Bakıda auksionda ən bahalı əsər 20 min 50 manata satıldı (FOTO)

Mədəniyyət / 07.11.2019 16:51

Bu gün Mədəniyyət Nazirliyi, "Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Hilton Baku” hotelində incəsənət əsərlərinin növbəti auksionu keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il ikinci dəfə gerçəkləşən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunur.

Hərraca Akif Əsgərovun "Atlar”, Mahmud Rüstəmovun "Qadın müxtəlif əhvalda” silsiləsindən "Kompozisiya”, Fərəh Əliyevanın "Santa 1919-cu il”, "Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın "Kraliça Viktoriya”, Vüqar Muradovun "Gülüş”, "Payızda-yaz”, Namiq Məmmədovun "Mələklərin səhər yeməyi”, "Bolluq”, Vüqar Əlinin "Karvan” və İlham Mirzəyevin "Antik büst – qızılı fonda” əsərləri çıxarılmışdı.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev auksionun əhəmiyyətini yüksək qiymətləndirdi: "Azərbaycanda yeni yaradıcılıq sənayesi formalaşmağa başlayır. Bu, əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir. İncəsənət əsərlərinin auksionu artıq ikinci dəfə keçirilir. Düşünürəm ki, bu, çox yaxşı ənənədir. Auksion vasitəsilə vətəndaşlarımızda yeni vərdişlər formalaşdırmaq niyyətindəyik. Ümidvaram ki, bu ənənə gələcəkdə də davam etdiriləcək”.

Əbülfəs Qarayev onu da bildirdi ki, hər bir azərbaycanlının evinin divarından yerli rəssamların əsərləri asılmalıdır.

Daha sonra hərracın ilk çəkici vuruldu və satışa çıxarılan əsərlər elan edildi.

Rəssam, heykəltəraş Mahmud Rüstəmovun ilkin qiyməti 5600 manat olan, qranit, bürünc və qızıldan hazırlanmış "Qadın müxtəlif əhvallarda” əsəri 5610 manata satılıb. Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış "Atlar” əsəri 20 050 manata alıcısını tapıb. Budəfəki auksionda ümumilikdə 2 lot satılıb. Ən bahalı lot A.Əsgərovun "Atlar” əsəri olub. Əsəri iş adamı İsgəndər Xəlilov satın alıb.

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilkin qiymətləri 2500-20000 manat arasında təyin olunmuşdu.



SON XƏBƏRLƏR

2020-01-24

20:14 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb

19:38 Suriyanın terror zülmündən xilas edilən iki şəhərində həyat öz axarına qayıdıb (FOTO)

19:11 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda sakinlərlə görüşüb (FOTO)

18:47 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

18:00 Mixail Şvıdkoy: Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk

17:19 Komitə sədri: 15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb

17:12 Zaxarova: Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur

17:08 Hava şəraiti ilə bağlı sərnişin və sürücülərə XƏBƏRDARLIQ

16:59 Nazir: Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək

16:54 Azərbaycan XİN vətəndaşlara Çindəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

16:51 Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək

16:47 Bakının Baş planı ilin sonunadək hazır olacaq

16:40 Ermənistan Azərbaycan xalqının tarixi, mədəni irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir - Fərid Şəfiyev

14:13 Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub (FOTO)

14:10 Azrəbaycan Prezidenti Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

13:19 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

12:40 “Polis xidmətlərinin etibarlılığı”na görə ölkəmiz 45 pillə irəliləyib

11:49 Kamaləddin Qafarov Binəqədi rayonunun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb – FOTO

10:00 QHT beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib

2020-01-23

18:30 ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub

17:44 Samux və Göygöldə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb (FOTO)

17:36 Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib

17:35 Prezident İlham Əliyev Vaqif Şadlinskini “Şöhrət” ordeni ilə təltif edib

17:28 Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

17:17 Parlament seçkilərində 262 beynəlxaq müşahidəçi qeydə alınıb

17:11 Məzahir Pənahov: Sosial şəbəkələrlə bağlı dəfələrlə namizədlərə müraciət etmişik

16:59 MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq

16:21 Azərbaycanda koronavirusa yoluxma halı istisna edilmir - Baş infeksionist

16:16 Mədəniyyət nazirinin müavini Xırdalanda vətəndaşlarla görüşüb (FOTO)

14:23 Dövlət Komissiyası naməlum şəhidin eksqumasiyası ilə bağlı məlumat yaydı

14:19 Azərbaycan Prezidenti “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb

14:13 Qətlə yetirilən Nərminin əmisi İlkin Süleymanovun atasına cavab verdi

14:13 Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Maraqlı Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

Product image

10:06 Britaniya şahzadəsi səlahiyyətlərindən imtina etdi - İşləmək istəyir