Məşhur yazıçı Antarktida səfərindən danışdı: Maddi yükü Ege Hospital öz üzərinə götürdü (FOTO)
Mədəniyyət / 02.12.2019 15:46

Dostlar, çoxdan idi ki, bir səfər barədə düşünürdüm. Uşaqlıqdan ən çox getmək istədiyim üç yer olub. Afrikaya səyahət etdim, ikincisi də həmin bu yerdir. Uzun müddət idi, lazımi hazırlıqları görməklə məşğul idim. Axır ki, tamamladım. Bu səfərim indiyədək getdiyim bütün səfərlərdən fərqlənir. Sizcə, budəfəki yolçuluq harayadır? Deyərdim ki, düzgün tapana oradan bir hədiyyə gətirəcəyəm, ancaq bu, mümkün deyil – bu da ipucu. Hədiyyə gətirə bilməsəm də, istədiyiniz kitabı hədiyyə edə bilərəm. – Sosial hesabında belə bir paylaşım edən bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu təhlükəli və olduqca maraqlı bir səfərə - Antarktida səfərinə yola düşdü. Ümumilikdə 25 saat sürən uçuş marşrutu belədir – Bakı - İstanbul – San-Paolo – Buenos Ayres – Uşuaya. Odlu Torpaq arxipelaqının ən son şəhəri olan Uşuayadan Antarktidaya 1200 km-dir, bu məsafəni də səyyah gəmi ilə qət edəcək. Rövşən Abdullaoğlu səfərlə bağlı başqa maraqlı faktlar da açıqladı: "Antarktidaya gediş-gəliş çox məhduddur, dünyada çox az sayda şirkət qütb bölgələrinə səfərlər təşkil edir. Az səfər edilən yerlərin təbiəti, arxitekturası, insanlarının mədəniyyətləri, dünyagörüşləri, psixologiyaları da fərqli olur. Bu cür səfərlər mənə fərqli düşünməyi, fərqlilikləri anlamağa yardım edir. Empatiya bacarığı artır, dünyagörüşü zənginləşir. Diqqətdən kənar qalmış yerlərdə heç ağlımıza gəlməyən faktlar və ibrətlər olur, buna Afrika səfərlərində bir daha əmin oldum. İstəyirəm, o uzaq məkanlarda olan gözəllikləri oxucularıma çatdırım. Doğrudur, bu səfərlərdə təhlükə bir az daha artıq olur. Antarktida səfərini təşkil edən şirkət mənə xüsusi bildiriş də göndərib: ˝Unutmayın ki, Antarktika qonaqpərvər deyil, gözlənilməz potensial təhlükələrlə üzləşə bilərsiniz˝. Əlbəttə, hər iyirmi nəfərin yanında bir nəfər peşəkar bələdçi olur, təhlükəsizlik tədbirləri görülür. Bununla belə, səfər müddətində özünü 250 000 dollarlıq zərəri qarşılayan sığorta etdirməlisən, çünki hər hansı bir problem çıxsa, böyük xərc tələb edən xilasetmə işləri aparılmalıdır. Yəni bu səfər fiziki hazırlıqla bərabər çox böyük maddi vəsait tələb edir”.
Tanınmış yazıçıya bu səfərində böyük xəstəxana şəbəkəsi olan EGE Hospital dəstək olub. Rövşən Abdullaoğlu bu əməkdaşlıqdan da bəhs etdi: "Səfərin maddi yükünü ölkənin böyük xəstəxanalarından olan EGE Hospital öz üzərinə götürdü. Bu, birlikdə həyata keçirdiyimiz bir layihədir. EGE Hospital öz peşəkar həkim heyəti və yüksək tibbi xidməti ilə ölkədə tanınan xəstəxanalardandır. Bir neçə gün əvvəl xəstəxanada tələb olunan bütün müayinələrdən keçdim. Səfər nə qədər ağırdırsa, tələb olunan müayinələr də o qədər çox olur. Antarktidanın hava şəraitinə dözmək üçün getməmişdən əvvəl sağlamlıqla bağlı bir çox fiziki tövsiyələrə əməl etmək lazımdır. Ege hospitalın peşəkar həkim heyətindən xüsusi tövsiyələr aldım, xəstəxana rəhbərliyi ilə də səmimi görüşümüz oldu. İlk gündən layihəmizə olan maraqları, ümumiyyətlə, ölkədə elm və maarifin inkişafına böyük dəstək göstərdikləri üçün xüsusi təşəkkürümü çatdırmaq istəyirəm. EGE Hospital tez-tez xaricdən müxtəlif sahələr üzrə tanınmış mütəxəssisləri ölkəmizə dəvət edib səhiyyə sahəsində maarifləndirmə, yardım layihələri icra edirlər. Gələcəkdə birgə həyata keçirməyi planlaşdırdığımız başqa layihələri də müzakirə etdik, əməkdaşlığımızın davamlı və faydalı olacağına inanıram”.
2019-12-06
18:11 QHT-lərin nəzərinə!
17:57 Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri
17:26 İcma Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfərlərinə etiraz edib- FOTO
16:47 Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi
15:48 Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi
15:27 Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər
15:20 Deputat: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır
15:05 Prezident İlham Əliyev:Ölkəmiz bundan sonra da TRACECA Proqramı üzrə vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək
14:37 Elmar Vəliyevə sui-qəsd edən şəxsin cinayət işi məhkəməyə göndərildi
14:36 Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək ikiqat şərəfli bir işdir - Rəssamlar İttifaqının sədri
14:34 Xalq artisti: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram
14:01 Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
13:46 Siyavuş Novruzov: Ağacəkmə kampaniyasında müxalifətin keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir
13:29 Mikayıl Cabbarov Simonyana: Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir
12:49 Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik
12:42 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
12:26 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
12:12 QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edilib
11:41 Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri barədə məlumat verib
2019-12-05
17:33 Prezident İlham Əliyev Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb
17:25 Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək
16:57 Milli Məclis buraxıldı, növbədənkənar seçkinin vaxtı bilindi - SƏRƏNCAM
16:42 Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
16:22 Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb
16:16 Sona Əliyeva: Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək
16:06 Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır
15:50 Mövlud Çavuşoğlu:Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır
15:46 “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
15:32 Zakir Həsənov Pakistanın ölkəmizd
15:16 Bakıda 3-cü “Sənət, Əl işləri və Biznes” mövsuzunda satış sərgisi keçirildi(FOTO)
14:55 BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib(FOTO)
14:50 Bakıda kirayə mənzildə vəziyyətləri pisləşən tələbələrlə bağlı RƏSMİ
13:56 Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?
Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib
Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək
İdman
16:16 Mehdi Hüseynzadə adına stadion yenidən qurulacaq - Sərəncam

15:15 FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər (FOTO)
Maraqlı
15:37 “Milad” bayramına həsr olunan poçt markası tədavülə buraxılıb

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi