Siyavuş Novruzov: Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidir
Siyasət / 06.11.2019 11:34

Ötən gün müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi dəyirmi masa sadəcə gündəmə gəlmək cəhdidir. Vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir. Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən xoda düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?!
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, dəyirmi masada yığışanların bir qrupu vaxtilə hakimiyyətdə olub: "İstər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Arif Hacılı hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. Dəyirmi masada Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir orta məktəbin idarəsini belə tapşırmaq olmaz.
Pənah Hüseynin özü vaxtilə hakimiyyətdə təmsil olunanda insanların başına oyunlar gətirirdilər, Azərbaycanın dövlət büdcəsinə süpürgə çəkirdilər. Bunlar hamısı xalqın yadından çıxmayıb. İndi gəlib humanizmdən, demokratiyadan danışırlar. Qısa müddət ərzində hakimiyyətdə olduqları zaman ən böyük anti-demokratik hərəkətləri bunlar etdilər.
İsa Qəmbər Ali Sovetin sədri, Pənah Hüseyn baş nazir, Əli Kərimli də dövlət katibi idi. O zaman bu "demokratlar” Yeni Azərbaycan Partiyasının qurultayını Bakıda keçirməyə imkan vermədilər”.
S.Novruzov vurğulayıb ki, o vaxt Gəncə hadisələri zamanı İsa Qəmbər deyirdi ki, bomba töküb camaatı qırmaq lazımdır: "Gəncə kimi şəhəri bombalamaq istəyən adam indi guya xalqın qədrinə qalır. Və yaxud da Surət Hüseynovun qorxusundan qaçıb Kələkidə gizlənən Əli Kərimli xalqı necə qoruya bilər?
Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki, "İsa Qəmbər genetik xəstədir”. İndi görəsən o xəstədən ona hər hansı bir infeksiya keçəcək, yoxsa yox? İndi Əli İnsanov İsa Qəmbərin yanında oturub və dəqiqədə-bir ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir, halbuki, vaxtilə İsa Qəmbərin yeddi arxa dönəmini təhqir edirdi.
Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, "mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur? Ona görə ki, bunlar üçün dəyər yoxdur, bunlar üçün pul var, şəxsi maraqlar var. Xalq, millət onlar üçün arxa plandadır. O dəyirmi masada olanlar hərəsi bir qütbdə, ayrı-ayrı baxış bucağı altında olan adamlardır. Onların birgə fəaliyyəti qeyri-mümkündür.
Yəni o dəyirmi masada oturan hər bir insan barədə kifayət qədər məlumat var. Bunların hər biri artıq tarixin qaranlıq bir arxivindədirlər. Ona görə də təzədən ortaya çıxıb nəsə etmək çox gecdir, qatar artıq gedib. Müxalifətin özündə islahat getməlidir. Ancaq bunlar islahat etmək istəyəndə də kimisə ya partiyadan uzalqaşdırırlar, ya ona qarşı ciddi təhqirlərə başlayırlar”.
S.Novruzov vurğulayıb ki, bu dəyirmi masa da sadəcə gündəmdə qalmaq cəhdidir: "Onlar insanların yadından çıxıb. Bilirsiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, bu dəyirmi masa özlərini yada salmaq üçün separat danışıqlardır. Bilirsiniz ki, AXCP ilə Müsavat arasında heç vaxt birgə seçki fəaliyyəti olmayıb. Bunlar arasında daim mübarizə olub. Bu gün də süni şəkildə orada bir yerdə olduqlarını göstərməyə çalışdıqlarına baxmayaraq, sabah mətbuatda bir-birilərinə necə ağır ittihamlar və sözlər demələrinin şahidi olacağıq”.
2023-06-03
10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb
09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"
09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"
09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB
08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək
07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək
2023-06-01
11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq
10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib
2023-05-30
17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar
15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib
15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir
13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü
12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi
12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır
11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı
11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik
11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker
11:08 Milli Məclisin iclası başladı
10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək
10:29 İsrail Prezidenti Azərbaycanda
10:08 Mövqelərimiz atəşə tutuldu
10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif
09:46 Moskvaya PUA hücumu olub - VİDEO
09:41 Hərb tariximiz- qürur mənbəyimiz!
09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?
09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”
09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları