Şuranın dəstəyilə nəşr olunan “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” kitabçası jurnalistlərə hədiyyə edilir

Cəmiyət / 08.11.2019 11:13
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) tərəfindən həyata keçirilən "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsi yekunlaşıb.

Layihənin ilk mərhələsində tat, udi, şahdağlılar xalqı, ləzgi, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar hər həftənin şənbə günü "525-ci qəzet"də dərc olunub. Nəzərdə tutulan 10 məqalə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanıb. Növbəti mərhələdə həmin yazılardan ibarət kitabça hazırlanıb. Hazırda həmin kitabçalar KİV orqanlarına hədiyyə edilir.

Layihənin əməkdaşları ilk olaraq "Kaspi" qəzetində Azadinform.az, Multikultural Azərbaycan, Sfera.az saytlarında qonaq olublar. Layihə rəhbəri, JEM sədri Ceyhun Musaoğlu redaksiya heyətinə layihənin mahiyyəti barədə məlumat verib və kitabçaları jurnalistlərə təqdim ediblər.

Digər redaksiyalarda da görüşlər keşiriləcək. 400 tirajla nəşr olunan "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" kitabşası jurnalistlərə hədiyyə olunacaq. C. Musaoğlu layihənin mahiyyəti barədə danışarkən bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqlar barəsində indiyə qədər çoxsaylı materiallar dərc olunub, onların mədəni irsi haqqında məlumatlar müxtəlif mənbələrdə əksini tapıb: "Belə materialları kitabxanalarda və internet resurslarında tapmaq mümkündür. Həmin nəşrlərdə əksini tapan yazılar daha geniş məzmunludur. Oxucu vahid mənbəyə istinad etməklə hər hansı milli azlıq barəsində konkret, lakonik, eyni zamanda, həmin xalqın bütöv obrazını yarada biləcək yazı axtarır. Belə yazıların bir mənbədə toplanması zəminində aşkara çıxan problemin həlli, təbii ki, jurnalistlərin üzərinə düşür. Bunun üçün jurnalistlər onlara lazım olan faktların əlçatan olmasını arzulayırlar. Həmin faktların həm də sadə üslubda bir məlumat kitabçasında toplanmasına ehtiyac var idi".
JEM sədri bu ehtiyacı düzgün qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq etdiklərini vurğulayıb: "Layihənin icrası zamanı SƏLİS XİDMƏTİN imkanlarından yüksək səviyyədə yararlandıq. Sistem mükəmməl hazırlanıb və layihənin icrası zamanı vaxt itkisi yaşanmır, görülən işlər sadə şəkildə donorun diqqətinə çatdırılır. Bunun üçün vaxt itirməyə, məsafə qət etməyə ehtiyac yoxdur. SƏLİS layihənin effektiv olmasına böyük təkan verdi".



SON XƏBƏRLƏR

2020-01-24

20:14 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb

19:38 Suriyanın terror zülmündən xilas edilən iki şəhərində həyat öz axarına qayıdıb (FOTO)

19:11 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda sakinlərlə görüşüb (FOTO)

18:47 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

18:00 Mixail Şvıdkoy: Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk

17:19 Komitə sədri: 15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb

17:12 Zaxarova: Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur

17:08 Hava şəraiti ilə bağlı sərnişin və sürücülərə XƏBƏRDARLIQ

16:59 Nazir: Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək

16:54 Azərbaycan XİN vətəndaşlara Çindəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

16:51 Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək

16:47 Bakının Baş planı ilin sonunadək hazır olacaq

16:40 Ermənistan Azərbaycan xalqının tarixi, mədəni irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir - Fərid Şəfiyev

14:13 Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub (FOTO)

14:10 Azrəbaycan Prezidenti Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

13:19 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

12:40 “Polis xidmətlərinin etibarlılığı”na görə ölkəmiz 45 pillə irəliləyib

11:49 Kamaləddin Qafarov Binəqədi rayonunun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb – FOTO

10:00 QHT beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib

2020-01-23

18:30 ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub

17:44 Samux və Göygöldə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb (FOTO)

17:36 Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib

17:35 Prezident İlham Əliyev Vaqif Şadlinskini “Şöhrət” ordeni ilə təltif edib

17:28 Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

17:17 Parlament seçkilərində 262 beynəlxaq müşahidəçi qeydə alınıb

17:11 Məzahir Pənahov: Sosial şəbəkələrlə bağlı dəfələrlə namizədlərə müraciət etmişik

16:59 MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq

16:21 Azərbaycanda koronavirusa yoluxma halı istisna edilmir - Baş infeksionist

16:16 Mədəniyyət nazirinin müavini Xırdalanda vətəndaşlarla görüşüb (FOTO)

14:23 Dövlət Komissiyası naməlum şəhidin eksqumasiyası ilə bağlı məlumat yaydı

14:19 Azərbaycan Prezidenti “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb

14:13 Qətlə yetirilən Nərminin əmisi İlkin Süleymanovun atasına cavab verdi

14:13 Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Maraqlı Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

Product image

10:06 Britaniya şahzadəsi səlahiyyətlərindən imtina etdi - İşləmək istəyir