Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb - FOTO

Siyasət / 13.11.2019 12:31

VyanadaDiasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyada yaşayan azərbaycanlılarla görüşü keçirilib.

Dövlət KomitəsindənModern.az-a verilən məlumata görə, dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan dərnəklərinin rəhbərləri, azərbaycanlı icmanın fəal üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov çıxış edərək azərbaycanlı icması və diaspor təşkilatları ilə əməkdaşlıqdan danışıb. O qeyd edib ki, bu əməkdaşlıq azərbaycançılıq ideologiyasının təbliğinə, icmanın doğma dilimizə, tariximizə, mədəniyyətimizə və tarixi Vətənə daha sıx tellərlə bağlanmasına xidmət edir. Diplomatik nümayəndəliyin soydaşlarımızın qarşılaşdığı problemlərin həllində yaxından iştirak etdiyi vurğulanıb.

Diasporun təşkilatlanmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə məsuliyyətli iş düşdüyünü söyləyən səfir bu istiqamətdə dövlət qurumlarının, ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin ardıcıl fəaliyyət göstərdiyinə diqqəti cəlb edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədriFuad Muradovçıxışı zamanı Azərbaycanın diaspor siyasəti, həyata keçirilən layihələr, xaricdə yaşayan soydaşlarımızın şəbəkələşməsi, onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyət göstərmək imkanları haqqında geniş məlumat verib.

O, əsası ümummilli liderHeydər Əliyevtərəfindən qoyulan komitənin yarandığı gündən bəri fəaliyyətinə nəzər salıb və qeyd edib ki, Prezidentİlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar proqramı diaspor sahəsini də əhatə edir. Xaricdə yaşayan soydaşlarımızın son illərdə fəallaşdığı və yeni təşkilatların yarandığı, qloballaşma dönəmində xaricdə yaşayan soydaşları bir araya gətirmək, milli-mənəvi dəyərləri, ana dilini qorumaq və milli birliyə nail olmaq üçün yeni çağırışların meydana çıxdığı vurğulanıb.

Dövlət Komitəsi sədrinin fikrincə, mövcud vəziyyət həm diaspor təşkilatları və icmalar arasında, həm də onların tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsini, koordinasiya işinin təkmilləşdirilməsini tələb edir. O, koordinasiya şüralarının gələcəkdə diaspor fəaliyyətinə təkan verəcəyinə ümidvar olduğunu ifadə edib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin 2018-2019-cu illərdə fəaliyyətinə dair video hesabatı və infoqrafik videoçarxları nümayiş olunub.

Daha sonra Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli və Azərbaycan Akademik Birliyinin sədri Akif Abdullayev çıxış ediblər. Natiqlər təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri və gələcək planlarından danışıblar.

Tədbir aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.



SON XƏBƏRLƏR

2019-12-06

18:11 QHT-lərin nəzərinə!

17:57 Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri

17:26 İcma Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfərlərinə etiraz edib- FOTO

16:47 Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

15:48 Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

15:27 Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər

15:20 Deputat: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır

15:05 Prezident İlham Əliyev:Ölkəmiz bundan sonra da TRACECA Proqramı üzrə vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək

14:37 Elmar Vəliyevə sui-qəsd edən şəxsin cinayət işi məhkəməyə göndərildi

14:36 Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək ikiqat şərəfli bir işdir - Rəssamlar İttifaqının sədri

14:34 Xalq artisti: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram

14:01 Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir

13:46 Siyavuş Novruzov: Ağacəkmə kampaniyasında müxalifətin keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir

13:29 Mikayıl Cabbarov Simonyana: Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir

12:49 Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik

12:42 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

12:26 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar

12:12 QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edilib

11:41 Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri barədə məlumat verib

2019-12-05

17:33 Prezident İlham Əliyev Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

17:25 Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

16:57 Milli Məclis buraxıldı, növbədənkənar seçkinin vaxtı bilindi - SƏRƏNCAM

16:42 Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

16:22 Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb

16:16 Sona Əliyeva: Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək

16:06 Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır

15:50 Mövlud Çavuşoğlu:Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır

15:46 “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

15:32 Zakir Həsənov Pakistanın ölkəmizd

15:16 Bakıda 3-cü “Sənət, Əl işləri və Biznes” mövsuzunda satış sərgisi keçirildi(FOTO)

14:55 BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib(FOTO)

14:50 Bakıda kirayə mənzildə vəziyyətləri pisləşən tələbələrlə bağlı RƏSMİ

13:56 Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:16 Mehdi Hüseynzadə adına stadion yenidən qurulacaq - Sərəncam

Product image

15:15 FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər (FOTO)

Maraqlı Product image

15:37 “Milad” bayramına həsr olunan poçt markası tədavülə buraxılıb

Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi