Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Gündəm / 13.12.2019 16:58

Prezident İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin – günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini bir daha dərin hüznlə yad edərək, faciənin otuzuncu ildönümü ilə əlaqədar, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilsin.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlasın və onun həyata keçirilməsini təmin etsin".



SON XƏBƏRLƏR

2020-01-27

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

17:30 Məzahir Pənahov: Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər

17:24 Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

17:00 Namizədlərin hansısa yolla ələ alınması yolverilməzdir – Məzahir Pənahov

16:49 Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM

15:58 Musa İslamov: Zəlzələ zonasından sağ-salamat gəlib çatdığımıza görə bütün tələbələr adından Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm

15:39 Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

15:17 Elazığda təhsil alan tələbə: Prezident İlham Əliyev bir daha göstərdi ki, dövlət siyasətinin önündə vətəndaş dayanır

14:30 Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

13:57 Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsi ilə bağlı dəvət ünvanlayıb (VİDEO)

13:10 Nazir: Məktəbli formalarının qiymətləri tələb-təklif əsasında təyin edilir

12:59 Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək - Ceyhun Bayramov

12:08 Koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var

11:52 Daha bir dünya miqyaslı istehsalçı Bakı-Tbilisi-Qars xəttinə cəlb edilib

11:21 QHT ana və uşaqların sağlamlığına dair maarifləndirməni davam etdirir

11:16 Hazırda parlament seçkilərində mübarizə aparan namizədlərin SAYI açıqlandı

10:37 BŞBPİ: Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib

10:00 Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlandı

08:55 Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb - FOTOLAR

2020-01-26

10:13 Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti görüş keçirib - FOTO

2020-01-24

20:14 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb

19:38 Suriyanın terror zülmündən xilas edilən iki şəhərində həyat öz axarına qayıdıb (FOTO)

19:11 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda sakinlərlə görüşüb (FOTO)

18:47 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

18:00 Mixail Şvıdkoy: Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk

17:19 Komitə sədri: 15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb

17:12 Zaxarova: Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur

17:08 Hava şəraiti ilə bağlı sərnişin və sürücülərə XƏBƏRDARLIQ

16:59 Nazir: Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək

16:54 Azərbaycan XİN vətəndaşlara Çindəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

16:51 Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək

16:47 Bakının Baş planı ilin sonunadək hazır olacaq

16:40 Ermənistan Azərbaycan xalqının tarixi, mədəni irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir - Fərid Şəfiyev

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb