“Ulu Öndər” filmi təqdim edilib

Mədəniyyət / 12.12.2019 17:25
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan "Ulu Öndər” sənədli filminin təqdimatı keçirilib.

ADMİU-nun professoru Rafiq Quliyevin quruluşçu rejissoru olduğu filmdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar öz əksini tapıb. Filmin redaktoru İradə Soltanova, prodüseri Üzlüfət Qasımovadır.
ADMİU-da Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbində baş tutan tədbiri giriş sözü ilə açan rektor professor Ceyran Mahmudova Universitetin Kino və televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyevin çəkdiyi filmin əhəmiyyətindən və bədii məziyyətlərindən danışıb. Rektor bildirib ki, Heydər Əliyev müdrik və uzaqgörən siyasəti, unikal liderlik qabiliyyəti, milli iradəsi, vətənpərvərliyi ilə Azərbaycan xalqına nümunə olan görkəmli siyasətçi və qüdrətli dövlət xadimidir. "Ulu öndərin həyatına və fəaliyyətinə həsr olunmuş incəsənət əsərlərinin hazırlanması olduqca əhəmiyyətlidir. Çünki o, öz istedadını, zəkasını, bacarığını Azərbaycan üçün sərf etmiş və milli dövlətçilik ideyalarının formalaşması üçün misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyətdir”.
Heydər Əliyevin təhsilə, mədəniyyətə və incəsənətə xüsusi önəm verdiyini vurğulayan professor Ceyran Mahmudova deyib: "Ümummilli Liderin diqqət və qayğısı sayəsində Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. O, Azərbaycan mədəniyyətinin və incəsənətənin inkişafı və beynəlxalq miqyasda tanınması üçün böyük işlər görüb, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb".

Sonra çıxış edən rektorun humanitar məsələlər üzrə müşaviri, Əməkdar incəsənət xadimi, professor Aqşin Babayev və tarzən, Xalq artisti Zamiq Əliyev, Elm və yaradıcılıq işləri üzrə prorektor professor Məryəm Əlizadə çıxış edərək Azərbaycan tarixində misilsiz xidmətləri olan qüdrətli dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qayğısından söz açıblar. Qeyd edilib ki, ADMİU-da çalışan müəllimlərin əksəriyyəti Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləridir və onlar Heydər Əliyevin mədəniyyətə göstərdiyi diqqət və qayğının canlı şahidləridir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisi, dövlət quruculuğu, müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi, dövlətimizin beynəlxalq nüfuzunun gücləndirilməsi sahəsində gördüyü işlərdən, xüsusən milli 
mədəniyyət və incəsənətin inkişafından və gənclər siyasətindən danışılıb.

Qeyd olunub ki, Heydər Əliyevin bizə qoyduğu ən böyük miras müstəqil Azərbaycandır. Bu gün onun varisi İlham Əliyev Heydər Əliyevin siyasi kursunu düzgün istiqamətdə davam etdirir.
Tədbirin sonunda ADMİU-nun əsas tədris binasının foyesində Ulu Öndərin büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.


SON XƏBƏRLƏR

2020-01-27

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

17:30 Məzahir Pənahov: Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər

17:24 Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

17:00 Namizədlərin hansısa yolla ələ alınması yolverilməzdir – Məzahir Pənahov

16:49 Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM

15:58 Musa İslamov: Zəlzələ zonasından sağ-salamat gəlib çatdığımıza görə bütün tələbələr adından Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm

15:39 Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

15:17 Elazığda təhsil alan tələbə: Prezident İlham Əliyev bir daha göstərdi ki, dövlət siyasətinin önündə vətəndaş dayanır

14:30 Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

13:57 Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsi ilə bağlı dəvət ünvanlayıb (VİDEO)

13:10 Nazir: Məktəbli formalarının qiymətləri tələb-təklif əsasında təyin edilir

12:59 Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək - Ceyhun Bayramov

12:08 Koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var

11:52 Daha bir dünya miqyaslı istehsalçı Bakı-Tbilisi-Qars xəttinə cəlb edilib

11:21 QHT ana və uşaqların sağlamlığına dair maarifləndirməni davam etdirir

11:16 Hazırda parlament seçkilərində mübarizə aparan namizədlərin SAYI açıqlandı

10:37 BŞBPİ: Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib

10:00 Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlandı

08:55 Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb - FOTOLAR

2020-01-26

10:13 Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti görüş keçirib - FOTO

2020-01-24

20:14 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb

19:38 Suriyanın terror zülmündən xilas edilən iki şəhərində həyat öz axarına qayıdıb (FOTO)

19:11 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda sakinlərlə görüşüb (FOTO)

18:47 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

18:00 Mixail Şvıdkoy: Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk

17:19 Komitə sədri: 15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb

17:12 Zaxarova: Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur

17:08 Hava şəraiti ilə bağlı sərnişin və sürücülərə XƏBƏRDARLIQ

16:59 Nazir: Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək

16:54 Azərbaycan XİN vətəndaşlara Çindəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

16:51 Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək

16:47 Bakının Baş planı ilin sonunadək hazır olacaq

16:40 Ermənistan Azərbaycan xalqının tarixi, mədəni irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir - Fərid Şəfiyev

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb