Sona Əliyeva: Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək

Siyasət / 05.12.2019 16:16

Azərbaycanda bələdiyyə və parlament seçkiləri keçiriləcək. Artıq bələdiyyə seçkilərinin vaxtı da dəqiqdir. Yəqin ki, yaxın vaxtlarda parlament seçkilərinin vaxtı müəyyənləşəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, hər iki seçki radikal müxalifətə özünü təsdiqləmək üçün bir imkan idi: "Amma onlar bu imkandan istifadə etmək əvəzinə seçkilər barədə sərsəm fikirlər səsləndirməkdədirlər. Bu da başadüşüləndir. Çünki müxalifətin sosial bazası yoxdur və elektorata sahib deyil. Seçkilərə qatılıb biabır olmaqdansa, bu cür çirkinliklərə, qarayaxmalara əl atırlar. Onların seçkilərə qatılmaq gücləri yoxdur. Çünki onlar öz siyasi təşkilatlarını partiyadan dərnək səviyyəsinə endiriblər. Xarici ölkələrdə mühacir alverləri ilə məşğul olmaqdadırlar.

Onların bu çirkin fəaliyyətlərini bu yaxınlarda bütün dünya gördü. Belələrinin yanında heç kim qalmaz. Olan-qalan üzvləri də oradan uzaqlaşdılar, istefa verdilər. Onlar 27 il əvvəl məğlub olublar. Xalq hazırkı hakimiyyəti dəstəkləyir. Xalq-iqtidar birliyi bütövdür, sarsılmazdır. Onların qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək”.

Deputat vurğulayıb ki, Azərbaycan cəmiyyəti Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının, parlament fraksiyasının qərarını hörmətlə qarşılayır və bu qərara öz dəstəyini nümayiş etdirir:

"Çünki biz bununla parlament tarixində yeni ənənənin başlanğıcını qoyuruq. Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Görünür ki, YAP cəmiyyətin nəbzini tutmağı, sosial sifarişləri qəbul etməyi və bu sifarişlərin qanuni şəkildə reallaşdırılmasının yolları üzərində düşünür və belə bir yol məqbul hesab olunur. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir.

YAP növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə, hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi. Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir”.

Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib. Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun dekabrın 4-də çıxardığı qərara əsasən, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə uyğun hesab olunub.



SON XƏBƏRLƏR

2020-01-17

18:14 Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib

14:21 YAP İctimai Televiziyada pulsuz efir vaxtından imtina etdi

14:06 Zakir Həsənov Anjey Kaspşiklə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

13:50 AQTA sədri: Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

13:24 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb (FOTO)

13:05 "Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

12:55 Hikmət Hacıyev: Azərbaycan Davos İqtisadi Forumunda çox fəal iştirak edir

12:48 Gəncədə insident: Üzərində silah və narkotik olan şəxs polisə müqavimət göstərib - Yaralı var (FOTO/VİDEO)

12:41 Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

12:32 Prezidentin köməkçisi: Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var

12:06 “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır (FOTO)

12:02 “Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib (FOTO)

11:53 Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

11:34 Azərbaycanın sərhəd ərazilərində idxal nəzarəti məntəqələri yaradılacaq

11:03 Elmar Məmmədyarov: 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biridir

10:40 Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib

10:26 Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

2020-01-16

18:12 Nazir Daxili Qoşunlarla bağlı müşavirə keçirdi

16:45 Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib - SƏRƏNCAM

16:39 Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrılıb

15:22 BDU-nun Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

14:27 Yunis Səfərovun məhkəmə prosesi fevralın 17-dək uzadılıb

14:14 Ərdoğan: TANAP Türkiyəni enerji qovşağına çevirib

14:02 Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir

14:01 "İrəli" İctimai Birliyində 2020-ci il - "Könüllülər ili" ilə əlaqədar fəaliyyət planı müzakirəyə çıxarıldı

13:50 2019-cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib

13:31 Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib (FOTO)

13:28 Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələri anıldı

13:13 Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin strateji hədəflərindən danışdı

12:53 Mikayıl Cabbarov: Qeyri-neft sektorunda ixrac artıb

12:40 Mikayıl Cabbarov: Azərbaycanda əhalinin gəlirləri orta illik inflyasiyanı üstələyib

12:26 İran Prezidenti: ABŞ geri çəkilməyə məcbur oldu

12:24 Deputatlığa namizədlər üçün kitabça hazırlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Product image

18:18 Polina Rəhimova Azərbaycan millisi ilə vidalaşır

Maraqlı Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

Product image

10:06 Britaniya şahzadəsi səlahiyyətlərindən imtina etdi - İşləmək istəyir