Deputat: "Freedom House" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub

Xəbər / 06.11.2019 13:03

"Freedom House" hüquq müdafiə təşkilatı dünya ölkələrində internet azadlığı ilə bağlı növbəti illik reytinqini dərc edib və ölkəmizi 65 ölkə arasında 48-ci çıxarıb. Bu təşkilatın Azərbaycana qarşı qərəzini hər kəs bilir. Onu da yaxşı bilirik ki, ümumən qurumun hesabatları siyasi xarakter daşıyır. Trend-in məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, "Freedom House" internetin azad olmadığı ölkə kimi əhalisi 1 milyard 200 milyonu keçən Çini göstərir:

"Təşkilatın reytinqində birincilik isə İslandiyaya məxsusdur. O İslandiyaya ki, əhalisinin sayı 300 mindən bir az artıqdır. Hələ mən ərazi barədə müqayisə aparmıram. Məsələyə sadə məntiqlə yanaşsaq, Çində hər bir halda internetlə bağlı problem İslandiyadan çox olmalıdır. Amma bunun önəmi yoxdur. Çünki məqsəd Çinin belə demək mümkünsə, azadlıqsevməz mənfi təqdimatına yönəlib”.

Ə.Amaşovun sözlərinə görə, "Freedom House" hesabat hazırlayarkən dünyada şəbəkə istifadəçilərinin 87%-nin yaşadığı 65 ölkəni araşdırıb: "Yanaşma qəribədir. Görəsən, siyahıda birinci olan İslandiyanın payına neçə faiz düşür? Və ya ona düşən faiz imkan verirmi ki, ölkə birinci olsun?

Deməli, internetin 87 faizi dünyadakı iki yüzə yaxın ölkədən 65-də cəmlənirsə, məntiqlə internetin azadlıqdan kənar mahiyyətini yerdə qalan ölkələrdə axtarmaq lazımdır. Təbii ki, niyyət safdırsa...

Azərbaycana keçməzdən öncə bildirim ki, "Freedom House" Gürcüstanı və Ermənistanı müvafiq olaraq 10 və 13-cü yerlərdə yerləşdirib. Bəli, təşkilat illərdir "ənənəsinə" sadiqlik nümayiş etdirir. Sən demə, Ermənistan internet azadlığına görə dünya liderlərindəndir. Ermənistan, özü də dünyada 13-cü yer. Tutalım, Gürcüstandakı vəziyyət bizdən yaxşıdır. Amma müqayisəli yanaşsaq, fərq bizdən hesabatda əksini tapdığı qədər yaxşı ola bilməz.

Azərbaycanda internet sahəsində problemlər var. Bunu kimsə istisna etmir. Amma məsələ "Freedom House"nin iddia etdiyi kimi də deyil. Əksinə ölkəmizdə internetin inkişafına ciddi önəm verilir. İnternet hüquqi münasibətlər sistemində özünə kifayət qədər yer tapıb. Ümumən internet Azərbaycanın həyatına daxil olub. Təkcə "facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyona yaxındır.

Azərbaycanda internet informasiya seqmentinin mühüm hərəkətverici qüvvəsi sayılır. Əgər problemdən danışmaq istəyiriksə, bəli deməliyik ki, bu gün ölkəmizdə internetin verdiyi imkanlardan sui-istifadə də var. Gündə bir yeni xəbər saytının adı ilə rastlaşırıq. Bəli, azadlıq kimi dəyərləndirilməli olmayan, azadlığı təhdid edən təhlükə budur.

Sonda bir daha bildirim ki, "Freedom House" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub. Qurum köhnə şablonlarını bu hesabatında da istifadə edib. Məsələyə belə yanaşma qətiyyən yolverilməzdir”.



SON XƏBƏRLƏR

2019-11-18

19:49 Şuranın dəstəyilə "Əsl azərbaycanlı ailəsi necə olmalıdır?" mövzusunda ictimai teledebat keçirilib

19:24 “Türkiye” qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO

18:49 Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti Gürcüstan televiziyasında (VİDEO)

18:19 Cəlil Məmmədquluzadənin nəticəsi: “Fəxr edirəm ki, ulu babam bu qədər sevgi qazanıb”

18:16 Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək

18:14 “Mastercard”la bir toxunuşla ödəniş edin!

17:55 Şuranın dəstəyilə Dəyirmi masa: “İctimai iştirakçılığın təşviqi”

17:51 Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi Türkiyəyə səfər edib (FOTO)

17:46 Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq

17:45 İlham Əliyev yeni səfirləri qəbul edib - YENİLƏNİB

17:24 Şuranın dəstəyilə çəkilən “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” filmi təqdim olunub

17:21 Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

16:26 Azərbaycan Prezidenti: Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir

16:23 Prezident İlham Əliyev: Heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir

16:18 Azərbaycan Prezidenti: Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik

16:10 Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib (FOTO)

16:04 Şuranın dəstəyilə fəal qadın seçicilərə seminar keçirilib

14:06 Fuad Qəhrəmanlının boşanma məhkəməsi 5-ci dəfə təxirə salındı

13:41 Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqlara rayonlara, bir qisminə evlərinə aparılaraq verilib (FOTO)

12:07 Baş nazirin müavini: "Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması..."

11:58 Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - FOTO

11:12 Azərbaycanda yeni sayt fəaliyyətə başladı - “Sehhet.az”

2019-11-15

19:43 Prezident İlham Əliyev: Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

17:12 Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:09 Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:06 Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

16:52 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

16:18 Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:16 Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:01 Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir

15:29 Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılış mərasimi oldu

15:20 Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlıqla bağlı protokol imzalayıb (FOTO)

15:19 BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək (FOTO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

Product image

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları