Yevlaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

Cəmiyət / 13.11.2019 12:24

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 8-də Yevlax rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Birlikdən Trend-ə verilən məlumata görə, ağacəkmə aksiyaları zamanı Yevlax rayonunda ayrılan 2 ha ərazidə 1500 ədəd alma ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu və Oğuz rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, ərik növlərindən olmaqla ümumilikdə 22 120 meyvə ağacları əkilib və 69 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil ediləcək.

Qeyd edək ki, Yevlax rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyasına 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulmuşdur. IDEA İctimai Birliyi aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.




SON XƏBƏRLƏR

2020-07-08

19:44 Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

19:14 190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı

19:06 Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib

17:54 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

17:51 AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı

15:00 İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb

14:29 QHT sədri: Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər

14:11 6 ayda pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

13:04 Bakı Metropolitenində pandemiya dövründə sərnişin sayı kəskin azalıb

12:44 Şuranın dəstəyilə icbari tibbi sığorta internet mediada təbliğ ediləcək

11:33 “Vətənimizə virtual səyahət”də növbəti tur Lerik rayonuna təşkil olunub

11:18 Şura üzvü: Ermənistan rəhbərləri faşist ideologiyasına xidmət edir

11:01 KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

10:49 Yeni virtual layihəyə start verir

10:17 Xüsusi istedadlı qruplar yaradılacaq

10:00 Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

09:55 Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

09:37 Şuranın dəstəyilə işğal altında olan mədəniyyət və tarixi abidələr haqqında Azərbaycan və ingilis dilində kitab çap olunacaq

09:18 50 peşə və ixtisas üzrə tanıdıcı videoçarxlar hazırlanıb

2020-07-07

18:25 Vüqar Rəhimzadə: Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

18:07 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib

17:06 Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub

16:54 ÜST: Təmasın izlənilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur

16:39 Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik təsdiqləndi

16:13 Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

15:45 Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib

15:44 Gəncədə könüllülər təltif olundu

15:36 Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

15:30 QHT müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

14:51 Şura "Əlilliyi olan uşaqların sosial reabilitasiyası"nı dəstəkləyir

14:34 Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

13:33 AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb