Şuranın dəstəyilə uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması mövzusunda təlimlərə yekun vurulub

Cəmiyət / 08.11.2019 12:07
qhtxeber.az Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi "Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Cəlilabad rayonunda təlim təşkil edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının təşkilati dəstəyilə keçirilən təlim sessiyasında Universitetin Cəlilabad filialının fəal tələbə və müəllim heyəti iştirak edib.

Təşkilatın əməkdaşı Vamiq Babayev açılış nitqində layihə məqsəədlərini və qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb.

Tədbirə iştirak edən Ombudsman Aparatının Cəlilabad regional filialının rəhbəri Ziya İsmayılov və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı Anar Atakişiyev məişət zorakılığı haqqında qanunvericilikdən irəli gələn məsələlər və məişət zorakılığına məruz qalan şəxslər, bu istiqamətdə müraciətlərin rayon üzrə statistikası və digər məlumatları diqqətə çatdırıb. Onlar, eyni zamanda uşaq və yeniyetmələrə qarşı təcrübəsində rast gəlinən bir sıra məişət zorakılığı faktlarını qeyd edib və bu problemin qarşısının alınması istiqamətində gəncləri fəal olmağa səsləyiblər.

Layihənin təlimçisi Afiq Məlikov təlimin proqramına uyğun olaraq Ailədaxili zorakılıq və ya məişət zorakılığı, Məişət zorakılığının qurbanı sayılan şəxslər, Uşaqlar məişət zorakılığının qurbanı kimi, Ailədaxili zorakılığla əlaqədar BMT-nin və Avropa Şurasının statistik məlumatları, Uşağa qarşı emosional zorakılığın tətbiq edilməsini ehtimal etməyə əsas verən sosial faktorlar, Respublikada baş verən zorakılıqla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikası və onun təhlili, Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlər, Ailə-məişət münaqişələri zəminində baş verən cinayət hadisələri və digər məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Təlim iştirakçılarından Sevda Şahmarova, Cəlalə İsgəndərova, Asiman Babayev və digərləri onları maraqlandıran suallarla bağlı ekspert və qonaqlarla müzakirələr aparıb.

Təlimdə mövzuya uyğun bir sıra videoçarxlar nümayiş etdirilib.


SON XƏBƏRLƏR

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

12:55 Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

12:37 Şuranın dəstəyilə Qubada “Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyası təşkil ediləcək

11:51 Şuranın dəstəyilə “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçiriləcək

11:19 Şuranın dəstəyilə sosial şəbəkələrdə COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işi aparılacaq

09:08 Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib

09:00 Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

2020-07-01

19:40 Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib

19:37 BƏT-in regional tədbirində Azərbaycanda pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirləri barədə məlumat verilib

19:29 Demokratik Jurnalistlər Liqası etno və dini müxtəlifliklə bağlı layihəyə başlayır

19:25 Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir (FOTO)

19:05 Könüllü qəhrəmanların növbəti görüşü baş tutub

18:59 İtaliya portalında “Azərbaycan diplomatiyasının təktərəfliliyə qarşı yüksəlişi” adlı məqalə dərc olunub

18:58 Elmar Məmmədyarov: Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır

18:40 Sabahdan Bakıdakı polis postları ləğv edilir

18:37 DİN-in müxtəlif xidmət sahələri üzrə 3 yeni inzibati binasının açılışı olub

18:00 Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək

17:45 Şuranın dəstəyilə “Bir vətənimiz var-Azərbaycan” adlı sənədli film hazırlanacaq

16:19 QHT sədri: Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edən polis dövlətçiliyin əsas sütunlarından birinə çevrilib

16:16 Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edildi - SƏRƏNCAM

15:42 Şuranın dəstəyilə "Azərbaycanda yaşayan talışların sənətkarlıq nümunələri” təbliğ ediləcək

14:12 Şuranın dəstəyilə “Pandemiya dövründə Daşkəsən rayonunda aztəminatlı ailələrə yardım” olunacaq

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb