Din xadimləri Prezident İlham Əliyevə təşəkkür məktubları göndəriblər

Gündəm / 26.11.2019 16:18

İraq və Bütün Dünya "Mandei sabiilik” dini tayfasının başçısı Səttar Cabbar Helv Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

Məktubda deyilir: "Əs-səlamu-əleykum. Möhtərəm Prezident. Ərəb və İslam dünyasının, eləcə də digər ölkələrin üzləşdiyi çağırışların və reallıqların müzakirə edildiyi bir tədbirdə iştirak etmək üçün mənə göndərdiyiniz səmimi dəvətə görə Sizə təşəkkür edirəm.

Zati-aliləri cənab Prezident, icazə verin, Sizi dinimizlə tanış edim. Biz "Mandei sabiilik” adlanan qədim dinin ardıcıllarıyıq. Bu din İraqın cənubundakı ikiçayarası vadisində Ur və Mişan şəhərlərində meydana gələn ilk təktanrılıq dinidir. Biz tək Tanrıya inanırıq. O Tanrı öz-özlüyündə mövcuddur. Həyat başlanğıcı olmayan əzəli varlıqdan və sonu olmayan əbədi varlıqdan yaranıb. Müqəddəs kitabımız "Ginza Rbadır” (İlk kitab), dilimiz isə Mindai–şərqi Arami dilidir. Müqəddəs kitabımız 2000-ci ildə tərcümə olunmuşdur. Onu Sizə hədiyyə etməkdən şərəf duyuram və Bağdaddakı səfirliyə çatdıracağam.

Digərlərini tanımaq, onların mövcudluğuna və hüquqlarına qarşılıqlı ehtiram bəsləmək, habelə ibadət etmək, fərq qoymadan, kin və nifrət bəsləmədən dini ayinlərlə məşğul olmaq azadlığını təmin etmək dinlər və məzhəblər arasındakı əlaqələrdə əsas prinsiplərdir. Dini radikalizm dözümsüzlüyün ən təhlükəli mənbələrindəndir. O, neqativ fikirlərə əsaslanır, onlara dini libas geyindirir və insanları tez inandıra bilir.

Tələbələri və gəncləri fanatik fikirlərdən uzaqlaşdırmaq, dini mətnləri dövrün dəyişiklikləri fonunda yenidən izah etmək, bütün din və məzhəblərin ortaq tərəflərini əxz etmək sabit və firavan ölkənin qurulmasına töhfə verən işlərdəndir.

Zati-aliləri, bunu biz Sizin ölkənizdə gördük. Azərbaycan müxtəlif irqlər, dinlər və mədəniyyətlərlə zəngindir. Rəhbəri olduğunuz ölkədə din dövlətdən ayrıdır və bu, dini ədavətin qarşısını alır. Bu, ictimai, siyasi və dini məsələlərin mənimsənilməsinə və həllinə, o cümlədən ölkədəki bütün toplumların xüsusiyyətlərini qorumağa qadir olan ən yaxşı yoldur.

Zati-aliləri, Sizi bir daha salamlayır, əzəli və əbədi olan Tanrıya Sizin üçün dualar edir, Sizə, gözəl xalqınıza və bütün bəşəriyyətə xoşbəxtlik, əmin-amanlıq və sülh diləyirəm".

XXX

Perunun Kallao vilayətinin yepiskopu Xose Luiz del Palasio Perez-Medeldən:

"Zati-aliləri. Dünya dini liderlərinin II Bakı Sammitində, o cümlədən möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Dünyanın müxtəlif ölkələrindən olan görkəmli dini liderləri bir araya toplayan bu mühüm beynəlxalq sammit çox yüksək səviyyədə təşkil edilmişdi və xalqlar arasında, sülh və harmoniya sevən müxtəlif dinlərin nümayəndələri arasında dialoqun təmin olunmasına və sıx münasibətlərin qurulmasına şərait yaratdı.

Möhtəşəm memarlığı ilə göz oxşayan paytaxt Bakı şəhərində olduğumuz günlər ərzində Azərbaycan xalqının və hökumət nümayəndələrinin yüksək qonaqpərvərliyinin və mehribanlığının şahidi olduq.

Cənab Prezident, mən Sizə bir daha təşəkkür edirəm və Azərbaycanın bu gün beynəlxalq ictimaiyyət üçün multikultural dövlət, tolerantlıq və xoş münasibətlərin hökm sürdüyü bir ölkə modeli olduğuna görə Sizi təbrik edirəm.

Bakıda çox yüksək səviyyədə keçirilmiş bu cür sammitlər davamlı olmalıdır. Çünki bu tədbirlər dinlərarası dialoqun təmin olunmasına, xalqlar arasında qarşılıqlı anlaşmaya və sülh şəraitində birgəyaşayışa təkan verir.

Sizə bir daha minnətdarlığımı və ən səmimi təbriklərimi çatdırıram".

XXX

Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Moskvanın və "Moskva Müftiliyi” Mərkəzi regionunun müftisi Albir Krqanov Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Təşəkkür məktubunda deyilir: "Hörmətli cənab Prezident. Bütün dünyanın nüfuzlu din və ictimai xadimlərinin toplandığı vacib və əhəmiyyətli tədbirdə iştirak etmək imkanına və bu tədbirin keçirilməsi təşəbbüsünə görə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizə təşəkkürümü bildirirəm.

Əminəm ki, Dünya dini liderlərinin II Bakı Sammiti qloballaşmaqda olan dünyada planetin müxtəlif regionlarında baş verən mürəkkəb etnik-konfessional proseslərin və aktual məsələlərin müzakirə edilməsi üçün unikal və səmərəli məkan oldu.

Bu cür tədbirlər müasir təhdidlərə vaxtında reaksiya verməyə, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın, millətlərarası həmrəyliyin inkişafı işinə böyük töhfə verməyə, qarşılıqlı etimad, sevgi və qardaşlıq ab-havası yaratmağa, psevdodini ekstremizmə və terrorizmə qarşı mübarizədə ümumi səylərin artırılmasına şərait yaradır.

Sizə və bütün Azərbaycan xalqına cansağlığı, xoş günlər, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayır, bunun üçün Ulu Tanrıya dua edirik. Qoy, Ulu Tanrı Sizin xeyirxah əməllərinizi qəbul etsin və bunun əvəzini artıqlaması ilə versin. Mərhəmətli Allahdan arzu edirik ki, Sizin fəaliyyətinizə xeyir-dua versin, bütün dünyada qarşılıqlı anlaşma şəraitinin bərqərar olması və möhkəmlənməsi naminə Allaha xoş gələn hədəflərinizə çatmaq üçün Sizə daha çox qüvvə versin.

Qadir Allah Sizdən razı olsun, Sizə və yaxınlarınıza əmin-amanlıq və firavanlıq bəxş etsin."

XXX

Xalq Uğrunda Birlik Partiyasının sədri, Seneqal Prezidentinin xüsusi müşaviri, Media şəhərciyi qrupunun Baş direktoru Məhəmməd əl-Mənsur bin əş-Şeyx Məhəmməd əl-Məmun İnyas Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Möhtərəm Prezident. Ölkənizin paytaxtı gözəl Bakı şəhərində keçirilən Dünya dini liderlərinin ll Sammitində bizə göstərdiyiniz hörmət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirməkdən şərəf duyuram.

Zati-aliləri, Dünya dini liderlərinin ll Bakı Sammitində 70-dən çox ölkədən müxtəlif dinlərin 500-ə yaxın rəhbərinin iştirak etməsi tutduğunuz doğru yolun, alimlərə və mütəfəkkirlərə verdiyiniz dəyərin əyani sübutudur.

Şübhəsiz, bu Sammit Allahın köməyi ilə dinlər arasında dialoqun, insanlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, həmçinin İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

Zati-aliləri, Sizin iştirakınızla keçirilən bu sammit sülhün və əmin-amanlığın möhkəmləndirilməsi, nifrətin aradan qaldırılması naminə Azərbaycan Respublikasının Sizin rəhbərliyiniz dövründə oynadığı nümunəvi və aparıcı rol haqqında parlaq təsəvvürü dünyaya çatdıracaqdır.

Hər yerdə elmə və alimlərə verdiyiniz yüksək dəyərə görə Sizə təşəkkürümü və heyranlığımı bildirmək istəyirəm. Mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsinə görə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini "Heydər Əliyev” ordeni ilə təltif etməyiniz bunun əyani sübutudur və mən bunu bütün din xadimlərinə və bəşəriyyəti Allah yoluna səsləyən dindarlara verilən mükafat kimi dəyərləndirirəm.

Sonda dua edirəm ki, həmişə Uca Allahın himayəsi altında olasınız və ölkəniz Sizinlə fəxr etsin".



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb