Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

Cəmiyət / 05.12.2019 16:42

5 dekabr Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fəaliyyət göstərən könüllü gənclərlə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü gəncləri qəbul edərək, ölkəmizdə könüllülüyün milli dəyərlərimizdən qaynaqlandığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərən gənclər həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər.

Həmçinin qeyd edilib ki, müvafiq qanunvericilik bazası olan könüllülük hərəkatı hər bir gəncə özünü ifadə etmək, gələcək karyera üçün təcrübə toplamaq və yeni dostlar qazanmaq imkanı verir. Qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərməklə gənclərimiz həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər. İki aylıq könüllülük fəaliyyəti dövründə gənclər komitənin struktur bölmələrində konkret tapşırıqlar yerinə yetirib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, öz biliklərini artırıb, qaçqın və məcburi köçkünlərlə iş təcrübəsi əldə ediblər.

R.Rzayev əlavə edib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli prioritet məsələ olmaqla yanaşı, bu gün əsas məqsəd və hədəf yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizi doğma torpaqlarımıza - Qarabağa qaytarmaqdır. Bu yolda görülən hər bir iş qələbəyə doğru növbəti addımdır. Bu yolda bizə yardımçı olanlarla, xüsusilə, müəyyən müddətdə Dövlət Komitəsinin müvafiq şöbələrində könüllü kimi çalışan gənclərə təşəkkür edir, gələcək fəaliyyətlərində, eləcə də təhsil karyeralarında onlara uğurlar arzulayırıq.

Dövlər Komitəsinin sədri gənc könüllülərin fəaliyyətini müsbət qiymətləndirib: "Bizim Şamaxıda məcburi köçkünlər üçün keçirdiyimiz "Bir gün Qarabağda” tədbirimizdə könüllülər yüksək fəaliyyətləri ilə seçildilər. Onlara öz təşəkkürümü bildirirəm. Eləcə də, artıq bir neçə müddətdir komitənin müəyyən şöbələrində fəaliyyət göstərən könüllülər var ki, onların işlərini də müsbət dəyərləndiririk. Könüllülər tək bizim komitədə deyil, eləcə də beynəlxalq tədbirlərdə Azərbaycanın imicinin formalaşmasında müsbət rol oynayırlar.

Dövlət Komitəsinin müxtəlif şöbələrində mütəxəssislərlə birlikdə çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Laçın rayonundan məcburi köçkün, gənc könüllü Şəlalə Əliyev: "Dövlət Komitəsində iki ay müddətində öyrəndiyim praktik bilgilərə görə təşəkkür edirəm. Bizlər üçün çox faydalı oldu. Bizim timsalımızda bütün gənclərə dəyər verdiyiniz üçün minnətdarlığımı bildirirəm”.

Gənc könüllü Gülüzə Mehdiyeva: "Cənab sədr ilk öncə sizə təşəkkürümü bildirirəm. Çox böyük təcrübə qazandıq. Bu təcrübə bizə gələcək iş həyatımızda daha da uğur qazanmağımızda yardım olacaq”.

Gənc könüllü Zeynəb Hüseynova: "İki aylıq təcrübə proqramımızın başa çatması 5 dekabr – Beynəlxalq Könüllülər Gününə təsadüf edir. Bu münasibətlə bütün könüllü gəncləri təbrik edirəm. Cənab sədr bizə bu cür dəyər, qiymət verdiyiniz üçün sizə də ayrıca minnətdarlığımı ifadə edirəm”.

Gənc Könüllü Günay Ələkbərova: "Qısa müddətdə çox şey öyrəndik. Rövşən müəllim başda siz olmaqla, bizə işləri yaxından öyrənməkdə yardımçı olan bütün kollektivə təşəkkür edirəm”.

Daha sonra Dövlət Komitəsinin sədri iki aylıq könüllülük fəaliyyətini başa çatdıran daha bir qrup gəncə sertifikatlarını təqdim edib. Sonda xatirə şəkli çəkdirib.

Tədbirdə Dövlət Komitəsi sədr müavini Fuad Hüseynov, Aparat rəhbəri Eldar Zeynalov, İnsan resursları sektorunun müdiri - Həbib Hüseynov, "Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və komitənin digər əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, Dövlət Komitəsində könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Hazırda komitədə 12 nəfər gənc könüllü fəaliyyət göstərir.




SON XƏBƏRLƏR

2020-01-17

18:14 Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib

14:21 YAP İctimai Televiziyada pulsuz efir vaxtından imtina etdi

14:06 Zakir Həsənov Anjey Kaspşiklə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

13:50 AQTA sədri: Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

13:24 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb (FOTO)

13:05 "Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

12:55 Hikmət Hacıyev: Azərbaycan Davos İqtisadi Forumunda çox fəal iştirak edir

12:48 Gəncədə insident: Üzərində silah və narkotik olan şəxs polisə müqavimət göstərib - Yaralı var (FOTO/VİDEO)

12:41 Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

12:32 Prezidentin köməkçisi: Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var

12:06 “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır (FOTO)

12:02 “Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib (FOTO)

11:53 Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

11:34 Azərbaycanın sərhəd ərazilərində idxal nəzarəti məntəqələri yaradılacaq

11:03 Elmar Məmmədyarov: 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biridir

10:40 Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib

10:26 Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

2020-01-16

18:12 Nazir Daxili Qoşunlarla bağlı müşavirə keçirdi

16:45 Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib - SƏRƏNCAM

16:39 Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrılıb

15:22 BDU-nun Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

14:27 Yunis Səfərovun məhkəmə prosesi fevralın 17-dək uzadılıb

14:14 Ərdoğan: TANAP Türkiyəni enerji qovşağına çevirib

14:02 Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir

14:01 "İrəli" İctimai Birliyində 2020-ci il - "Könüllülər ili" ilə əlaqədar fəaliyyət planı müzakirəyə çıxarıldı

13:50 2019-cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib

13:31 Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib (FOTO)

13:28 Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələri anıldı

13:13 Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin strateji hədəflərindən danışdı

12:53 Mikayıl Cabbarov: Qeyri-neft sektorunda ixrac artıb

12:40 Mikayıl Cabbarov: Azərbaycanda əhalinin gəlirləri orta illik inflyasiyanı üstələyib

12:26 İran Prezidenti: ABŞ geri çəkilməyə məcbur oldu

12:24 Deputatlığa namizədlər üçün kitabça hazırlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Product image

18:18 Polina Rəhimova Azərbaycan millisi ilə vidalaşır

Maraqlı Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

Product image

10:06 Britaniya şahzadəsi səlahiyyətlərindən imtina etdi - İşləmək istəyir