Radikal müxalifətlə ermənilərin sinxron fəaliyyəti

Xəbər / 04.11.2019 16:51

Hər bir siyasi lideri xalqa sevdirən başlıca meyar onun milliliyi, milli ideyaya bağlılığı və milli maraqlara xidmət etməsidir. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin hər bir mərhələsində Azərbaycana dərindən bağlı olduğunu, bütün gücünü və böyük siyasi təcrübəsini dövlətimizin inkişafına və xalqımızın rifahına sərf etdiyini, həm öz şəxsi mənəvi keyfiyyətləri, həm də gördüyü böyük işlərlə nümayiş etdirib. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin fəaliyyətində də dövlətə bağlılıq, xalqa xidmət, vətənpərvərlik, milli maraqların aliliyi qırmızı xətlə keçir. Əgər Heydər Əliyev Azərbaycanı siyasi xəritədən silinmək təhlükəsindən xilas edib müstəqil dövlət quruculuğu prosesini müvəffəqiyyətlə təmin etdisə, İlham Əliyev Azərbaycanı müasirləşdirdi, modernləşdirdi və davamlı inkişaf yoluna çıxararaq qüdrətli bir ölkəyə çevirdi. Bir faktı da qeyd edim ki, həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanın siyasi həyatına öyrənilməsi və tətbiq edilməsi vacib olan bir çox fəaliyyət nümunəsi və ənənəsi gətirdilər. Təəssüf ki, opponentlərimiz bu böyük təcrübədən nəinki faydalanmırlar, əksinə, sanki hər addımları ilə milli dövlətçilik ənənələrimizdən, xalqımızn və dövlətimizin maraqlarından necə də uzaq olduqlarını sübut etməyə çalışırlar.

Sirr deyil ki, Azərbaycanın radikal müxalifəti uzun illərdir ABŞ-ın fəal ermənipərəst dairələri, xüsusilə Kristofer Smit, Frenk Pallone kimi konqresmenlər tərəfindən himayə olunmaqdadırlar. Məhz Kristofer Smitin təşəbbüsü ilə təqdim edilmiş "Azərbaycan demokratiya aktı - 2015” adlı layihədə Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinə yenidən baxması və ölkəmizə qarşı sanksiyalarının tətbiqi nəzərdə tutulurdu. 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunmuş "Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin müəlliflərindən biri də məhz K.Smit olmuşdur. Ermənipərəst konqresmenlərin təşəbbüsü ilə 2017-ci ildə ABŞ Helsinki Komissiyasının təşkil etdiyi "Qarabağ dinləmələri"ndə də bir tərəfdən Azərbaycana qarşı sanksiyalar məsələsi gündəmə gətirilmişdi, digər tərəfdənsə Dağlıq Qarabağın "repressiv dövlət” olan Azərbaycanın tərkibində qalmasının qeyri-mümkünlüyü ətrafında kampaniya təşkil olunmuşdu. Yaxud, 2016-cı ildə ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasını təşkil etdiyi anti-Azərbaycan dinləmələrində Əli Kərimlinin oğlu Türkel Kərimli, həm də həmin vaxt Dağlıq qarabağdakı separatçı rejimin başçısı olan Bako Saakyanın oğlu Armen Saakyan birlikdə öz anti-Azərbaycan fəallıqları ilə seçilmişdilər.

Nəhayyət sonuncu cəhd - bu ilin oktyabrın 31-də Vaşinqtonda təşkil olunmuş və cəmi 10-11 nəfərin iştirak etdiyi "Azerbaijan: Peaceful protests and torture” adlı tədbirdə "Milli Şura” adlanan qurumun sədri Cəmil Həsənli K.Smitin 2015-ci ildən bəri təkrarladığı çağırışa istinad edərək, bir daha Azərbaycana qarşı "Maqnitski aktı”na bənzər sanksiyaların tətbiqini gündəmə gətirməyə çalşdı. Maraqlıdır ki, Cəmil Həsənli və ətrafının ABŞ-da Azərbaycana qarşı təşkil olunmuş tədbirdə sanksiyalardan danışdığı bir zamanda, qondarma "DQR”-in nümayəndə heyəti Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Həmin görüşlərdə nə danışıldığını və hansı iddiaların irəli sürüldüyünü xatırlatmağa ehtiyac yoxdur. Lakin artıq neçənci dəfədir ki, Azərbaycanın radikal müxalifət nümayəndələri və erməni separatçılarının həm Avropada, həm də ABŞ-da təşkil etdiyi tədbirlərin sinxronluğu diqqəti xüsusi cəlb edir. Deməli, eyni vaxtda bir tərəfdən "Milli Şura” tədbir təşkil edərək Azərbaycanda "dözülməz vəziyyətin” olduğunu isbat etməyə çalışır, digər tərəfdənsə erməni separatçıları "Azərbaycan kimi dövlətdə ermənilərin yaşamasının qeyri-mümkünlüyü” məsələsini gündəmə gətirirlər. Bu dərəcədə xəyanət və riyakarlıq nümunəsinə, yəqin ki, Pavlik Morozov da qibtə edərdi.

Təsadüfi deyil ki, oktyabrın 31-də təşkil olunmuş tədbirin gedişində Cəmil Həcənlinin və digərlərinin iddiaları Türkiyənin ABŞ-dakı diplomatının belə kəskin etirazına səbəb oldu. Türkiyəli diplomatın tədbirdə Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına toxunulmamasına, Azərbaycanın guya FETO-ya dəstək verməsi barədə iddialara kəskin reaksiyası, internet azadlığının guya məhdudlaşdırılmasının deyil, torpaqların işğalının Azərbaycanın əsas problemi olduğunu diqqətə çatdırması, bizim "milli demokratların” susqunluğu fonunda erməni fəalın təxribatçı sualını layiqincə cavablandırması, sözün əsl mənasında, bir vətənpərvərlik, dövlət və xalq təəssübü nümunəsidir. Onun bizim müxaliflərdən "oktyabrın 30-da qondarma "DQR”-in başçısının Konqresin binasında keçirdiyi tədbirə etiraz edən azərbaycanlılara niyə qoşulmadınız” sualı və "ümumiyyətlə, münaqişənin həlli məsələsində müxalifətin mövqeyi bilinmir” fikrini dilə gətirməsi isə həqiqətən də, utancverici bir haldır.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında hökumət üzərində ictimai nəzarətin gücləndirilməsinin zəruriliyi barədə danışıb və əhalini bu məsələdə daha fəal olmağa çağırıb. Əgər ictimai nəzarət bir tərəfdən cəmiyyətdə şəffaflığın, qanunçuluğun təmin olunması və hökumətin daha yaxşı işləməsi üçün zəruridirsə, digər tərəfdən də ölkənin əsas siyasi partiya institutlarının, onların başında dayanan şəxslərin fəaliyyətinin araşdırılması, anti-milli hərəkətlərinin sərt qınanması, belə xəyanətkarların siyasi səhnədən silinməsi üçün təsirli mexanizmlərin düşünülməsini zəruri edir. Cəmiyyət öz ambisiyalarını reallaşdırmaq üçün hər cür antimilli aktlara qoşulan, hətta Dağlıq Qarabağ kimi ümummilli problemin həllində belə üzdə "ura patriotluq” edən, arxada isə əks fəaliyyət göstərənlərə qarşı qəti mövqe nümayiş etdirməlidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda əsas maneənin beynəlxalq birliyin susqunluğu ilə yanaşı, həm də bu tipli antimilli ünsürlərin düşmənlərimizin mövqeyini gücləndirən xəyanəti olduğunu başa düşməyin zamanı çatıbdır.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb