikal müxalifət xaricdən qrantlar almaq, öz mövcudluğunu davam etdirmək üçün sadə insanlardan, xüsusilə də, gənclərdən sipər kimi istifadə edir. Odur ki, bu mitinqlər də radikal müxalifətin cılız merkantil maraqlarına xidmət edir. Kim bu ölkədə dəyişiklik, yenilik, islahat, firavanlıq, öz sosial problemlərinin həllini istəyirsə, bu istəyin tək bir ünvanı varsa, o da ölkə başçısı və onun hakimiyyət komandasıdır.

Bir də üzümü öz ambisiyalarına görə Azərbaycan vətəndaşlarını anti-dövlət fəaliyyətinə sövq edən radikal müxalifət dairələrinə tuturam: insanlar yanlış yoldan, qanunsuz hərəkətlərdən, qarşıdurmadan, öz xalqı, ölkəsi, dövləti əleyhinə işlərdən, cəmiyyətdəki dincliyi, asayişi, sabitliyi pozmaq niyyətlərindən, nə qədər tez əl çəksə, bir o qədər yaxşıdır. Milli Şuranın rəhbərliyində və tərkibində olanlar bilməlidirlər ki, belə radikal hərəkətlərlə Azərbaycanda heç nəyə nail olmaq, ölkəni ötən yüzilin 90-cı illərinin əvvəlinə qaytarmaq, vətəndaşlarımızı, yeni nəsil gənclərimizi yanlış yola sürükləmək artıq mümkün deyil.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb