Ramin Quluzadə: Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir

Gündəm / 07.11.2019 18:18

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə "Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, seminardan öncə nazir Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger arasında ikitərəfli görüş keçirilib. Görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasında kibertəhlükəsizliyin rolu müzakirə olunub. Əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsulları haqqında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır:

"Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına, kiber risklərin azaldılmasına xidmət edir, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır".

R.Quluzadə çıxışı zamanı vurğulayıb ki, əqli mülkiyyət hüquqlarının qorunması ölkələrdə sahibkarlığın inkişaf etdirilməsinə və xarici sərmayələrin cəlb olunmasına əhəmiyyətli şəkildə təsir edir. "Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının vacib istiqamətlərindən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Azərbaycan 2015-ci ilin Qlobal Rəqabətlilik Hesabatında "Əqli mülkiyyətin qorunması” alt-indeksi üzrə 92-ci yeri tutduğu halda, bu sahədə aparılan davamlı islahatlar nəticəsində 2019-cu ilin hesabatında 70,4 balla dünya ölkələri arasında 30-cu yerə yüksəlmişdir. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini geridə qoyur”.

Nazir bildirib ki, islahatların davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, ölkəmizin beynəlxalq reytinqlərinin yaxşılaşdırılması, əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsullarının, eləcə də idarəetmə və təhlükəsizliyin təkmilləşdirilməsi məqsədilə dövlət qurumları üçün "Microsoft” şirkətinin lisenziyalı proqram təminatlarının alınması həyata keçirilib. "Bu məqsədlə 2018-ci ildə "Microsoft” şirkəti ilə 3 illik müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, 20 000 ədəd Windows əməliyyat sistemi, 20 000 ədəd Microsoft Ofis və 100 ədəd server lisenziyaları əldə edilmişdir. Layihə üzrə Microsoft lisenziyalarının dövlət büdcəsindən maliyyələşən 63 dövlət qurumuna təhvil verilməsi planlaşdırılmışdır”.

43 dövlət qurumu, 9 təhsil ocağına lisenziyaların verildiyini deyən nazir bununla yanaşı, dövlət qurumları, təhsil ocaqları və tələbələr tərəfindən lisenziyaların daha asan və qısa müddətdə ala bilməsi üçün 3 portal yaradıldığı barədə məlumat verib. Dövlət qurumları, təhsil ocaqları və tələbələr aidiyyəti portallara öncədən ayrılmış şəxsi hesab vasitəsilə lisenziyalarını əldə edə bilirlər.

R.Quluzadə həmçinin qeyd edib ki, "Microsoft” şirkəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "AzİnTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mövcud tərəfdaşlıq münasibətlərinə əsasən, AzCloud bulud xidmətləri kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər üçün "Microsoft” məhsullarının müəyyən lisenziyaları aylıq şərtlərlə icarəyə verilir.

Sonda nazir ölkəmizdə lisenziyalı proqram təminatından istifadənin genişləndirilməsi üzrə həyata keçirilən işlərin dövlət qurumları və şirkətlərin fəaliyyətinə öz müsbət təsirini göstərəcəyinə və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da güclənəcəyinə əminliyini ifadə edib.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger çıxışı zamanı bzines və dövlət strukturlarında kibertəhlükəsizliyin təmin edilməsi üçün lisenziyalı proqram təminatlarından istifadənin vacibliyini vurğulayıb. "Lisenziyasız proqramlardan istifadə həm vaxt, həm də maliyyə itkiləri ilə nəticələnir. Dünyada belə proqramlardan istifadə edən şirkətlər ümumilikdə illik 359 milyard dollar itkiyə məruz qalır”-deyə səfir məlumat verib.

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxış edərək, ölkəmizdə əqli mülkiyyət sahəsindəki problemlər və atılacaq addımlardan danışıb.

Kibertəhlükəsizlik və kommunikasiya ilə əlaqəli siyasətin icarası üzrə Amerikalı mütəxəssis Mark Pfeifle kibertəhlükəsizliyin dövlət təhlükəsizliyi və maraqları ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə lisenziyasız proqram təminatlarndan istifadə dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.

Tədbir proqram təminatı və bulud texnologiyaları üzrə ixtisaslaşmış yerli və beynəlxalq şirkət nümayəndələrinin məruzələri ilə davam edib.



SON XƏBƏRLƏR

2020-09-23

18:13 Şuranın dəstəyilə şəhid və qazi ailələrinə sosial-humanitar yardımın gəstərilməsinə başlanılıb

17:20 Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 173 nəfər sağaldı, 2 nəfər vəfat etdi

17:00 Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir (MÜSAHİBƏ)

16:19 ASAN xidmət çimərliklərdəki monitorinqin nəticələrini açıqladı (FOTO)

15:50 Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

15:36 Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır

15:10 Prezident İlham Əliyev: Balaxanı kəndinin yeni dövrü başlayır

14:40 Sahibə Qafarova: Paşinyanın açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir

14:18 Şuranın dəstəyilə “Sosial təminat - hamı üçün” adlı maarifləndirici vəsait nəşr olunub

14:00 Lavrov: Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir

13:21 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar (FOTO) (YENİLƏNİB)

13:06 Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ

12:23 AMEA saytının baş redaktoru yeni vəzifəyə təyin edildi

12:03 XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı

11:52 Kiyevdə Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)

10:59 Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

10:50 Komitə xaricdə yaşayan azərbaycanlılara müraciət edib

10:44 Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək

10:28 Spiker: Suriya və Livan qaçqınlarının Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması narahatlıq doğurur

10:20 Sahibə Qafarova: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi çox təhlükəlidir (YENİLƏNİB)

09:30 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

09:00 Şabranda e.ə. IV minilliyə aid olan yeni tapıntılar aşkarlanıb (FOTO)

2020-09-22

17:00 Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?

16:54 Aydın Hüseynov: Azərbaycan Ermənistanın bütün təxribatlarına layiqli cavab verəcək

16:46 Vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran şirkət rəhbərlərinə cinayət işi açıldı

16:16 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO

16:10 Mehriban Əliyeva Bakıda Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak etdi - FOTO

15:49 Şuranın dəstəyilə “Qarabağın tarixi abidələri barədə həqiqətlərin dünyaya catdırılması” mövzusunda onlayn konfrans keçirilib

15:46 Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxdu, 113 nəfər sağaldı, 2 nəfər vəfat etdi

15:42 QHT sədri: “Hərbi təxribatlar Paşinyanın sonunu gətirəcək”

15:36 Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” elmi-publisistik jurnalı çap olunub

15:31 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar (YENİLƏNİB) (FOTO)

15:31 Azərbaycanda əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı azalıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:37 “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

Product image

14:48 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb