Vüqar Rəhimzadə: Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib
Siyasət / 15.11.2019 15:13

Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Ölkəmizdə etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Məhz, bunun nəticəsidir ki, ölkəmizdə etnik-dini zəmində heç bir qarşıdurma yoxdur və Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib. Elə Bakıda Dünya dini liderlərinin II Sammiti də deyilənləri təsdiqləyir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə xatırladıb ki, bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Prezident İlham Əliyev Sərəncam imzalamışdı: "Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı Prosesi”, "Multikulturalizm” və "İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır”.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. Bu mənada ölkəmiz bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu isə bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır: "Multikulturalizmin dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması özünü ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir. Təsadüfi də deyil ki, Ana Qanunumuzun 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, ölkəmizdə "bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində isə deyilir ki, "bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz”.
"Dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Dövlətimizin bütün dinlərə göstərdiyi bərabər münasibət öz növbəsində dinlərarası münasibətlərin təkmilləşməsinə, daha dəqiq desək, bu münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb olur” – deyən Vüqar Rəhimzadə əlavə edib ki, multikulturalizmin, tolerantlığın Azərbaycanın daxili siyasətinə təsiri özünü cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasında özünü büruzə verir. Eyni zamanda, onun ölkəmizin xarici siyasətinə təsiri özünü etnik-mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə ölkəmizin hərtərəfli əlaqələrinin inkişafında göstərir. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün münbit zəmin yaradır.
2019-12-06
18:11 QHT-lərin nəzərinə!
17:57 Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri
17:26 İcma Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfərlərinə etiraz edib- FOTO
16:47 Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi
15:48 Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi
15:27 Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər
15:20 Deputat: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır
15:05 Prezident İlham Əliyev:Ölkəmiz bundan sonra da TRACECA Proqramı üzrə vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək
14:37 Elmar Vəliyevə sui-qəsd edən şəxsin cinayət işi məhkəməyə göndərildi
14:36 Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək ikiqat şərəfli bir işdir - Rəssamlar İttifaqının sədri
14:34 Xalq artisti: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram
14:01 Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
13:46 Siyavuş Novruzov: Ağacəkmə kampaniyasında müxalifətin keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir
13:29 Mikayıl Cabbarov Simonyana: Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir
12:49 Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik
12:42 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
12:26 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
12:12 QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edilib
11:41 Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri barədə məlumat verib
2019-12-05
17:33 Prezident İlham Əliyev Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb
17:25 Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək
16:57 Milli Məclis buraxıldı, növbədənkənar seçkinin vaxtı bilindi - SƏRƏNCAM
16:42 Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
16:22 Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb
16:16 Sona Əliyeva: Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək
16:06 Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır
15:50 Mövlud Çavuşoğlu:Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır
15:46 “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
15:32 Zakir Həsənov Pakistanın ölkəmizd
15:16 Bakıda 3-cü “Sənət, Əl işləri və Biznes” mövsuzunda satış sərgisi keçirildi(FOTO)
14:55 BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib(FOTO)
14:50 Bakıda kirayə mənzildə vəziyyətləri pisləşən tələbələrlə bağlı RƏSMİ
13:56 Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?
Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib
Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək
İdman
16:16 Mehdi Hüseynzadə adına stadion yenidən qurulacaq - Sərəncam

15:15 FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər (FOTO)
Maraqlı
15:37 “Milad” bayramına həsr olunan poçt markası tədavülə buraxılıb

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi