Baş Prokurorluq: Dövlətin həyata keçirdiyi tədbirlərə kölgə salan sui-istfadə hallarına qarşı mübarizə davam etdirilir

Cəmiyət / 13.12.2019 15:26

Saxta "Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadan şəxs ifşa olunub.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

Bununla belə, əhalinin sosial rifahının yaxşılaşdırılması və əmək hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərə kölgə sala biləcək korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə və sui-istfadə hallarına qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Belə ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılovun ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də "Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməsi barədə Baş Prokurorluğa daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış araşdırmalarla qeyd edilən xüsusatlarla yanaşı, B.İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, bununla da başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, istintaq zamanı B.İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün ümumilikdə 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.


İş üzrə B.İsmayılova Cinayət Məcələsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.2.2 (təkrarən dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri, M.Nəzərəliyevaya isə 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilmişdir.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

Baş Prokurorluq ölkə vətəndaşlarına müraciət edərək yuxarıda qeyd edilən şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşdıqları halda, bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat verilməsini xahiş edir.



SON XƏBƏRLƏR

2020-01-27

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

17:30 Məzahir Pənahov: Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər

17:24 Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

17:00 Namizədlərin hansısa yolla ələ alınması yolverilməzdir – Məzahir Pənahov

16:49 Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM

15:58 Musa İslamov: Zəlzələ zonasından sağ-salamat gəlib çatdığımıza görə bütün tələbələr adından Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm

15:39 Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

15:17 Elazığda təhsil alan tələbə: Prezident İlham Əliyev bir daha göstərdi ki, dövlət siyasətinin önündə vətəndaş dayanır

14:30 Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

13:57 Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsi ilə bağlı dəvət ünvanlayıb (VİDEO)

13:10 Nazir: Məktəbli formalarının qiymətləri tələb-təklif əsasında təyin edilir

12:59 Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək - Ceyhun Bayramov

12:08 Koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var

11:52 Daha bir dünya miqyaslı istehsalçı Bakı-Tbilisi-Qars xəttinə cəlb edilib

11:21 QHT ana və uşaqların sağlamlığına dair maarifləndirməni davam etdirir

11:16 Hazırda parlament seçkilərində mübarizə aparan namizədlərin SAYI açıqlandı

10:37 BŞBPİ: Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib

10:00 Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlandı

08:55 Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb - FOTOLAR

2020-01-26

10:13 Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti görüş keçirib - FOTO

2020-01-24

20:14 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb

19:38 Suriyanın terror zülmündən xilas edilən iki şəhərində həyat öz axarına qayıdıb (FOTO)

19:11 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda sakinlərlə görüşüb (FOTO)

18:47 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

18:00 Mixail Şvıdkoy: Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk

17:19 Komitə sədri: 15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb

17:12 Zaxarova: Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur

17:08 Hava şəraiti ilə bağlı sərnişin və sürücülərə XƏBƏRDARLIQ

16:59 Nazir: Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək

16:54 Azərbaycan XİN vətəndaşlara Çindəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

16:51 Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək

16:47 Bakının Baş planı ilin sonunadək hazır olacaq

16:40 Ermənistan Azərbaycan xalqının tarixi, mədəni irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir - Fərid Şəfiyev

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb