Əli Əhmədov: Radikallığa Azərbaycanın siyasət meydanında yer yoxdur

Siyasət / 02.12.2019 16:45

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov "Parlamentin yeniləşmə zərurəti və anti-Azərbaycan qüvvələrin narahatçılığı” sərlövhəli məqaləsində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabr ayının 28-də keçirilən iclasında Milli Məclisin yeniləşməsinin obyektiv zərurətə çevrildiyini nəzərə alaraq tarixi əhəmiyyət daşıyan təşəbbüsünü şərh edib.

Trend-in məlumatına görə, Ə.Əhmədov qeyd edib ki, Siyasi Şura Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlara Milli Məclisin buraxılması xahişi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət etməyi tövsiyyə etmişdir. Müşahidələr bu təşəbbüsün əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini göstərir:

"Səbəb çox sadə və aydındır. Ölkə həyatının demək olar ki, bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirilir və inkişafın yeni mərhələsinə keçid üçün əlverişli şərait yaradır. Əslində, yaşadığımız dövrü tariximizin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar mərhələsi adlandırmaq daha düzgün olardı. Artıq bir neçə ildir həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə çatıb və idarəetmə sahələrini əhatə edir. İcra hakimiyyəti sahəsində ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəlilik səviyyəsini yüksəltməyə hədəflənib. Hakimiyyətin digər qolu – məhkəmə hakimiyyəti sistemi də islahatlarla əhatə olunub və bu islahatların getdikcə genişlənməsi gözlənilir”.

Baş nazirin müavini daha sonra qeyd edib: "İslahatların tamlığı və ahəngdarlığının təmin edilməsi onun sistem şəklində həyata keçirilməsini tələb edir. Başqa sözlə desək, icra və məhkəmə hakimiyyəti ilə yanaşı qanunverici hakimiyyət sahəsində də islahatların keçirilməsi obyektiv zərurətə çevrilib. Cəmiyyətdə qanunverici hakimiyyət sahəsində yeniləşməyə, parlamentin qanunyaratma fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ümumiyyətlə parlamentin öz işini islahatlar strategiyasına uyğun olaraq təşkil etməsinə dair çağırışlar xeyli vaxtdır ki, səslənməkdədir.

Bu mülahizələrdən çıxış edərək, Yeni Azərbaycan Partiyası parlamentin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və yeni seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürüb. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrdə parlamentin buraxılması və növbədənkənar (yaxud vaxtından əvvəl) seçkilərin keçirilməsi tez-tez rast gəlinən adi hadisədir. Ən yeni nümunə kimi Böyük Britaniya göstərilə bilər. Orada vaxtından əvvəl parlament seçkiləri keçirilməkdədir. Yaxud İspaniya və İtaliyada son bir neçə il ərzində bir neçə dəfə növbədənkənar parlament seçkiləri keçirilmişdir”.

Ə.Əhmədov fikirlərini davam etdirərək qeyd edir: "Gətirilən misallar fonunda Azərbaycanın radikal müxalifətinin siyasi həyatın bu adi hadisəsinə ənənəvi olaraq şər və böhtan prizmasından yanaşması, yumşaq desək, başadüşülən deyil. Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsindən söhbət açırlar. Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. Milli Şuranın parlamentə növbədənkənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sürdükləri "şərtlər zərfi” bunu aydın sübuta yetirir. Açığı, hər hansı partiyanın seçkilərdə iştirakla bağlı şərtlər irəli sürməsi əcaib görünür. Siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan kənar hər hansı amil siyasi partiyanın mövcudluğuna haqq qazandıra bilməz. Digər tərəfdən, Azərbaycanda bütün seçkilər, o cümlədən parlament seçkiləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilir. Seçki Məcəlləsi isə hər hansı əlahiddə partiya üçün qəbul edilməyib və bu səbəbdən ayrıca götürülmüş partiyanın seçkidə iştirak etməklə bağlı şərtlər irəli sürməsi demokratiya və bərabər imkanlar anlayışına qətiyyən uyğun gəlmir.

Ayrıca götürülmüş partiya tərəfindən xüsusi şərtlərin irəli sürülməsi, əslində onun məkrli niyyətindən xəbər verir. Ölkədə keçirilən bələdiyyə seçkilərində iştirak etməyən, gözlənilən parlament seçkilərində iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, heç şübhəsiz, seçkidən daha çox radikallaşmaq və qarşıdurma yaratmaq haqqında düşünür. Bu mənada onların həm niyyəti, həm də davranışları bəzi anti-Azərbaycan qüvvələrin istək və arzuları ilə üst-üstə düşür. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaqda qeyd etdiyi kimi, yalnız Azərbaycan xalqı, onun dövləti xalqımızın milli maraqlarına uyğun fəaliyyət göstərir və göstərə bilər. Anti-Azərbaycan qüvvələrin niyyəti isə öz maraqları çərçivəsində Azərbaycana problemlər yaratmaq, imkan düşdükdə zərbə vurmaqdır. Ona görə də Azərbaycanda islahatların keçirilməsi, iqtisadiyyatın artması, dövlətin güclənməsi həmin qüvvələri təşvişə salır. Bəzi siyasi partiyalar anti-Azərbaycan qüvvələrin əlində vasitəyə çevrilməsi səbəbindən həyata keçirilən genişmiqyaslı islahatlar konsepsiyasına qarşı çıxır, ona qara yaxmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının xoş niyyətindən irəli gələn və islahatların daha da sürətlənməsinə xidmət edən təşəbbüsünə radikal müxalifətin əks çıxması da məhz bu qəbildəndir. Anti-Azərbaycan qüvvələrin narahatlığı onlara da sirayət edib”.

Radikal müxalifətin Azərbaycanda daim dağıdıcı və inkaredici mövqeyindən bəhs edən Ə.Əhmədov daha sonra yazıb: "Radikal mövqedə dayanan və hər addımda anti-milli qruplar kimi özünü göstərən partiyaların ölkədə keçirilən seçkilərdə iştirakdan müxtəlif səbəblərlə imtina etməsinin kökündə dayanan daha bir səbəb var. Bu da onların ictimai dayaqdan məhrum olması, sosial bazasını bütünlüklə itirməsidir. Seçicilər tərəfindən dəstəklənmədiyini aydın başa düşən həmin radikal partiyalar fəaliyyətlərini yalnız yalan, böhtan təbliğatı üzərində qurur, qarşıdurma yaratmağa çalışır. Onlar təlaş içindədir. Çünki islahatlar genişlənib dərinləşdikcə ölkə daha da inkişaf edir, dövlətin qüdrəti artır, xalqla iqtidarın birliyi güclənir. Radikal müxalifətin təxribatçı hərəkətlərinin sahəsi isə daralır və onlar küncə sıxılır. Bu isə göstərir ki, radikallığa Azərbaycanın siyasət meydanında yer yoxdur”.



SON XƏBƏRLƏR

2023-06-03

10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO

09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb

09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"

09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"

09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB

08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək

2023-06-01

11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq

10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib

2023-05-30

17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib

15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir

13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü

12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi

12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı

11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik

11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker

11:08 Milli Məclisin iclası başladı

10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək

10:29 İsrail Prezidenti Azərbaycanda

10:08 Mövqelərimiz atəşə tutuldu

10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

09:46 Moskvaya PUA hücumu olub - VİDEO

09:41 Hərb tariximiz- qürur mənbəyimiz!

09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”

09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları