Azərbaycan XİN Rusiyaya etiraz notası verib

Gündəm / 06.11.2019 17:08

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.

Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun "nümayəndələri”nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-kvonu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.

Nazirlik bu kimi səfərlərin dəyişməz olaraq təxribat xarakter daşıdığını və Azərbaycan Respublikasının suverenliyə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu və Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə saldığı, habelə 3 iyul 1997-ci il tarixli "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı barədə mövqeyi Rusiya tərəfinə çatdırıb.

Qeyd olundu ki, Rusiya tərəfinin bu cür səfərlərə çəxsi səfər qismində baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal edilmiş ərazilərdəki qeyri-qanuni "hakimiyyət orqanları”nın "nümayəndələri” Rusiya ərazisindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər.

Eyni zamanda, qondarma qurumun "nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması RF-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığını bildirilib. O da xüsusi vurğulanıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir.

Bununla əlaqədar Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsi gözlədiyini səfir M.Boşarnikovun diqqətinə çatdırdı.

Səfir M.Boçarnikov Rusiya tərəfinin münaqişə üzrə mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də hər-hansı tanınmamış qurumların "nümayəndələri”nin RF ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. O, həmçinin Azərbaycan tərəfinin etirazı barədə RF XİN-ə məruzə edəcəyini bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin



SON XƏBƏRLƏR

2019-11-11

13:19 TARİXİMİZİN ALBAN DÖVRÜNƏ AİD MÖHTƏŞƏM ABİDƏ – “SÜNİK TARİXİ”

2019-11-08

18:15 Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

17:00 Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 19 milyon 430 min manat ayrıldı - SƏRƏNCAM

15:21 “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib (FOTO)

15:18 ELSA Azərbaycan Beynəlxalq Şura Toplantısında iştirak edib

15:10 Şuranın dəstəyilə Lənkəranda “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!”

15:09 Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə antiterror əməliyyatları olub

15:00 Yevlaxda əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi (FOTO)

14:59 Hulusi Akar: "Terrorçular hələ də geri çəkilməyib"

14:43 BŞBPİ: Azyaşlının qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil

14:17 MirHəsən Seyidov: Sevindirici haldır ki, ”İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Dövlət Bayrağının asılması aksiyası geniş vüsət alır

13:35 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır

13:21 Sabahdan Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar buradan yola düşəcək

12:53 BMT-nin son qətnaməsi Ermənistanda faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılması əleyhinə töhfədir - Deputat

12:46 Daha bir universitetdə tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirildi (FOTO)

12:27 ABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır

12:07 Şuranın dəstəyilə uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması mövzusunda təlimlərə yekun vurulub

11:53 DYP piyadalara MÜRACİƏT etdi - Əks halda cinayət məsuliyyətinə cəlb olunacaqlar

11:13 Şuranın dəstəyilə nəşr olunan “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” kitabçası jurnalistlərə hədiyyə edilir

10:45 DSX rəisi və Hərbi prokuror Ermənistanla dövlət sər­hə­dində olub (FOTO)

10:39 Bayrağımız - milli qürur mənbəyimiz

10:35 Şuranın dəstəklədiyi daha bir layihə yekunlaşıb

10:00 İlham Əliyevdən Bayraq Günü paylaşımı - VİDEO

2019-11-07

18:53 ADU-da Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirilib (FOTO)

18:36 “Freedom House”nin qərəzi: Bu təşkilatın "hesabatı" həmişəki kimi obyektivlikdən uzaqdır

18:33 Qobustan Milli Tarix-Bədii Qoruğuna təklif və rəylərinizi ünvanlayın

18:18 Ramin Quluzadə: Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir

18:09 "Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativi yaradılıb (FOTO)

18:00 XİN Almaniyada ermənilərin Qarabağla bağlı təxribatının qarşısının alınması barədə məlumat yayıb

17:36 Prezident İlham Əliyev Argentinanın yeni Prezidentini təbrik edib

17:35 Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisinə 45 milyon manat ayrılıb - Sərəncam

16:51 Bakıda auksionda ən bahalı əsər 20 min 50 manata satıldı (FOTO)

16:07 Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirilib (FOTO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:07 Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu

Product image

18:10 Azad Rəhimov: Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır

Maraqlı Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları

Product image

12:12 Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb