BMT-nin son qətnaməsi Ermənistanda faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılması əleyhinə töhfədir - Deputat

Siyasət / 08.11.2019 12:53

BMT Baş Assambleyasının nasizmin, neonasizmin qəhrəmanlaşdırılması və ondan irəli gələn fəsadların aradan qaldırılması ilə bağlı qəbul etdiyi növbəti qətnamə Ermənistanda da faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılması əleyhinə töhfə verə bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu gün dünyada çox qorxulu bir tendensiya müşahidə olunmaqdadır və bir sıra dövlətlərdə faşizm, onun ayrı-ayrı istiqamətləri, xüsusilə də neofaşizm təbliğ olunur, qəhrəmanlaşdırılır:

"Bu isə özlüyündə irqi diskriminasiyanın, ksenofobiyanın genişlənməsinə şərait yaradır və bütün bu təhlükəli tendensiyalarla mübarizə aparmaq lazım gəlir. Artıq dünyamızda neofaşizm dalğasının yaranması və inkişafı tendensiyası qorxulu hal almağa başlayıb.

Azərbaycan Prezidenti MDB dövlət başçılarının Aşqabad sammitində məhz bu məsələni xüsusi olaraq qaldırdı və qeyd etdi ki, bu gün Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, faşizmə xidmət etmiş cinayətkarlara abidələrin qoyulması, onların təbliği siyasəti geniş vüsət alıb. Prezident İlham Əliyev Qaregin Njdeyə qoyulan heykəli misal çəkdi və faktlarla da sübut etdi ki, faşizmin təbliği, qəhrəmanlaşdırılması Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılıb.

Hesab edirəm ki, cənab İlham Əliyevin Aşqabad sammitindəki çıxışına böyük diqqət var idi və artıq bu məsələyə BMT çərçivəsində də reaksiya verilib”.

Deputatın sözlərinə görə, bu, çox ciddi təhlükə mənbələrinə qarşı mübarizənin həm də koordinasiya olunmuş şəkildə aparılamsı olduqca aktuallaşıb:

"Düşünürəm ki, BMT Baş Assambleyasının qəbul etdiyi bu qətnamə nəticə etibarı ilə Ermənistanda da faşizmin təbliğinin dövlət siyasətinə qaldırılması əleyhinə töhfə verə bilər. Nəzərə alsaq ki, bu layihənin müəlliflərindən biri məhz Rusiyadır və eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin 2019-cu ilin may ayındakı hesabatında da bu məqamlar ön plana çəkilir, xüsusilə də Ermənistanda faşizmin təbliği siyasətinə çox kəskin reaksiya ifadə olunduğunu deyə bilərik.

Artıq indidən proqnozlaşdırmaq olar ki, BMT səviyyəsində məsələnin bu cür kəskin şəkildə qoyulması Ermənistanın faşizmi qəhrəmanlaşdırmaq siyasətindən geri çəkilməsini və siyasətdən imtina etməsini şərtləndirməlidir. Əks tədqirdə, belə çıxır ki, Ermənistan beynəlxalq birliyə meydan oxumaq fikrinə düşüb. Hesab edirəm ki, beynəlxalq birlik bu məsələdə çox qətiyyətli və prinsipal mövqe ortaya qoymalıdır”.

Qeyd edək ki, noyabr ayının 7-də BMT-nin Baş Assambleyası nasizmin, neonasizmin qəhrəmanlaşdırılması və ondan irəli gələn fəsadların aradan qaldırılması ilə bağlı növbəti qətnamə qəbul edib.

Qətnamə layihəsinin müəllifi Rusiya olub. Həmmüəllif qismində 23 ölkə, o cümlədən Belarus, Braziliya, Cənubi Afrika Respublikası, Çin, Pakistan, Suriya və Şimali Koreya iştirak edib.

Qəbul olunan qətnamə 66 bənddən ibarətdir. Qətnamə səsə qoyularkən 123 ölkə səsvermədə itirak edib, 121 ölkə qətnaməni dəstəkləyib, 2 dövlət isə əleyhinə səs verib.



SON XƏBƏRLƏR

2019-11-18

11:12 Azərbaycanda yeni sayt fəaliyyətə başladı - “Sehhet.az”

2019-11-15

19:43 Prezident İlham Əliyev: Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

17:12 Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:09 Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:06 Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

16:52 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

16:18 Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:16 Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:01 Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir

15:29 Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılış mərasimi oldu

15:20 Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlıqla bağlı protokol imzalayıb (FOTO)

15:19 BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək (FOTO)

15:18 Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

15:13 Vüqar Rəhimzadə: Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib

15:08 APA 15 yaşında

14:57 Şuranın dəstəyi ilə hazırlanan “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabının təqdimatı keçirilib

14:36 Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək? - "Azəristiliktəchizat"dən CAVAB

13:30 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

12:16 Şuranın dəstəyi ilə “Mənim şəhidim” adlı tamaşası səhnələşdirib

11:32 Şuranın dəstəyi ilə “Aprel Şəhidlərini tanıdaq" adlı layihənin sonuncu tədbiri keçirilib

2019-11-14

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

18:00 İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində - YENİLƏNİB

16:36 Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

15:33 Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub

15:26 Şuranın dəstəyilə “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

15:19 İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır

15:08 Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb

14:52 Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq

14:00 Mikayıl Cabbarov: Vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb

13:57 Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər

13:51 Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

13:36 Radikal müxalifətin Avropadakı mühacir biznesi də çökdü

13:18 Təhsil Nazirliyi: Şikayət əsasında 7 məsul şəxsə töhmət verilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

Product image

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları