TARİXİMİZİN ALBAN DÖVRÜNƏ AİD MÖHTƏŞƏM ABİDƏ – “SÜNİK TARİXİ”

Cəmiyət / 11.11.2019 13:19

Qafqazın tarixinə dair unikal mənbələrdən biri olan 13-cü əsr alban tarixçisi Stepan Orbelianın "Sünik tarixi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının nümayəndələri, QHT rəhbərləri, alimlər, media nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan "S.Orbelianın XIII əsr alban abidəsi olan "Sünik tarixi” kitabının Azərbaycan dilində nəşri” layihəsi çərçivəsində keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli kitabın tarixi əhəmiyyətindən bəhs edərək onu ermənilərin Azərbaycana qarşı dünyada apardığı ideoloji mübarizənin bünövrəsində dayanan saxta erməni tarixi konsepsiyasını alt-üst edən bir mənbə kimi dəyərləndirmişdir. O, bu günə qədər Azərbaycan tarixşünaslığında tam şəkildə elmi dövriyyəyə daxil edilməmiş bu mənbəni tariximizin alban dövrünə aid möhtəşəm abidə adlandırmış, əsərin məzmunu və strukturu haqqında geniş məlumat vermişdir.



Tədbir iştirakçılarına məlumat verilmişdir ki, təxminən 1250-1304-cü illərdə yaşamış Stepan Orbe­lian tarixi Sünik ərazisində – indiki Zəngəzur mahalının Si­sian bölgəsində anadan olmuşdur. Onun mənsub olduğu Or­beli (Orbelian) sülaləsi, əslində, Turan nəslindən idi və mi­­laddan çox-çox əvvəllər İberiya ərazisində məskunlaş­mış, bu sülalənin bir çox nümayəndələri öz qəhrəmanlıqları ilə ölkənin hüdudlarını genişləndirmişlər. Lakin ölkədaxili siyasi proseslərin istəmədən iştirakçısına çevrilən Orbelian­lar 1177-ci ildə gürcü çarı Georgiyə qarşı üsyan qaldırmış, məğlub olaraq Loru qalasına sığınmış, çar Georgi tərəfin­dən nəslin bir çox nümayəndələri qətlə yetirilmiş, yalnız Li­barit Orbelian və onun İvane və Elikum adlı iki oğlu sağ qal­mışlar ki, onlar da qaçıb Eldəgizlər//Eldəquzlar sarayına sığınmışlar. Elikum Atabəy Eldəquzun dərin hörmətini qa­zandığından Naxçıvan diyarının hakimi təyin olunmuş və tezliklə Sünik yepiskopu Stepanosun bacısı qızı Xatunla ev­lənmişdir. Elikum Xatundan olan oğluna atası Libaritin adı­nı qoymuş, həmin Libarit də böyüyüb Sünik hakimi ol­muş­dur. Bu nəvə Libaritin Aspa Xatun adlı qadınından beş oğ­lu dünyaya gəlmişdir. O oğulların ən kiçiyi tarixi mən­bə­lər­də Dərsəikan//Dərsəican//Dərsəic və çox vaxt da adın əv­vəlindəki D samiti T kimi yazılan Dərsə içxan//Tərsa içxan 1273-cü ildə Siyuni (Sünik) hakimi seçilmiş, «xanlar xanı», «böyük xan» kimi titullar daşımış, "Kitabi-Dədə Qorqud” dastanlarına Dərsə xan//Dirsə xan kimi daxil olmuşdur. Bütün bunlar və digər məlumatlar Sünik yepiskopu, məşhur tarixçi Stepan Orbe­lianın XIII yuzilin sonlarında qələmə aldığı «Sünik tarixi» əsərində bəhs edilmişdir.



Tədbirdə professor İbrahim Bayramov, dosent Cəlal Allahverdiyev, QHT rəhbərləri Səməndər Mehdiyev, Cəmilə İsbəndiyarova, Qərbi Azərbaycan İcmasının sədr müavini Fəqan Bəhrəmov, Əbdüləli Həsənov, Bilal İsmayılov və başqaları çıxış etmişlər.




SON XƏBƏRLƏR

2020-07-07

18:25 Vüqar Rəhimzadə: Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

18:07 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib

17:06 Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub

16:54 ÜST: Təmasın izlənilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur

16:39 Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik təsdiqləndi

16:13 Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

15:45 Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib

15:44 Gəncədə könüllülər təltif olundu

15:36 Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

15:30 QHT müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

14:51 Şura "Əlilliyi olan uşaqların sosial reabilitasiyası"nı dəstəkləyir

14:34 Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

13:33 AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişdi

13:12 Pandemiya dövründə 1000 nəfərədək məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb

12:41 Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər xalqımızda böyük qürur hissi yaradıb

12:00 “Media könüllüləri -145” layihəsinin icrasına başlanılıb

11:37 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb

11:34 Ötən dövrdə 85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

09:33 Universitetinin kafedra müdiri koronavirusdan öldü

2020-07-06

18:38 Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı (VİDEO)

18:13 BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

17:57 QHT müsabiqə elan edib

17:47 Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

17:30 Nazirlik COVİD-19-la mübarizəni gücləndirmək məqsədilə xüsusi işçi qrupu yaratdı

16:55 Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

16:54 Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı

15:58 Şuranın dəstəyilə mobil anbar platforması yaradılacaq

15:26 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

15:24 Könüllülərin bölgələrdəki fəaliyyəti davam edir

15:24 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

15:07 DTX XİN-in vəzifəli şəxslərinə qarşı keçirilən əməliyyatla bağlı məlumat yaydı (VİDEO)

14:12 Şuranın dəstəyilə əlilliyi olan şəxslərin istedadlarının inkişafı istiqamətində yeni layihəyə start verilir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb