Şuranın dəstəyilə “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

Cəmiyət / 14.11.2019 15:26
Gənclər üçün Təhsil Mərkəzi Bakı şəhərində "Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalını keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyilə keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır.

Rəsmi açılışda dövlət qurumlarının nümayəndələri, diplomatlar, yeniyetmə və gənclər iştirak ediblər. Tədbirə 3 xarici ölkədən (Türkiyə, Macarıstan və Moldova) 18 gənc qatılıb.

Tədbiri giriş sözü ilə Mərkəzin baş katibi Gülnar Xəlilova açaraq, Festivalın əhəmiyyəti barədə danışıb, yaradıcı gənclərin böyük marağına səbəb olduğunu vurğulayıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə yaradıcı gənclərə dövlət qayğısı, onların öz bacarıqlarını nümayiş etdirmək üçün yaradılan imkanlar barədə fikirlərini bölüşüb. O, ümumilli lider Heydər Əliyevin hər zaman yaradıcı gənclərin irəli çəkilməsinə və inkişafına böyük önəm verdiyini vurğulayıb, həmin ənənənin bu gün də cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək, Festivalın təkcə Bakı şəhərində deyil, ölkəmizin digər regionlarında da keçirildiyini bildirib. O, Festival üçün bir neçə ay bundan öncə Bakı şəhərində yaradıcılıq dərnəyinin qurulduğunu, iştirakçı olmaq istəyənlərin bu dərnəkdə bütün hazırlıq işlərini həyata keçirdiklərini qeyd edib, gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materialların yerləşdirildiyini və təlimlər keçirildiyini vurğulayəb.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral "Xarı Bülbül” festivalının böyük maraqla qarşılandığını bildirib, gənclərin yaradıcılığının inkişafına hərtərəfli dəstək verildiyini yüksək qiymətləndirib. Qonaq Türkiyə və Azərbaycan arasında mədəni dostluq əlaqələrinə toxunub, dəvətə görə təşkilatçılara təşəkkür edib.

Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutan festivalda yaradıcı gənclərin ifalarında musiqilər səsləndirilib, milli rəqslər nümayiş etdirilib, şeirlər söylənilib, tamaşalar göstərilib. Festival çərçivəsində yaradıcı gənclərin əl işləri, rəsm əsərlərinə də baxış keçirilib.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən "Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.


SON XƏBƏRLƏR

2019-12-06

18:11 QHT-lərin nəzərinə!

17:57 Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri

17:26 İcma Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfərlərinə etiraz edib- FOTO

16:47 Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

15:48 Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

15:27 Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər

15:20 Deputat: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır

15:05 Prezident İlham Əliyev:Ölkəmiz bundan sonra da TRACECA Proqramı üzrə vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək

14:37 Elmar Vəliyevə sui-qəsd edən şəxsin cinayət işi məhkəməyə göndərildi

14:36 Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək ikiqat şərəfli bir işdir - Rəssamlar İttifaqının sədri

14:34 Xalq artisti: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram

14:01 Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir

13:46 Siyavuş Novruzov: Ağacəkmə kampaniyasında müxalifətin keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir

13:29 Mikayıl Cabbarov Simonyana: Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir

12:49 Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik

12:42 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

12:26 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar

12:12 QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edilib

11:41 Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri barədə məlumat verib

2019-12-05

17:33 Prezident İlham Əliyev Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

17:25 Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

16:57 Milli Məclis buraxıldı, növbədənkənar seçkinin vaxtı bilindi - SƏRƏNCAM

16:42 Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

16:22 Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb

16:16 Sona Əliyeva: Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək

16:06 Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır

15:50 Mövlud Çavuşoğlu:Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır

15:46 “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

15:32 Zakir Həsənov Pakistanın ölkəmizd

15:16 Bakıda 3-cü “Sənət, Əl işləri və Biznes” mövsuzunda satış sərgisi keçirildi(FOTO)

14:55 BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib(FOTO)

14:50 Bakıda kirayə mənzildə vəziyyətləri pisləşən tələbələrlə bağlı RƏSMİ

13:56 Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:16 Mehdi Hüseynzadə adına stadion yenidən qurulacaq - Sərəncam

Product image

15:15 FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər (FOTO)

Maraqlı Product image

15:37 “Milad” bayramına həsr olunan poçt markası tədavülə buraxılıb

Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi