Nəticələr məlum oldu - Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda qalib oldu

Mədəniyyət / 12.11.2019 11:57

Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, filmləri festivalın müsabiqə proqramında yarışan əcnəbi kinematoqrafçılar iştirak edib.

"Sinema"Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.

Festivala həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir.

10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb.

Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışıb.

Qaliblərə mükafatları Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, festivalın direktoru Fehruz Şamıyev, Beynəlxalq və Yerli münsiflər heyətinin üzvləri- İlqar Safat (Azərbaycan), Rezan Yaşılbaş (Türkiyə), Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan), xalq artisti Vidadi Həsənov, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov təqdim edib.

Beləliklə, Beynəlxalq müsabiqənin "Qızıl nar" mükafatı "Ən yaxşı bədii film"nominasiyasında Kanada, Tunis, Qətər, İsveç istehsalı olan rejissor Məryam Cuborun "Qardaşlıq", "Ən yaxşı sənədli film"- isveçli rejissor Henrik Dalbrinqin "Andın o tərəfi", "Ən yaxşı animasiya filmi" çexiyalı rejissor Daria Kaşçivanın "Qız" filminə verilib.

Qeyd edək ki, Daria Kaşçiva həm də festivalın "Ən yaxşı animasiya rejissoru" olub. "Ən yaxşı sənədli film rejissoru" "Atamın oğlu" filminə görə israilli Hillel Reyt, "Ən yaxşı bədii film rejissoru" İvan Qriqolyunas "Klava Qraçyovanın üç günü" filmi ilə layiq görülüb.

Polşalı Anna Urbançikin "Sonuncu müştəri" və belçikalı Gespəğ Qraninin "Təxəyyül" bədii filmləri "Münsiflər heyətinin xüsusi mükafatı"na layiq görülüb. Beynəlxalq proqramda yer alan yeganə Azərbaycan filmi olan "Son seçim"ə (Rejissor Amil Məmiyev) "Münsiflər heyətinin diplomu" verilib.

Daha iki film münsiflərdən diplom alıb. Bunlar Yelena Poroşinanın "Əsl bahadır" sənədli filmi, Marin Ceykobun "Bu gün yox" animasiyasıdır. "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatları isə Harun Baysanın "Akif", Əminə Monşizadənin "Parivaş" animasiya filminı verilib.

İranlı rejissorlar Ramin Fərzani və Parisa Sədai Azərin "Ahıllar" bədii filmi ilə CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının regional layihəsi çərçivəsində nümayiş olunan Mariam Aqladzenin "Nanuli və Qogi" filmi "Tamaşaçı rəğbəti" diplomu ilə təltif edilib.

Yerli müsabiqənin "Qızıl nar" mükafatına "Ən yaxşı bədii film" üzrə Pərviz Həsənovun "Soraq", "Ən yaxşı sənədli film" üzrə Vüsal Hacıyevin "Küy simfoniyası", "Ən yaxşı sosial çarx" üzrə Günel Qədirovanın "Qız oxusun"u layiq görülüb.

"Ən yaxşı ssenari" nominasiyası üzrə qalib Türkan Zamanova ("Dan yeli") olub. "Münsiflər heyətinin diplomları" "Bərə" (Kürçaylı Məmmədov), "Skat" (Səddam Mehdiyev), "İki ağac" (Ruslan İbrahimli) animasiya filminə verilib. "Altsheymer" sosial çarxı (Gülnar Askeri və Pərviz Rəşad) "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı ilə təltif olunub.

"Cinemobil" onlayn müsabiqənin qalibi isə Masər Həsənovun "Gizlənpaç" filmi olub.

Mərasimin sonunda Yerli müsabiqənin "Ən yaxşı bədii film" nominasiyasının qalibi olmuş "Soraq" filmi nümayiş olunub.

Qeyd edək ki, Festival bundan əvvəlki illərdə "Start"Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baş tutub. Beynəlxalq status daşıyan Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforum yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.

Bu ilki kinoforum çərçivəsində CineDOC-Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalının təqdimatında sənədli filmlər nümayiş olundu, türkiyəli rejissor Rezan Yaşılbaş, iranlı rejissor Kərim Əziminin iştirakı ilə "Beynəlxalq festivallara çıxış perspektivləri" adlı müzakirə gənclər tərəfindən maraqla qarşılandı.

Qaliblərin siyahısını təqdim edirik:

Beynəlxalq müsabiqə

"Tamaşaçı rəğbəti" diplomu

"Ahıllar" bədii filmi- Rejissorlar Ramin Fərzani və Parisa Sədai Azər. İran.

"Nanuli və Qogi" filmi- Rejissor Mariam Aqladze . Gürcüstan. CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının regional layihəsi çərçivəsində nümayiş olunan film.

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatları

"Akif" bədii filmi - Rejissor Harun Baysan. Türkiyə.

"Parivaş" animasiya filmi- Əminə Monşizadə. İran.

"Münsiflər heyətinin diplomu"

"Əsl bahadır" sənədli filmi- Rejissor Yelena Poroşina. Rusiya, Estoniya.

"Bu gün yox" animasiya filmi- Rejissor Marin Ceykob. Belçika

"Son seçim" bədii filmi- Rejissor Amil Məmiyev. Azərbaycan.

"Münsiflər heyətinin xüsusi mükafatı"

"Sonuncu müştəri" bədii filmi - rejissor Anna Urbançik. Polşa

"Təxəyyül" bədii filmi- Rejissor Gespəğ Qrani. Belçika.

"Ən yaxşı animasiya filmi" və "Ən yaxşı animasiya rejissoru"

"Qız" filmi- rejissor Daria Kaşçiva. Çexiya

"Ən yaxşı sənədli film"

"Andın o tərəfi" filmi- Rejissor Henrik Dalbrinq. İsveç.

"Ən yaxşı sənədli film rejissoru"

Rejissor Hillel Reyt - "Atamın oğlu" filmi - İsrail.

"Ən yaxşı bədii film rejissoru"

İvan Qriqolyunas - "Klava Qraçyovanın üç günü" filmi. Rusiya.

"Ən yaxşı bədii film"

"Qardaşlıq" filmi - Rejissor Məryam Cubor. Kanada, Tunis, Qətər, İsveç filmi.

Yerli müsabiqə

Münsiflər heyətinin diplomları

"Bərə" bədii filmi- Rejissor Kürçaylı Məmmədov

"Skat" bədii filmi- Rejissor Səddam Mehdiyev

"İki ağac" animasiya filmi- Rejissor Ruslan İbrahimli

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı

"Altsheymer" sosial çarxı- Müəlliflər Gülnar Askeri və Pərviz Rəşad.

"Ən yaxşı ssenari"

Türkan Zamanova - "Dan yeli" filminin ssenari müəllifi.

"Ən yaxşı sosial çarx"

"Qız oxusun"- Rejissor Günel Qədirova

"Ən yaxşı sənədli film"

"Küy simfoniyası" - Rejissor Vüsal Hacıyev

"Ən yaxşı bədii film"

Soraq" filmi. Rejissor Pərviz Həsənov

"Cinemobil" onlayn müsabiqə

"Gizlənpaç" - Rejissor Masər Həsənov.

SON XƏBƏRLƏR

2019-12-06

18:11 QHT-lərin nəzərinə!

17:57 Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri

17:26 İcma Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfərlərinə etiraz edib- FOTO

16:47 Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

15:48 Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

15:27 Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər

15:20 Deputat: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır

15:05 Prezident İlham Əliyev:Ölkəmiz bundan sonra da TRACECA Proqramı üzrə vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək

14:37 Elmar Vəliyevə sui-qəsd edən şəxsin cinayət işi məhkəməyə göndərildi

14:36 Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək ikiqat şərəfli bir işdir - Rəssamlar İttifaqının sədri

14:34 Xalq artisti: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram

14:01 Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir

13:46 Siyavuş Novruzov: Ağacəkmə kampaniyasında müxalifətin keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir

13:29 Mikayıl Cabbarov Simonyana: Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir

12:49 Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik

12:42 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

12:26 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar

12:12 QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edilib

11:41 Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri barədə məlumat verib

2019-12-05

17:33 Prezident İlham Əliyev Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

17:25 Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

16:57 Milli Məclis buraxıldı, növbədənkənar seçkinin vaxtı bilindi - SƏRƏNCAM

16:42 Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

16:22 Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb

16:16 Sona Əliyeva: Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək

16:06 Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır

15:50 Mövlud Çavuşoğlu:Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır

15:46 “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

15:32 Zakir Həsənov Pakistanın ölkəmizd

15:16 Bakıda 3-cü “Sənət, Əl işləri və Biznes” mövsuzunda satış sərgisi keçirildi(FOTO)

14:55 BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib(FOTO)

14:50 Bakıda kirayə mənzildə vəziyyətləri pisləşən tələbələrlə bağlı RƏSMİ

13:56 Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:16 Mehdi Hüseynzadə adına stadion yenidən qurulacaq - Sərəncam

Product image

15:15 FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər (FOTO)

Maraqlı Product image

15:37 “Milad” bayramına həsr olunan poçt markası tədavülə buraxılıb

Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi