Vergilər Nazirliyi Cahangir Hacıyevdən 1 milyon 752 min manat tələb etdi - Məhkəmə

Hadisə / 04.11.2019 16:16

Bakı Apelyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib. Məhkəmədə Vergilər Nazirliyi mülki iddia ilə çıxış edib.

Trend-in məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin nümayəndəsi bildirib ki, C.Hacıyev və D.Xəlilova məxsus "Aztorq" şirkəti 2011-2014-cü illərdə 1 milyon 752 min manat vergidən yayınıb. Nazirlik əməkdaşı qeyd edib ki, onlar apelyasiya şikayəti verərək həmin mülki iddianın təmin olunmasını istəyir.

Təqsirləndirilən şəxslərin vəkilləri isə çıxışlarında hökmün ləğv edilməsini və bəraət verilməsini istəyiblər.

İş üzrə növbəti proses noyabrın 25-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilİB. C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, bundan əvvəl də C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib. Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayətzadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib.




SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb