BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib (FOTO)

Cəmiyət / 05.12.2019 14:55

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Haulin Jao ilə görüş keçirilib.

BDU-dan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jaonu 100 illik tarixi olan Bakı Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib. Elçin Babayev Azərbaycanda telekommunikasiya sahəsində mövcud vəziyyət, eyni zamanda qarşıya qoyulmuş vəzifələr barədə məlumat verib. Bakıda keçirilən XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – "Bakutel-2019” sərgisinin əhəmiyyətini vurğulayan rektor, artıq ənənəyə çevrilmiş sərgiyə, bu il daha çox ölkənin qatıldığını vurğulayıb. Bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı gənclərin həyatında eləcə də beynəlxalq əlaqələrin intensivliyinin artmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının 193 üzvündən biri olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse- prezident Mehriban xanım Əliyevanın "Bakutel-2019” sərgisini ziyarət etdiyini diqqətə çatdırıb. Elmir Vəlizadə həmçinin Azərbaycanın BTİ-də yüksək səviyyədə təmsil olunduğunu və əlaqələrin genişləndirilməsi üçün geniş imkanları olduğunu bildirib. O, bu görüşü Bakı Dövlət Universitetinin 100 illik yubileyi çərçivəsində keçirilən görüşlərin davamı kimi qiymətləndirib. İnformasiya texnologiyaları əsri olduğunu, tələbələri zamanı düzgün dəyərləndirməyi tövsiyə edib.
Sonra çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət göstərildiyini deyib. Azərbaycanın eləcə də dünyanın İKT sahəsində çoxsaylı aparıcı şirkətləri ilə tərəfdaşlıq əlaqələri qurduğunu qeyd edən Haulin Jao BDU tələbələrini də innovativ layihələrlə beynəlxalq sərgilərdə təmsil olunmağa çağırıb. O, bu görüşün yeni texnologiyaların, təcrübə mübadiləsinin və işgüzar əlaqələrin qurulmasındakı əhəmiyyətindən danışıb. Həmçinin, tələbələrin kreativ ideyalarını dəstəkləməkdə maraqlı olduqlarını bildirib, uğurlu layihələri üçün mentor xidmətləri, investisiyaların cəlb olunması barədə məlumat verib.

Sonda zamanın tələblərinə uyğun olaraq informasiya kommunikasiya texnologiyalarının yüksələn xətlə inkişafını vurğulayan Haulin Jao tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirdə həmçinin BTİ-nin MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəhbəri, Fövqəladə və səahiyyətli səfir, Vaqif Sadıqov, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Paşazadə də iştirak ediblər.


SON XƏBƏRLƏR

2020-07-30

20:00 QHT sədri: Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi öz müsbət nəticəsini verir

19:55 "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib

19:52 Azərbaycan-Türkiyə: Əbədi birlik və qardaşlığın təntənəsi

19:50 Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə yaradılıb

19:29 İctimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək layihəsi

18:53 Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)

18:50 Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşı: Dağlıq Qarabağla bağlı həqiqətləri Britaniya ictimaiyyətinə çatdırdıq

18:40 “ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində işləməyəcək

18:02 Şuranın dəstəyilə “İKT-dən asan, səlis yararlan!” bukleti nəşr edilib

17:53 DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

17:48 Həkim: Koronavirus əvvəlki simptomlarını nisbətən itirib

17:32 Azay Quliyev Rumıniya parlamentinə təşəkkür edib

17:13 QHT sədri: Dağlıq Qarabağ məsələsində Türkiyə dəfələrlə öz səsini ucaldıb

17:00 Azərbaycanda 339 nəfər koronavirusa yoluxdu, 673 nəfər sağaldı, 3 nəfər öldü

16:48 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq

16:31 Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib

15:53 İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Fuad Muradov könüllülərlə görüşdü (FOTO)

15:01 Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib (FOTO)

13:10 Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

12:40 Azərbaycan-Türkiyə birgə təlimlərinin birinci mərhələsi keçirilir (VİDEO)

10:05 İsmayıllıda təməli qoyulan “DOST Evi” mərkəzi məşğulluğun və turizmin inkişafına dəstək verəcək

2020-07-29

19:16 Əcnəbi gənclər Azərbaycanın ərazi bütövlüyünə dəstək həmrəyliyi nümayiş etdirdilər (VİDEO)

18:01 Nazir Hulusi Akar: Türkiyə mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

17:18 İcma bəyanat yaydı: Münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır

16:56 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

16:50 QHT bir qrup din xadimini mükafatlandırıb

16:19 Azərbaycan dəmir yollarında ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub

16:13 DTX: Xaricdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən “Muxtar” ləqəbli azərbaycanlı Rusiyada saxlanıldı

15:55 1000-ə yaxın zəvvarın iştirak edəcəyi Həcc ziyarətində azərbaycanlılar da varmı? - RƏSMİ

14:05 DİN əhaliyə müraciət edib

13:15 QMİ sədri: Bayram namazı və qurbanlıq ibadəti ilə bağlı builki fərqliliklər nəzərə alınmalıdır

12:47 Marneulidə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması tələb edilib

11:57 DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

20:13 Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb