İlham Əliyev: Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək

Siyasət / 13.12.2019 16:33

Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Həştərxan ilə Bakını uzun qarşılıqlı fəaliyyət, tərəfdaşlıq və əməkdaşlıq tarixi bağlayır. Biz Xəzərin sahilində yerləşirik, ona görə də münasibətlərimizin tarixi keçmiş əsrlərin dərinliklərinə gedir. Mən də Həştərxana səfərim zamanı bu şəhərlə tanış olmaq imkanı əldə etdim. O cümlədən mənə əməkdaşlığımızın tarixi barədə məlumat verildi. Bu əməkdaşlıq həqiqətən həmişə çox müsbət olub. Bu gün də biz çox fəal qarışlıqlı fəaliyyət göstəririk. Rusiya regionları arasında Həştərxan vilayəti ilə Azərbaycanın xüsusi münasibətləri var. Bu, bir daha bizim tariximizə və son vaxtlar çoxlu müştərək layihələrimizə əsaslanır.

Bildiyiniz kimi, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi yaradılıb, keçən il həmin mərkəzin açılışı olub. Mənə verilən məlumata görə, Bakıda Həştərxan İşgüzar Mərkəzi də açılış üçün hazırdır və onun tikintisi demək olar ki, başa çatdırılıb. Bu, çox mühüm hadisədir, çünki biz bu işgüzar mərkəzlər vasitəsilə qarşılıqlı ticarəti inkişaf etdirəcəyik. Bu gün mən cari ilin 9 ayının məlumatlarına baxmışam. Bizdə əmtəə dövriyyəsi artımının o qədər də çox olmaması müşahidə edilir, amma hər halda burada da müsbət dinamika var.

Həştərxan ilə Bakını bağlayan amillər çoxdur. Əlbəttə, gələcəkdə birgə fəaliyyətimizi elə planlaşdırmalıyıq ki, qarşılıqlı əlaqələrimiz daha sıx olsun. Biz artıq birbaşa aviasiya əlaqəsinə malikik. Bu da çox müsbət məqamdır. Hesab edirik ki, həm bizim turistlər, həm də Həştərxandan olan turistlər daha çox qarşılıqlı səfərlər edəcəklər. Ümumiyyətlə, Azərbaycana gələn rusiyalı turistlərin sayı artır. Fikrimcə, bu il həmin rəqəm bir milyon nəfərə yaxın olacaq. Beləliklə, bu da əməkdaşlığın, dostluğun yaxşı göstəricisidir və bizim vətəndaşlarımız bir-birinə baş çəkəndə özlərini rahat hiss edirlər.

Bütövlükdə bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub. Yüksək səviyyədə, nazirlər, qanunverici hakimiyyətin rəhbərləri səviyyəsində əlaqələr, biznes forumlar xeyli çox olub. Bu yaxınlarda Moskvada regional forum keçirilib. Buna görə biz ili siyasi sahədə yaxşı nəticələrlə, əmtəə dövriyyəsinin xeyli artması ilə başa vururuq və gələn ilə böyük nikbinliklə baxırıq. Çünki əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və biz, əlbəttə, öz tərəfdaşlarımızla ənənəvi əlaqələri möhkəmlədəcəyik. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm".



SON XƏBƏRLƏR

2020-01-27

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

17:30 Məzahir Pənahov: Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər

17:24 Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

17:00 Namizədlərin hansısa yolla ələ alınması yolverilməzdir – Məzahir Pənahov

16:49 Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM

15:58 Musa İslamov: Zəlzələ zonasından sağ-salamat gəlib çatdığımıza görə bütün tələbələr adından Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm

15:39 Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

15:17 Elazığda təhsil alan tələbə: Prezident İlham Əliyev bir daha göstərdi ki, dövlət siyasətinin önündə vətəndaş dayanır

14:30 Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

13:57 Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsi ilə bağlı dəvət ünvanlayıb (VİDEO)

13:10 Nazir: Məktəbli formalarının qiymətləri tələb-təklif əsasında təyin edilir

12:59 Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək - Ceyhun Bayramov

12:08 Koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var

11:52 Daha bir dünya miqyaslı istehsalçı Bakı-Tbilisi-Qars xəttinə cəlb edilib

11:21 QHT ana və uşaqların sağlamlığına dair maarifləndirməni davam etdirir

11:16 Hazırda parlament seçkilərində mübarizə aparan namizədlərin SAYI açıqlandı

10:37 BŞBPİ: Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib

10:00 Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlandı

08:55 Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb - FOTOLAR

2020-01-26

10:13 Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti görüş keçirib - FOTO

2020-01-24

20:14 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb

19:38 Suriyanın terror zülmündən xilas edilən iki şəhərində həyat öz axarına qayıdıb (FOTO)

19:11 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda sakinlərlə görüşüb (FOTO)

18:47 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

18:00 Mixail Şvıdkoy: Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk

17:19 Komitə sədri: 15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb

17:12 Zaxarova: Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur

17:08 Hava şəraiti ilə bağlı sərnişin və sürücülərə XƏBƏRDARLIQ

16:59 Nazir: Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək

16:54 Azərbaycan XİN vətəndaşlara Çindəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

16:51 Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək

16:47 Bakının Baş planı ilin sonunadək hazır olacaq

16:40 Ermənistan Azərbaycan xalqının tarixi, mədəni irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir - Fərid Şəfiyev

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb